Məhkəmə qərarları › İş №e-2(011)-1494/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1494/2021

17.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1494/2021 17.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onların etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ünvan 2at Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə, İddiaçı3 cavabdeh ünvan 2at Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ünvan 2at Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 faktiki qəbul etmiş olduğu miras əmlak olan ünvan 1 ünvanına dair İddiaçı1 ½ və İddiaçı2 ½ pay olmaqla, bərabər paylarının tanınmasına dair vərəsəlik haqqında şəhadətnamənin verilməsinin ünvan 2at Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 04 sentyabr 2020-ci il tarixdə X2 etibarnamə əsasında nümayəndəsi kimi ünvan 2at Ofisinə müraciət edərək, onun atası X8 miras qalmış və faktiki qəbul etdiyi miras əmlak olan ünvan 1 ünvanına dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. ünvan 2at Ofisinin 11 dekabr 2020-ci il tarixli məktubu ilə mərhum X10 adına olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, vərəsələr arasında mübahisə olduğundan mümkün olmaması, bununla əlaqədar məhkəməyə müraciət etməyin məqsədə uyğun olması bildirilmişdir. Həmin iş üzrə elə həmin notarius tərəfindən X6 miras əmlakı faktiki qəbul etmiş vərəsə kimi qəbul edilərək etibarnamə əsasında onun nümayəndəsi vasitəsilə miras əmlaka dair çıxarışın alınması üçün müvafiq orqana məktub verilmişdir. Bundan başqa, X6 20 avqust 2020-ci il tarixdə Bakı şəhəri 5 saylı Notariat Ofisində qeydə alınmaqla bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən, ona atasından miras qalmış və faktiki qəbul etdiyi əmlakı İddiaçı1 və İddiaçı2 vəsiyyət etmişdir. X6 10 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. O, heç vaxt ailə qurmamışdır, övladları yoxdur və valideynləri vəfat etmişlər. Göründüyü kimi, onun birinci dərəcəli vərəsələri, həmçinin məcburi pay almalı olan vərəsələri də yoxdur. X2 vəsiyyətnamə üzrə vərəsələri İddiaçı1 və İddiaçı2dır. İddiaçı3 cavabdeh ünvan 2at Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 miras qalmış əmlak üzərində İddiaçı3 vərəsəlik hüququnun tanınması, bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının babası X10 12 may 1994-cü il tarixdə və onun həyat yoldaşı olan X4 19 yanvar 2005-ci il tarixdə vəfatından sonra ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 66.4 kv.m olan yaşayış evi qalmışdır. Birgə nikahdan onların üç övladı olmuşdur: X14, X6 və X7. İddiaçının atası X14 12 aprel 2010-cu ildə, X7 07 iyul 2010-cu ildə, X6 isə 10 sentyabr 2020-ci ildə vəfat etmişlər. Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi (keçmiş Matros küçəsi), 13 nömrəli evə X10 adına mülkiyyət hüququ AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 12 oktyabr 2020ci il tarixdə rəsmiləşdirilmişdir. İddiaçının babasının qeyd olunan əmlaka dair mülkiyyət hüququ 12 oktyabr 2020-ci il tarixdə yaranmışdır. Valideynlərinin ölümündən sonra mirası faktiki qəbul edərək həmin mübahisəli mənzildə iddiaçının atası və X6 yaşamışlar. Atasının ölümündən sonra mirasdan pay almaq hüququ irsi transmissiya əsasən iddiaçıya keçir. İddiaçı 2020-ci ilin noyabr ayında lazımi sənədləri təqdim edərək mirasın qəbulu haqqında ünvan 2at Ofisinə ərizə ilə müraciət etmişdir. İddiaçının atası həmin mənzili əsaslı təmir etmişdir. Atası vəfat etdikdən sonra iddiaçı oradakı mebel və ev əşyalarının bir hissəsini götürmüşdür. Qalan hissəni aparmaq istəyəndə isə bibisi X6 iddiaçını evə buraxmamışdır. Həmin evdə iddiaçının atasına məxsus şəxsi əşyaları, təmir üçün alətləri, soyuducu, mətbəx mebeli, iddiaçının şəxsi əşyaları və çoxsaylı qızıl əşyalar qalmışdır. Atasının ölümündən sonra iddiaçının bibisi Zərnişan İsmayılovanın ona qarşı münasibəti pisləşmişdir. Buna səbəb iddiaçının digər bibisi X3 uşaqları İddiaçı2 və İddiaçı1 olmuşlar. Onlar iddiaçını evə buraxmırlar. Zərnişanın ölümündən sonra onlar evin ilkin qeydiyyatını aparmaq üçün sənədləri və iddiaçının atasından qalan əşyaları ona verməkdən imtina edərək evin qıfılını da dəyişmişlər. İddiaçının bibisinin uşaqları Lalə və Fərhad ağır xəstə olan bibisi X2 ölümündən bir neçə gün əvvəl Lalənin yaşadığı evə köçmüşlər və bir neçə gün sonra o, 20 avqust 2020-ci il tarixdə İddiaçı2 vəsiyyətnamə vermişdir. İddiaçı2 iddiaçıdan gizli saxlayaraq həmin vəsiyyətnaməyə əsasən Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov (keçmiş Matros) küçəsi, 13 nömrəli mübahisəli evə Dövlət Reyestrindən çıxarış almışdır. Bundan 20 gün sonra isə 10 sentyabr 2020-ci ildə Zərnişan İsmayılova vəfat etmişdir. Zərnişanın ölümündən sonra İddiaçı1 öz ailəsi ilə birlikdə mənzilə köçmüşdür. Məhkəmə iclasında İddiaçı1, İddiaçı2, onların etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər, İddiaçı3 iddia tələbinin isə rədd olunmasını xahiş etdilər. İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ünvan 2at Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1, İddiaçı2, onların etibarnamə üzrə nümayəndəsi və vəkili X1 izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı1 və İddiaçı2 iddiası təmin olunmalı, İddiaçı3 iddiası isə rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Mixail İsmayılov 1994-cü ildə, onun arvadı Mariya İsmayılova 2005-ci ildə vəfat etmişlər. İsmayılovların ölümündən sonra onların 3 vərəsəsi qalmışdır. Bu vərəsələrdən Arif İsmayılov 12 aprel 2010-cu ildə, Zərindac İsmayılova 07 iyul 2010-cu ildə, Zərnişan İsmayılova 10 sentyabr 2020-ci ildə vəfat etmişlər. Hazırkı mübahisə X9 İsmayılova ilə Zərindac İsmayılovanın övladları Fərhad və Lalə Quliyevlər arasında yaranmışdır. Zərnişan İsmayılovanın övladları olmamışdır. İddiaçı3 məhkəmə araşdırması zamanı izahatlar verərək anası ilə atası boşandıqdan sonra istinad edilən ünvandan başqa ünvana köçdüyünü, ona qədər babasına məxsus olan evdə yaşadıqlarını qeyd etmişdir. O atasının babası Mixailin və nənəsi Mariyanın ölümündən sonra da qeyd edilən ünvanda yaşadığına istinad etmiş, onun əşyalarını o evdə yerləşdiyini göstərmişdir. Daha sonra atası xəstələndiyi üçün o, atasını öz yanına aparmış və atası onun evində vəfat etmişdir. Atasının ölümündən sonra o, bibisinin yaşadığı evə gedərək atasına məxsus əşyaların bir hissəsini götürmüşdür. Daha sonra bibisi ilə aralarında münasibətlər pisləşdiyindən və sonuncu onu evə buraxmadığından o, qeyd edilən mənzilə daxil ola bilməmişdir. Bibisinin vəfatından sonra o notariat orqanına ərizə ilə müraciət etmiş və miras əmlakı qəbul etmək niyyətini bəlli etmişdir. O, öz izahatlarında atası xəstələnənə qədər, yəni ölümündən bir il öncəsinə qədər qeyd edilən ünvanda yaşadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı3 istinad etdiyi halları sübuta yetirmək üçün şahidlər dəvət etmişdir. Məhkəmə iclasında izahatları dinlənilmiş şahidlər iddiaçının qeyd edilən ünvandan atasına məxsus əşyaları çıxarmasını və atasının evdən çıxıb-girdiyini gördüyünü qeyd etmişlər. Fərhad və Lalə Quliyevlər məhkəmə araşdırması zamanı izahatlar verərək mübahisəli ünvanda yerləşən evdə babaları Mixail və nənələri Mariyanın vəfatından sonra onların xalası Zərnişan İsmayılovanın yaşadığını qeyd etmişlər. Dayıları olan Arif İsmayılovun evli olduğu dövrdə həmin evdə yaşadığını daha sonra o evdən çıxıb getdiyini qeyd etmişlər. Evdə daima Zərnişan İsmayılovanın yaşadığını qeyd etmişlər. Daha sonra sonuncunun səhhətində problemlər yaranması ilə əlaqədar və xalalarının övladı olmadığı üçün onlar xalalarını Fərhada məxsus evə gətirdiklərini və onun orada müalicə olunduğunu qeyd etmişlər. Zərnişan İsmayılova özünü evin mülkiyyətçisi kimi bildiyindən o evini vəsiyyətnamə əsasında onlara vermişdir. Yuxarıda istinad edilənlərə əsasən məhkəmə qeyd edir ki, hər iki tərəfin verdiyi izahatlardan görünür ki, X6 vəfat etdiyi məqama qədər qeyd edilən ünvanda yaşamışdır. Bu hal məhkəmə iclasında dindirilmiş hər iki tərəfdən iştirak edən şahid ifadələri ilə də təsdiq edilmişdir. Eyni zamanda Fərhad və Lalə Quliyevlərin vəkili Nəsrin Sultanova tərəfindən məhkəməyə təqdim edilmiş müxtəlif arayış və qəbzlərin surətlərindən də görünür ki, Zərnişan İsmayılova yaşadığı ünvan üzrə müəyyən kommunal və vergi ödənişlərini həyata keçirmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş notariat kontorunda yazılmış ərizənin surətindən görünür ki, Zərnişan İsmayılova miras əmlakı faktiki olaraq qəbul etdiyini və ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etmişdir. Zərnişan İsmayılovanın müraciəti nəticəsində notariat orqanı tərəfindən aidiyyəti orqana müraciət edilmiş və əmlakın dövlət reyestrindən çıxarışı əldə edilmişdir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İstinad edilən maddədən və məhkəməyə təqdim edilmiş sübutların təhlilindən irəli gələrək məhkəmə hesab edir ki, Zərnişan İsmayılova valideynlərinin ölümündən sonra qeyd edilən mənzildə yaşamış və əmlakı qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Arif İsmayılovun qanunvericiliyin tələblərinə uyğun nə notariat ofisinə müraciət etməsi, nə də faktiki qəbul etməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında Arif İsmayılovun o evdə yaşamasını sübuta yetirəcək hallar aşkar edilməmişdir, şahid ifadələri mirasın faktiki Arif İsmayılov tərəfindən qəbul edilməsi nəticəsinə gəlmək üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. X13 miras əmlakı qəbul etməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Zərnişan İsmayılovanın əmlakı faktiki qəbul etməsi işin mübahisəsiz halıdır. İddiaçı3 iddia ərizəsində evin təmirli olmasını, atasının evi əsaslı təmir etməsinə istinad etsə də, iddiaçının bu dəlilləri məhkəmə iclasında digər tərəfin verdiyi sübutlarla təkzib edilmişdir. Belə ki, təqdim edilən fotoşəkillərdən evin təmirli olması müşahidə olunmur. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı3 atası Arif İsmayılovun babası Mixaildan qalan miras evi qəbul etməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən İsmayılovanın mübahisəli mənzildən hər hansı əşyaların çıxarması faktı onun miras əmlakı faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. İddiaçı3 iddia ərizəsində mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə qeyd edir ki, İddiaçı3 babasından qalan miras əmlakın onun atası tərəfindən qəbul edildiyini sübuta yetirə bilmədiyindən, eyni zamanda atasının vəfatından sonra qeyd edilən əmlakla bağlı hər hansı qanuni tədbirlər görmədiyindən, müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı da hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə Fərhad və Lalə Quliyevlərin iddia tələbinə qiymət verərək hesab edir ki, nə qədər ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərnişan İsmayılova mübahisəli əmlakı faktiki olaraq miras əmlak kimi qəbul etmişdir o, özünə məxsus əmlak üzərində istədiyi kimi sərəncam vermək hüququna malik olmuşdur. İş materiallarına əlavə edilmiş əlyazma şəklində tərtib edilmiş və notarius tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, o özünə məxsus bütün əmlaklarını o cümlədən mübahisə predmeti olan evi Fərhad və Lalə Quliyevlərə vəsiyyət etmişdir. Vəsiyyətnamə notarius tərəfindən təsdiq edilmiş və bu günkü gün hər hansı mübahisə predmeti deyil. Məhkəmə qeyd edilmiş vəsiyyətnamənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsini nəzərə alaraq bu vəsiyyətnaməni Quliyevlərin vəsiyyətnamə üzrə vərəsələr kimi tanınmasına əsas sayır. Belə olan halda iddia tələbi təmin edilməli, X2 faktiki qəbul etmiş olduğu miras əmlak olan ünvan 5 ünvanına dair İddiaçı1 ½ və İddiaçı2 ½ pay olmaqla, bərabər payları tanınmalıdır. Vərəsəlik şəhadətnaməsinin verilməsinin hazırkı qətnamənin icrasından irəli gələn prosedur olduğu nəzərə alınaraq şəhadətnamənin verilməsi ünvan 2at Ofisinə həvalə edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 10 manat dövlət rüsumu, İddiaçı3 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onların özünə aid edilməlidir. İddiaçı3 tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ünvan 2at Ofisinə qarşı iddia tələbi təmin edilsin. X2 faktiki qəbul etmiş olduğu miras əmlak olan ünvan 5 ünvanına dair İddiaçı1 ½ və İddiaçı2 ½ pay olmaqla, bərabər paylarının tanınmasına dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi ünvan 2at Ofisinə həvalə edilsin. İddiaçı3 cavabdeh ünvan 2at Ofisinə qarşı X11 miras qalmış əmlak üzərində İddiaçı3 vərəsəlik hüququnun tanınması, bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay uzadılması barədə iddia tələbi rədd edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onların özünə aid edilsin. İddiaçı3 tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar