Məhkəmə qərarları › İş №e-2(011)-15/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-15/2025

11.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-15/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “özbaşına tikilinin sökülməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X5 qarşı İddiaçınə məxsus NZS qəsəbəsi, Marat Əmirxanov küçəsində yerləşən cavabdeh X9 tərəfindən tikilmiş özbaşına tikilinin onun tərəfindən sökülməsinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xalq X4 Komitəsinin xx.xx.1990-cı il tarixli 4/142 nömrəli qərarı ilə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində "Göyçə" kooperativinin yaradılması üçün torpaq sahəsi ayrılmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 972,2 kv.metrdir. Belə ki, cavabdeh X9 tərəfindən İddiaçınə məxsus olan sahədə tikili tikib və bu İddiaçı mülkiyyət hüquqlarını pozur. Belə ki, dəfələrlə cavabdehdən sözügedən tikilini sökməı tələb edilsə də, cavabdeh tərəfindən bununla bağlı heç bi tədbir görülməmişdir. Cavabdeh X9 xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-87/2024 saylı qərardadına əsasən iddiaçı "xxxx"irzəX”̇ Şirkətinin cavabdeh X5 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə icraat X2 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı qanuni təmsilçisi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh X2 vərəsələri müəyyən edildiyindən iş üzrə icraatın təzələnməsi xahiş olunur. Daha sonra o ərizə ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 cavabdehlər qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 adına vərəsəlik işinin açılması ilə bağlı notariat kontoruna müraciət olunmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 - cavabdeh X2 birinci növbədən olan vərəsələr kateqoriyasına aid olduğundan, iddiaçının xahişi ilə onlar cavabdehin cavabdeh qismində işə cəlb edilmişlər. İddiaçı qanuni təmsilçisi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, sahə özbaşına olaraq əvvəllər Y.Məmmədov, daha sonra isə onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. Dəmir parçaları və sair tullantı materiallarının bir ərazidə toplayıb qıfıllamaqla, cavabdehlər sahəni zəbt ediblər və boşaldılmaqdan imtina edirlər. Mübahisəli tikili iddiaçının darvazası qarşısındadır və buna görə də giriş-çıxışa maneələr törədir. Sual-cavab zamanı o bildirmişdir ki, əvvəllər cavabdeh Y.Məmmədovun zəbt etdiyi sahə daha böyük idi. Tövlə istifadə olunurdu. Uzun illərdir ki, tərəflər arasında bununla bağlı mübahisə var. Öz aralarındakı razılaşmaya əsasən mərhum cavabdeh Y.Məmmədov tövlənin bir hissəsini ləğv etmişdir. Yerdə qalan sahə cavabdeh Y.Məmmədovun istifadəsində qalmışdır. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. O bildirmişdir ki, özü və ailəsi məcburi köçkündürlər. Cavabdehlər Cavabdeh2 onun anası, Cavabdeh3 – onun bacısı, Cavabdeh4 – onun qardaşıdır, Cavabdeh5 – onun ata tərəfdən nənəsidir. İddiaçının onlardan mübahisəli sahəni sökməklərini tələb etmək hüququ yoxdur. Belə ki, həmin ərazi əvvəllər atasına məxsus ət kəsimi yeri idi. İddiaçının tələbi ilə ət kəsimi yerinin böyük hissəsi ləğv edildi. Yerdə qalan mübahisəli sahə isə onlar tərəfindən saxlanc yeri kimi istifadə olunur. Orada lazımlı bağ alətləri, arabalar və sair qiymətli ləvazimatlar saxlanılır. Həmin yeri bağlı saxlayırlar. İddiaçının ərazisi zəbt olunmayıb. Ümumiyyətlə o sahənin iddiaçıya məxsus olması təsdiq olunmur. O yer dövlətindir. İddiaçının darvazasına gəldikdə isə darvaza əvvəl orda deyildi. İddiaçı darvazasının yerini dəyişdirəndən sonra mübahisəli yer darvaza önünə düşmüşdür. İcra hakimiyyətindən onlara zəbtlə əlaqədar hər hansı irad bildirməyib. Əgər dövlət orqanı tərəfindən, yəni icra hakimiyyəti tərəfindən tələb olunarsa – o dərhal həmin sahəni boşaldacaq. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməklərinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materilallarında olan xx.xx.2021-ci il tarixli, 31 saylı icazənin surətindən görünür ki, Xətai rayonu, NZS qəsəbəsi, Marat Əmirxanov küçəsində yerləşən qeyriyaşayış sahəsinin (layihə üzrə - ümumi torpaq sahəsi 579,64 kv.m, ümumi sahə 925,03 kv.m, binanın ümumi həcmi 3.206,18 kv.m, mərtəbəliliyi - 2) istismarına icazə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Xətai rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevə ünvanlanan ərizənin surətindən görünür ki, NZS qəsəbəsi, Marat Əmirxanov küçəsində ərazinin bir hissəsi qonşuluqda yaşayan şəxslər tərəfindən özbaşına zəbt edilmişdir. xx.xx.2017-ci il tarixində Xətai rayonu İcra hakimiyyətinə tikilinin sökülməsi barədə müraciət edilmişdir. Lakin heç bir cavab alınmamışdır. Ərizə ilə tikilinin sökülməsinə dair göstəriş verilməyi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Xətai rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevə ünvanlanan ərizənin surətindən görünür ki, tövlənin sökülməsi ilə bağlı daha əvvəl müraciət olunmuşdur. Tövlənin bir hissəsi sökülsə də onun 2018-ci ildə genişləndirilərək tikilmiş hissəsi sökülməmişdir. Əlavə olaraq sökülmüş taxta, dəmir, şifer və sairdən ibarə zibillər də oraya atılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Xətai rayonu polis idarəsinin rəisi İlqar Məmmədova ünvanlanan məktubun surətindən görünür ki, NZS qəsəbəsi, Marat Əmirxanov küçəsində İddiaçınə məxsus olan obyektin qabağındakı ərazini bir hissəsi vaxtilə qonşuluqda yaşayan şəxslər tərəfindən zəbt edilərək yararsız taxta və dəmir parçalarından qoyun saxlamaq üçün tövlə düzəldirmişdir. O zaman İddiaçı istədiyi zaman həmin tövlənin söküləcəyi deyilmişdir. Ancaq qoyun “biznesi” başa çatdıqdan sonra onu sökməkdən imtina etmişlər və Mikayıl Camalovun ərazi polis inspektoru işlədiyi dövrdə tövlənin ərazisini bir az da artırmışlar. İddiaçı Mikayıl Camalova ərizə ilə müraciət edərək tikilinin sökülməsini xahiş etmişdir və tövlənin 10-15 günə söküləcəyi deyilmişdir. 2022-ci ilin sentyabr ayında tövlənin əvvəlcə tikilən hissəsi sökülmüş, ancaq sonradan artırılan hissəni sökməkdən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Xətai rayonu 37-ci polis bölməsini rəisinə ünvanlanan məktubun surətindən görünür ki, tikilinin sökülməsinə dair göstərişin verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Xətai RPİ-nin 37-ci PB-nin rəis müavini, polis kapitanı Nurlan Aslanov tərəfindən İddiaçı nümayəndəsi Nümayəndə ünvanlanan məktubun surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə daxil olmuş ərizəyə baxılmış, ərizədə göstərilən xüsusatlarla bağlı X3 izahatı nəzərə alınaraq, İXM-nin 395.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Xətai rayon İcra hakimiyyətinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədova ünvanlanan məktubun surətindən görünür ki, tikilinin sökülməsinə dair göstərişin verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Regional idarəetmə ə status şöbəsinin müdiri Sənan Hüseynov tərəfindən “Universal” Vəkil Bürosuna ünvanlanan məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsində olan məlumata əsasən Ağdam rayonundan məcburi köçkün X10 ünvan 5 ünvanında faktiki olaraq məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cavabdeh X2 İddiaçı Cavabdeh1 qarşı cavabdeh X9 tərəfindən tikilmiş özbaşına tikilinin onun tərəfindən sökülməsi tələbinə dair iddia ərizəsinə etirazın surətindən görünür ki, cavabdeh iddianı əsassız və qanunsuz hesab edir və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş edir. Belə ki, iddiada qeyd olunur ki, Bakı Şəhəri Xalq X4 Komitəsinin xx.xx.1990-cı il tarixli 4/142 nömrəli qərarı ilə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində "Göyçə" kooperativinin yaradılması üçün torpaq sahəsi ayrılmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 972.2 kv.metrdir. Lakin Göyçə kooperativinin yaradılması torpağın ona ayrılması üçün əsas ola bilməz. Torpağın ayrılması üçün Bakı Şəhəri Xalq X4 Komitəsinin və ya Xətai Rayon İcraiyyə Komitəsinin sərəncamları olmalıdır. Belə bir sərəncam iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda torpaq ayrıldıqdan sonra həmin torpağın koordinatları vurulmaqla ayrı akt olmaqla yanaşı texniki pasport da olmalıdır. Bu da iddia ərizəsinə əlavə olunmamışdır. Torpağın ayrılması barədə nə sərəncam, nə də texniki pasport ola bilməz ona görə ki, həmin tikilinin altından böyük kanalizasiya magistralı keçir. Eyni zamanda qeyd olunur ki, sözügedən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 972.2 kv.metrdir. Həmin sahənin o qədər olması barədə iddia ərizəsinə heç bir texniki sənəd əlavə olunmamış, nə də cavabdehə aid olan tikili həmin qeyri-yaşayış sahsinin içində deyil. Nə də həmin qeyri-yaşayış sahəsinin statusunu müəyyən etmək üçün iddia ərizəsinə nə çıxarış, nə də tikintiyə aid sərəncam əlavə edilmişdir. Belə olan halda həmin tikili də özbaşına tikili hesab edilməlidir. İddiaçının özünə də, ətrafındakı işanlara da məlumdur ki, həmin tikili cavabdeh tərəfindən tikilmiş və onun ərazisinə heç bir aidiyyatı yoxdur. Ərizəyə əlavə olunmuş fotoşəkillərədən göründüyü kimi, onun ümumi giriş-çıxışı cavabdehin tikilisinin sağ tərəfindədir. Sonradan açmaq istədiyi dəmir darvaza cavabdehin tikilisinin arxasındadır. Ona görə də hesab edir ki, onun tikilisinin sökülməsinə iddiaçının heç bir hüququ yoxdur ki, iddia qaldırsın. Cavabdehin tikinti apardığı torpağın sahibi və mülkiyyətçisi dövlət və bələdiyyələr ola bilər. İş materiallarında olan Bakı Şəhəri Xalq X4 Komitəsinin xx.xx.1990-cı il tarixli 4/142 nömrəli Torpaq sahələrinin ayrılması haqqında qərarının surətindən görünür ki,

19. Xətai rayon Xalq X4 Komitəsinin xahişini nəzərə alaraq xalq istehlakı mallarının buraxılmış və əhaliyə məişət xidməti göstərillməsi üzrə “Göyçə” kooperativinin yaradılması üçün NZS qəsəbəsinin, Sosialist küçəsində torpaq sahəsi ayrılmasına icazə verilmişdir. 32. Sifarişçiyə tapşırılsın: 32.1.Memarlıq və şəhərsalma baş idarəsi layihələndirmənin vaxtı və qaydası üzrə tapşırıq yerinə yetirsin. 32.2.Sahəni yerində qəbul etsin, qorusun və onun sanitar vəziyyətinə nəzarət etsin. 32.3.Ərazinin və obyektin memarlıq planlaşdırılmasının eskiz həllini memarlıq və şəhərsalma Baş idarəsi ilə layihələndirmə ərəfəsində razılaşdırsın. 37.4.Layihə təşkilatı layihə-axtraışı işləri apararkən göstərilməmiş mühəndis kommunikasiyalar aşkar edərsə, baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini razılaşdırmaq üçün memarlıq və şəhərsalma Baş idarəsinə məlumat versin. 38. Rayon XDS icraiyyə komitəsinə tapşırılsın ki, ayrılmış torpaq sahələrinin sanitar vəziyyətinə diqqəti artırsın, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görsün və nəzarəti gücləndirsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsində yerləşən tikili barədə dəqiq məlumat verildikdə müraciətə yenidən baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Nümayəndə ünvanlanan xx.xx.2022-ci il tarixli, MİHO/2.1.2-2-2022-1060 saylı məktubun surətindən görünür ki, Bakı Şəhəri Xalq X4 Komitəsinin xx.xx.1990-cı il tarixli 4/142 nömrəli tikinti pasportuna əlavə edilmiş torpaq sahəsinin cizgisinin təsdiq edilmiş surəti ilə bağlı Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində heç bir sənəd aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7718 saylı ekspert rəyinin surətindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, cavabdeh X9 tərəfindən taxta konstrulsiya və şifer təbəqələr ilə hasara alınaraq istifadə edilən ərazinin Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Marat Əmirxanov küçəsində yerləşən İddiaçı adlı şirkətə ayrılmış Xətai Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış 2021-ci il tarixli “X1”-ndə göstərilən torpaq sahəsinin sərhəd hasarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Aparılmış müqayisəli tədqiqatla müəyyən edilmişdir ki, cavabdeh X9 tərəfindən taxta konstruksiya və şifer təbəqələr ilə hasara alınaraq istifadə edilən ərazi Xətai Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış 2021-ci il tarixli “X1”-ndə göstərilən giriş-çıxış hissəsinin önündə yerləşir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Marat Əmirxanov küçəsində yerləşən İddiaçı adlı şirkətə ayrılmış Xətai Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış 2021-ci il tarixli “X1”-ndə göstərilən torpaq sahəsinin layihəsində birbaşa əsas yola giriş-çıxış hissəsinin nəzərdə tutulması müəyyən edilmişdir. Faktiki vəziyyətdə həmin ərazidə İddiaçı adlı şirkətə ayrılmış torpaq sahəsindən birbaşa yola iki ədəd giriş-çıxış sahəsi mövcuddur. Cavabdeh tərəfindən çəpərə alınmış ərazinin 1,3 metr enində hissəsinin iddiaçı tərəfindən quraşdırılmış 4,3 metr enində dəmir qapının ön hissəsində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan “Socar” tərəfindən İddiaçı müdiri Nümayəndə ünvanlanan xx.xx.2024-cü il tarixli, 14-2/2-3049/2024 saylı məktubun surətindən görünür ki, aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, məktubda koordinatları qeyd olunana və WGS 84/UTM N39 koordinat sistemində koordinatlar daxilində yerləşən sözügedən 978 kv.metr torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikasının "xxxx" Açıq Səhmdar Cəmiyyəti Xətai Rayon Sukanal İdarəsinin Nümayəndə ünvanlanan xx.xx.2024-cü il tarixli, 13-16-5-2/2-02/1-H-311/545/2024 saylı məktubunun surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış obyektinin yerləşdiyi ərazidən ünvan 9əxsus kommunikasiya xətləri keçmir və obyekt su və kanalizasiya xətlərinin mühafizə zolağında yerləşmir. İş materiallarında olan İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı müvafiq məhkəmə işi üzrə cavabdeh X2 əsl cavabdeh X11 ilə əvəz edilməsi barədə qərarda qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-kommunal Təsərrüfatı Departamenti Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 101 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli, 120 saylı məktubunun surətindən görünür ki, 101 saylı MKİS-nin inzibati ərazisində yerləşən M.Əmirxanov küçəsi 31 saylı evin 1 saylı mənzil ********* saylı, xx.xx.2007-ci il tarixli çıxarışına əsasən Cavabdeh5 adına məxsusdur. Ağdam rayonundan məcburi köçkün kimi qeydiyyatsız yaşayır. Ailə üzvləri 6 nəfərdən ibarətdir: gəlini - Cavabdeh2, nəvələri - Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, qohumları - X7, X8. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Marat Əmirxanov küçəsində iddiaçı təşkilatın istifadəsində olan qeyri-yaşayış-sahəsinin altındakı torpaq sahəsi hasara alınmaqla, darvazası önündə mərhum cavabdeh Y.Məmmədovun saxlanc yeri kimi istifadə etdiyi sahə mövcuddur. Həmin sahə iddiaçının istifadəsində olan torpaq sahəsinin daxilində olmamaqla, həmin ərazidə quraşdırılmış giriş-çıxış darvazasının önündədir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 1) girov hüququ; 2) əmlakdan istifadə hüququ; 3) servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edilən Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. İş materiallarına məcmu şəkildə qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən etməyə imkan verən hüquqmüəyyənedici sənədlər olmadığından, iddia tələbləri təmin edilməməlidir. Belə ki, ekspert rəyi ilə mübahisəli ərazinin iddiaçıya məxsus darvaza önündə yerləşməsi müəyyən edilsə də, hasarlanmış sahənin konkret sərhədləri müəyyən olunmur. Torpaq sahəsinə dair qanuni sahiblik və istifadə hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlər iş materialları ilə müəyyən edilməmişdir. İstər iddiaçının istərsə də cavabdehlərin mübahisəli sahəyə dair qanuni istifadə hüquqları müəyyən edilmədiyindən, o cümlədən iddiaçının cavabdehlərlə müqayisədə mübahisəli əraziyə dair daha üstün əmlak hüquqlarının olması iş materialları ilə təsdiq olunmadığından, iddia tələbləri təmin edilməli deyil. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərclərinə daxil olan ekspertiza xərci - 100 manat pul vəsaiti İddiaçınndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya adi edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı – İddiaçınə məxsus NZS qəsəbəsi, Marat Əmirxanov küçəsində cavabdeh X9 tərəfindən tikilmiş özbaşına tikilinin cavabdehlər tərəfindən sökülməsi barədə iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar