Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-148/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 9.000 manat kompensasiya ödənilməklə ona məxsus Bаkı şəhəri, Xətai rаyоnu, Gəncə pr-ti, ev 37 ünvanında yerləşən 85 saylı mənzildən cavabdeh X2 istifadə hüququna xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin oğlu X1 Vüsalə Hidayət qızı ilə xx.xx.2018-ci ildə ailə həyatı quraraq ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə müvəqqəti olaraq köçərək onunla birlikdə yaşamağa başlamışdılar. İlk vaxtlar mehriban yaşasalar da, sonradan münasibətləri kəskinləşmiş və 2019-cu ilin may ayının 5-də oğlu X6 və gəlini X3 mənzili tərk etmişlər və həmişəlik yaşamaq üçün başqa evə köçüb getmişlər. Bаkı şəhəri İcrа Hаkimiyyəti Tехniki İnvеntаrlаşdırmа və Mülkiyyət Hüquqlаrının Qеydiyyаtı İdаrəsi tərəfindən vеrilmiş Sеriyа ÖM 241338 №-li qеydiyyаt vəsiqəsindən göründüyü kimi Bаkı şəhəri, Xətai rаyоnu, ünvan 2 ünvanında yerləşən 2 (iki) otaqlı, 29,01 ibarət mənzil 2005-ci il tarixdən iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Xətai rayon Mənzil Komunal Təsərüffat Birliyinin 91 saylı MKİS-in xx.xx.2019-cu il tarixli 747 nömrəli arayışdan göründüyü kimi, həmin mənzildə o və ailə üzvləri, övladı X6 qeydiyyatdadırlar. Cavabdeh iddiaçının ailə üzvü olsa da, iddiaçının mülkiyyətində olan mənzildə yaşamır, əsassız olaraq hələ də formal qeydiyyatdadır. İddiaçı Ağalı qızı bildirir ki, oğlu 6 ildir ki, evdən köçsə də bir övlad kimi anası ilə maraqlanmır, anasının evinə gəlib getmir, hətta hansısa bir yerdə qarşılaşan da belə anasını tanımırmış kimi özünü apararaq ona salam belə vermir, anasının qayğısına qalmır, övlad kimi vəzifələrini yerinə yetirmir. Bundan əlavə cavabdeh mənzildə qeydiyyatda olduğuna görə iddiaçı buna görə əlavə kommunal xidmət haqları ödəyir. İddiaçı cavabdehə kompensasiya ödəməklə onun mənzilə olan istifadə hüququna xitam vermək istəyir. Bu səbəbdən İddiaçı cavabdeh Baxşıyev Röyalı qeydiyyatdan çıxarmaq və mənzildən istifadə hüququna xitam vermək tələbi ilə məhkəməyə müraciət edir. Mübahisəli mənzilin yerləşdiyi ərazidə eyni tip orta təmirli mənzillərin kirayə haqqı 200 manat təşkil edir. Onun mənzili təmirsiz, yaşayış üçün bərbad vəziyyətdədir, o təqaüdlə dolanan insandır. İddiaçı humanistlik edərək cavabdehə övladlarına görə mənzilə istifadə hüququna xitam verilməsi müqabilində 9.000 manat kompensasiya verir və onun istifadə hüququna xitam verilməsini xahiş edir. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehə imkan verir ki, o, mülkiyyətçinin (iddiaçının) hesabına davamlı sürətdə və bir neçə il müddətində başqa yerdə, mübahisəli mənzilə xas olan şəraitə oxşar şəraitdə yaşasın, kompensaiyanın məbləği ədalətlidir. Mülkiyyətçi olaraq İddiaçı tərəfindən cavabdehə təklif edilən 9.000 manat kompensasiyanın məbləği hazırki bazar qiymətinə uyğundur. Cavabdehin həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququna Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. Bаkı şəhəri, Xətai rаyоnu, Gəncə pr-ti, ev 37, mənzil 85 ünvanında yerləşən 2 (iki) otaqlı, 29,01 85 saylı mənzilin mülkiyyətçisi оlаn iddiаçı İddiaçı Ağalı qızı tərəfindən cаvаbdеh X4 9.000 mаnаt kоmpеnsаsiyаnın verilməsi müqаbilində cavabdehin onun həmin mənzildən istifаdə hüququnа xitam verilməsi və sоnuncunun həmin mənzildən çıхаrılması hаzırkı mübаhisənin ədаlətli həllidir. Daha sonra İddiaçı Ağalı qızı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh X2 Bаkı şəhəri, Xətai rаyоnu, Gəncə pr-ti, ev 37 ünvanında yerləşən 85 saylı mənzilə olan istifadə hüququna 15.000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, iddiaçı cavabdehin istifadə hüququndan məhrum edilməsi müqabilində 15.000 manat məbləğində vəsaitin ödənilməsinə razıdır. Əlavə sual-cavab o zamanı bildirmişdir ki, iddiaçının pensiyaçı olması nəzərə alındıqda, 3 illik kirayə haqqı əsasında kompensasiyanın hesablanması həddindən artıq yüksək məbləğ edir. İddiaçının maddi durumu çətindir. O, yaşlı qadındır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, analoji yaşayış sahələrinin aylıq icarə haqqı təxminən 500 manat təşkil edir və bu göstərici əsasında kompensasiya məbləği müəyyən olunmuşdur. Beləliklə, 3 il üçün ümumilikdə 18.000 manat məbləğində kompensasiya hesablanmışdır. Qeyd olunur ki, iddiaçıya mənzil üzrə istifadə hüququ tanınmışdır. Cavabdeh təqdim olunmuş heç bir tələblə razılaşmır. Onun izahatına görə, mübahisə predmeti olan mənzil atasından miras qalmışdır və atası vəfat etdikdən sonra həmin əmlak vərəsəlik hüququ ilə anasına keçmişdir. Cavabdeh bu əmlak üzrə 50.000 – 60.000 manat məbləğində kompensasiya tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh sifarişi əsasında "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, ünvan 3 ünvanına yaxın ərazilərdə, köhnə tikili 9 mərtəbəli binaların 7-ci mərtəbəsində yerləşən binalarda 2 otaqdan 3 otağa düzəlmə təmirli, təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 500 (beş yüz) manat təşkil edir. İş materiallarında olan İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 29,01 kv.m yaşayış sahəsindən ibarət 37 saylı evin 85 saylı mənzilinin yerləşdiyi ərazidə aylıq kirayə haqqı 250 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8086 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 2 otaqlı 85 saylı mənzilinə uyğun olan mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 450 manat müəyyən edilmişdir. (ekspertiza xərci 100 manat müəyyən edilmişdir). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2726/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 2 otaqlı 85 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 2 otaqlı 85 saylı mənzili İddiaçı məxsusdur. Cavabdeh ailə üzvü olduğundan, həmin mənzilə istifadə hüququ yaranmışdır və həmin hüquq xətm edilməmişdir. Cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxması da iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdeh isə mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdehə kompensasiya verilməsi yolu ilə onun mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Bu həmçinin, iddiaçı tərəfindən cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığını sübut etdiyi hallarda da mümkündür. Ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq məhkəmə hesab edir ki, kompensasiya cavabdehin oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün adekvat olmalıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 85 saylı mənzilə uyğun mənzilin aylıq icarə haqqı 450 manat təşkil edir. Belə ki, mübahisəli mənzilin bazar qiymətinə uyğun aylıq kirayə haqqı məbləği nəzərə alınmaqla, cavabdehlərin davamlı surətdə yaşamaq imkanlarının təmin edilməsi üçün 16.200 manat məbləği - bazar qiymətinə uyğun adekvat kompensasiya məbləği hesab olunmalıdır. İddiaçı öz təklif etdiyi məbləğdən yuxarı kompensasiya ödəməkdən imtina etmişdir. Bununla da iddiaçının təklif etdiyi 15.000 manat kompensasiya məbləği cavabdehin oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyil və buna görə də həmin məbləğ cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına görə kompensasiya məbləği mütləq şəkildə müəyyən edilməlidir. İddia ərizəsində göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin edir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqedən görünür ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir. Bu səbəbdən kompensasiyanın məbləği iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti də sayıla bilməz. Kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Məhkəmə hesab edir ki, kompensasiya məbləği adekvat olmadığından, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərcinə daxil olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı Ağalı qızından alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Ağalı qızının cavabdeh X4 qarşı 15.000 (on beş min) manat kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 85 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərcinə daxil olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı Ağalı qızından alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-148/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-148/2025
18.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver