Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1438/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X2 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-400 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nın 8.5 metrliyində Cavabdeh tərəfindən tikilən 3 (üç) mişar daşı hündürlüyündəki yeni tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-400 mm neft boru kəmərinin “Mühafizə zonası”nın 8.5 metrliyində vətəndaş Cavabdeh tərəfindən yaşadığı evin köhnədən mövcud olan 10 metr uzunluğunda dəmir lövhələrdən ibarət hasarının sökülməsi, 3 (üç) mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılması faktı aşkarlanmışdır. Tikinti işlərinin neft boru kəmərinin mühafizə zonası daxilində aparıldığı və bu səbəbdən qanunazidd olduğu SOCAR-ın Təhlükəsizlik İdarəsinin və Zavodun obyektlərini mühafizə edən müvafiq Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşCavabdeh izah olunmuş və görülən işlərin dayandırılması, həmçinin əlavə işlərin aparılmamasına dair ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. NEZ-ə məxsus magistral boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədinə əsasən, (AR NK-nin xx.xx.2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olmalıdır. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, həmin ərazidə hasarın tikinti işləri iddiaçının ilk xəbərdarlığından sonra dayanırılmışdır, əgər qanunlara əsasən qadağan olunan yerdə inşa edilibsə, həmin hasarın sökülməsinə etiraz etmir. İddiaçı, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə iddiaçının nümayəndəsi elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə caavbdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Z.Əliyev, S.Quliyev, S.Məmmədəliyev və S.Əliyevin iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, Heydər Əliyev adına X3 mexsus neft mehsulu neql olunan Ds-400 mm neft boru kəmərinin "Mühafizə Zonası'nın 8.5 metrliyində tikinti işləri aparılan əraziyə Xətai rayonu, NZS qəsəbəsi, ünvan 2 ünvanına baxış keçirilən vaxt vətəndaş Cavabdeh tərəfindən mövcud olan yaşayış evinin 10 metr uzunluğunda mövcud dəmir lövhədən olan hasarının sökülməsi, 3 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılması faktı aşkarlanmışdır. Həmin əraziden Dş-400 mm neft boru kəmərinə paralel Dş-300 mm neft boru kəmərləri keçir. İş materiallarında olan ünvan 3 ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, həmin tikilinin neft kəmərlərinin mühafizə zonasına düşməsi barədə xəbərdar olunmuş, həmin xəbərdarlıq məktubu Cavabdeh tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan SOCAR tərəfindən verilmiş Arayışdan görünür ki, Heydər Əliyev adına X1 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. İş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1774 saylı rəyindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində olan metal hasarın “Heydər Əliyev adına X4"nun istismarında olan neft kəmərindən 11.7 metr aralı məsafədə, evdən isə 21.4 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin metal hasa tikilisi və evin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfinən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən ünvan 4 ünvanında yerləşən tikili Cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmişdir, cavabdehin istifadəsində olan 10 metr uzunluğunda və 3 mişar daşı hündürlüyündə olan metal hasar “Heydər Əliyev adına X4"nun istismarında olan neft kəmərindən 11.7 metr aralı məsafədə, evdən isə 21.4 metr aralı məsafədə inşa edilməklə qaz kəmərinin mühafizə zonasına düşür və özbaşına tikilidir. Bununla belə, Cavabdeh mübahisələndirilən əmlaka mülkiyyət hüququna əsas verən, o cümlədən özbaşına tikilinin sökülməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, ünvan 4 ünvanında Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-400 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nın 8.5 metrliyində yerləşən 10 metr uzunluğunda, 3 mişar daşı hündürlüyündə olan hasar Cavabdeh tərəfindən inşa edilməklə qanunsuz tikili olduğundan, iddia tələbi təmin edilməli və mübahisələndirilən tikili onun tərəfindən sökülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. “Qaz təchizatı haqqında” AR qanununun 19.1-ci maddəsinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Həmin Qanunun 22-ci maddəsinə əsasən, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının balansında və istismarında olan “Heydər Əliyev adına X4"nun istismarında olan neft kəmərinin ünvan 1 ünvanından keçən hissəsində, magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş 10 metr uzunluğunda, 3 mişar daşı hündürlüyündə olan hasar Cavabdeh tərəfindən onun hesabına sökülməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməli, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş- 400 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nın 8.5 metrliyində Cavabdeh tərəfindən tikilən 3 (üç) mişar daşı hündürlüyündəki yeni tikili Cavabdeh tərəfindən sökülsün. Dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 (yüz) manat Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3 ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğ Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1438/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1438/2024
28.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver