Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1441/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X3 İstismarı İdarəsinin Göyçay xidmət sahəsi tərəfindən əsassız olaraq **********00000 abonent koduma yazılmış 769.48 (yeddi yüz altmış doqquz manat qırx səkkiz qəpik) məbləğin silinməsi barədə işə sadələşdirilmiş qaydada baxaraq Qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mən yuxarıda qeyd edilən ünvanda yaşayış qeydiyyatındayam,həmin bu evdə qaz hesabatları mənim adımadır, qazın alqı-satqısı barədə müqavilə mənimlə bağlanmışdır.Mütamadi olaraq gələn bildirişlər əsasında evimizdə işlədilmiş təbii qazın dəyəri mənim tərəfimdən ödənilmiş,demək olar ki qazdan istifadəyə görə bir o qədər borcumuz olmamışdır,ta ki, 2022-ci ilin fevral ayında Göyçay qaz idarəsinin əməkdaşları tərəfindən mənə artıq qaz yazılana qədər. Belə ki,2022-ci ilin fevral ayı üçün oxunma mart ayının 12-də həyata keçirdilərkən və mənə təbii qazdan istifadəyə görə bildiriş təqdim edilərkən borcumuz cəmi 207.40 (iki yüz yeddi manat qırx qəpik) olmuşdur. Bu işə əlavə etdiyim xx.xx.2022-ci il tarixli bildirişdən də açıqaydın görünür.Yəni 2022-ci ilin fevral ayında mənzilimizdə istifadə edilən qazın miqdarı 341 m3, dəyəri isə 44.28 (qırx dörd manat iyirmi səkkiz qəpik təşkil etmişdir.Ötən aylardan da qalıq borcumuz 163.12 (yüz altmış üç manat on iki qəpik) üstünə gəldikdə xx.xx.2022-ci il tarixli bildirişdə cəmi borcumuz 207.40 (iki yüz yeddi manat qırx qəpik) olmuşdur. Lakin Göyçay qaz idarəsində elə həmin ayda bizə əsassız olaraq 3613 m3 təbii qaz və onun dəyəri olan 769.48 (yeddi yüz altmış doqquz manat qırx səkkiz qəpik) yazılmışdır, hansı ki, həmin qədər göstərici sayğacda ümumiyyətlə olmamışdır.Həmin qədər qaz sərfiyyatı ümumilikdə heç bizim evimizdə 2021-ci ilin 12 ayında da istifadə edilməmişdir. Sadəcə olaraq Göyçay qaz idarəsinin əməkdaşları qanunsuzluq edərək mənim sayğacıma bu qədər qaz sərfiyyatı və bu qədər məbləğ yükləmişlər. Bununla bağlı mən və ailə üzvlərim dəfələrlə Göyçay qaz idarəsində olmuşuq, aidiyyatı olaraq bütün rəhbərlərə bu barədə məlumat verərək bizə köməklik göstərilməsini xahiş etmişik. Ancaq göründüyü kimi bizə dəfələrlə yalan vədlər verilməsinə baxmayaraq heç bir köməklik göstərilməmiş, artıq yazılmış qaz sərfiyyatı və məbləğ silinməmişdir.Bu səbəbdən də Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Göyçay qaz idarəsinin əməkdaşlarının mənim qaz sayğacıma həddindən artıq qaz yükləmələri təqdim etdiyim abonent saldosundan da aydın görünür.Belə ki,2022-ci ilin mart ayından etibarən ta 2023-cü ilin mart ayına qədər mənim qaz sayğacımın üstünə baxış keçirilməmiş,heç bir sərfiyyat verilməmiş,syağac göstəricisi təkrarlanmış, yalnız 2022-ci ilin oktyabr ayında 81 m3 təbii qazın dəyəri olan 9,72 manat məbləğ yazılmışdır ki, onun da bildirişi mənə təqdim edilməmişdir.Mənə bu müddət ərzində bildiriş təqdim edilməməsinə baxmayaraq 2022 və 2023-cü illər ərzində mən ödənişlər edərək faktiki və real borcumu ödəmişəm.Bu təqdim etdiyim abonent saldosundan da görünməkdədir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Bununla belə, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işin onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-ci il tarixli “Abonentin saldosu”ndan görünür ki, abonent İddiaçı ünvan 1 ünvanı üzrə **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 10/2022 tarixi üzrə 9,72 manat borc yazılmış, 12/2022 tarixində Ay sonuna borc 744,72 manat olmuş, 2023-cü il tarixi üzrə Ödəniş 13,84, 2024cü il tarixi üzrə Ödəniş 19,92 manat olmuş, 07/2024 tarixində Ay sonuna borc 865,64 manat olmuşdur. İş materiallarında olan Bildiriş-Xəbərdarlıqdan görünür ki, abonent kodu **********00000, istifadəçi X1 göstərilməklə, yekun borc 207,4 manat olmuş, sayğaıc sonuncu oxunma tarixi xx.xx.2022, sonuncu ödəniş xx.xx.2022 tarixində 80 manat olmuşdur. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı oğlu ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir, onun **********00000 saylı abonent koduna təbii qaz sərfiyyatına görə 07/2024 tarixinə borcu 865,64 manat təşkil edir, iddiaçının abonent hesabına 10/2022 tarixinə “Qalıq və aktlar” qrafasında 9,72 manat borc yazılmış, həmin il üzrə ay sonuna borc 744,72 manat, 2023-cü il üzrə 13,84 manat ödəniş aparıldıqdan sonra həmin il üzrə Ay sonuna borc 724,20 manat olmuşdur, saldo üzrə iddiaçının abonent koduna hesablanmış məbləğ sayğac əsasında istifadə edilmiş təbii qaz sərfiyyatına görədir, iddiaçı həmin məbləğdən 769,84 manat borcun silinməsini tələb edir. Bununla belə, iddiaçıya məxsus abonent koduna hesablanmış borcun əsassız olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi 769,84 manat məbləğ onun təbii qaz sərfiyyatına görə hesablanmış məbləğdir, iddiaçının təqdim etdiyi süburlardan da silinməsi tələb edilən məbləğin əsassız olması müəyyən edilmədilmir və iddiaçı özü məhkəmə iclasında iştirak edib bu məbləğin əsasız olduğunu əsaslandırmamışdır. Bundan başqa, akt əsasında iddiaçının abonent hesabına yazılmış 9,72 manat isə sonradan iddiaçı tərəfindən ödənilmişdir ki, bu da həmin məbləğin silinməsini mümkünsüz edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha azmiqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ödənilmiş pulun qaytarılması” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, istehlakçıların hüquqlarının qorunması tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalı, dövlət rüsumu Dövlət Büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “Cavabdeh İB-nin X3 İstismarı İdarəsinin Göyçay xidmət sahəsi tərəfindən əsassız olaraq **********00000 abonent koduma yazılmış 769.48 (yeddi yüz altmış doqquz manat qırx səkkiz qəpik) məbləğin silinməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1441/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1441/2025
30.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver