Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-159/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1, iddiaçı X5 X4 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı X5 Neft Emalı Zavodu Cavabdeh qarşı ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan Dş 200 mm-lik neft boru kəmərinin mühafizə zonasında, kəmərdən 21 metr aralı məsafədə Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin fərdi yaşayış evinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan Dş 200 mm-lik neft boru kəmərinin mühafizə zonasında, kəmərdən 21 metr aralı məsafədə Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin fərdi yaşayış evinin sökülməsi, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman ödənilmiş 100 manat dövlət rüsumu və rəy verilməsi üçün xidmət haqqı kimi ödənilmiş 95 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan Dş 200 mm-lik neft boru kəmərinin mühafizə zonasında, kəmərdən 30,8 metr, 31,8 metr və 33,0 metr məsafələrdə Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin fərdi yaşayış evinin sökülməsi, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman ödənilmiş 100 manat dövlət rüsumu və rəy verilməsi üçün xidmət haqqı kimi ödənilmiş 95 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən X5 X6 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərindən təqribən 30-35 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh tərəfindən bir mərtəbəli yaşayış evinin üzərində beton kəmər ataraq təqribən 10x7 metr ölçülərdə 13 qırmızı kərpic hündürlüyündə 2-ci mərtəbə üzrə hörgü işlərinin aparılması faktı aşkar olunmuşdur. Vətəndaş Cavabdeh aparılan tikinti işlərinin mühafizə zonasına düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunmuşdur. Tikinti işləri NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xətlərinin mühafizə zonasında aparıldığından Cavabdeh tikdiyi tikilinin sökülməsi tələb olunsa da, o, tikilini sökməyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə NEZ-in əməkdaşlarının iştirakı ilə ünvan 1 ünvanında Cavabdeh tərəfindən tikinti işləri aparılan əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin ünvanda NEZ-ə məxsus neft məhsulları nəql olunan Dş 200 mm-lik neft boru kəmərinin mühafizə zonasında, kəmərdən 21 metr aralı məsafədə Cavabdeh tərəfindən yaşadığı bir mərtəbəli evin ikinci mərtəbəsi tam tikilərək başa çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə təqdim edilmiş sübutlar: İş materiallarında olan 22/088 saylı, 7 mart 2024-cü il tarixli aktın sürətinə əsasən SDM üzrə veriİmiş 18 avqust 2022-ci il tarixli SOCAR22SOCAR Downstream **********20A00057 saylı əmrə əsasən yaradıİmış komissiyanın üzvləri SDM-in Mühafizənin təşkiİi və Hərbi səfərbərlik üzrə meneceri Zaur Əliyev, SDM-in Təhlükəsizlik ye Mühafizənin təşkili üzrə aparıcı mütəxəssisi Samir N.Quliyev, SDM-in İstehsaİat üzrə mühəndisi Süleyman Əliyev, SDM-in Layihələr üzrə Böyük mühəndisi Suliddin Məmmədəliyev, SDM-in Böyük Hüquq məsləhətçisi Ramiz Sədiyev, SDM-in Böyük Hüquq məsləhətçisi Nümayəndə bu aktı tərtib etmişlər ki, X5 X6 məxsus neft məhsulu nəql olunan və DŞ 200 neft boru kəmərindən hesablanan 50 metirlik "Mühafizə Zonası"na baxış keçirərkən dəqiq məlum oİmuşdur ki, ünvan 2 ünvanındakı, vətəndaş Cavabdeh məxsus köhnədən olan evin üzərində apardığı ikinci mərtəbənin tikinti işləri "Mühafizə Zonası"nın 21 metrliyində yerləşir. Həmin ərazidə DŞ 200 mm Neft boru kəmərinə paralel DŞ 200 mm N.b. kəməri keçir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışın sürətindən görünür ki, X5 X3 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Ds-500 mm. (dızel yanacağı) ve Ds- 300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, "Azərikimya" İB-nin Etilen-Polietiİen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Məhkəmə tərəfindən keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən həyətyanı sahədə cavabdehə məxsus 1 mərtəbəli fərdi yaşayış evi vardır. Hazırda həmin yaşayış evinin 2-ci mərtəbəsi tikilməkdədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3521 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ərazi idarəsinin mühəndis-inventarlaşdırıcı Əliyev Rasimin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən yaşayış evi neft kəmərlərindən 30,8 metr, 31,8 metr və 33,0 metr məsafələrdə yerləşir. Həmçinin yaşayış evindən 13,5 metr məsafədən gərginlik (35 kvt.-lıq) elektrik xətti keçir. Göstərilən yaşayış evindən əlavə 95,0 kv.m. qapalı torpaq sahəsi Cavabdeh istifadəsindədir. Vahid elktron kadastr baza məlumatlarına əsasən göstərilən daşınmaz əmlak tamamilə neft kəmərinin mühafizə zonasında yerləşir. Sahə “ADEC” Azərbaycan İn şirkətinə ayrılmış torpaq sahəsinin ayrıc aktının daxilində yerləşir. Sahənin 3,0 hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasıdır. Həmçinin ərazi kəmərinin mühafizə zonasında yerləşir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-51151/2025 nömrəli məktubdan görünür ki, Cavabdeh adına qeydiyyatda alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;[208] 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr; 139-1.1.13. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə. Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"
4.1-ci bəndinə görə İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1-ci bəndinə görə "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: bina və qurğuların tikintisi; ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı Cavabdeh qarşı mövcud iddia tələbini ünvan 1 ünvanında yerləşən tikilinin özbaşına tikili olması ilə əsaslandırmışdır. Bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Belə ki, adıçəkilən tikiliyə dair hər hansı sənəd, tikilinin aparılması üçün müvafiq icazə və yaxud həmin sahənin cavabdehlərin mülkiyyətində olmasını təsdiq edən sübutlar mövcud olmamışdır. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh tərəf də, həmin tikiliyə, həmçinin fərdi yaşayış evinə dair mülkiyyət sənədlərinin olmadığını bildirmişdir. Həmçinin, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/35211 nömrəli ekspert rəyinə əsasən sözü gedən yaşayış evi neft kəmərlərindən 30,8 metr, 31,8 metr və 33,0 metr məsafələrdə yerləşir. Həmçinin yaşayış evindən 13,5 metr məsafədən gərginlik (35 kvt.-lıq) elektrik xətti keçir. Göstərilən yaşayış evindən əlavə 95,0 kv.m. qapalı torpaq sahəsi Cavabdeh istifadəsindədir. Vahid elktron kadastr baza məlumatlarına əsasən göstərilən daşınmaz əmlak tamamilə neft kəmərinin mühafizə zonasında yerləşir. Sahə “ADEC” Azərbaycan İn şirkətinə ayrılmış torpaq sahəsinin ayrıc aktının daxilində yerləşir. Sahənin 3,0 hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasıdır. Həmçinin ərazi kəmərinin mühafizə zonasında yerləşir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan neft boru kəmərlərinin mühafizə zolağında inşa etdiyi özbaşına tikilmiş fərdi evdə yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 4.1-ci bəndinə görə İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci bəndinə görə "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi üzrə işlərin edilməsi qadağandır. İşin faktiki hallarına və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında cavabdeh tərəfindən hər hansı icazə və qanuni əsas olmadan tikili inşa edildiyindən, həmin tikili özbaşına (qanunsuz) tikili hesab edilməli, tikili cavabdehin hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır.
Məhkəmə xərcləri: İddiaçı X5 X4 Cavabdeh qarşı iddiası təmin edildiyinə görə, məhkəmə xərcləri də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. ünvan 1 ünvanında X5 X6 məxsus neft məhsulları nəql olunan Dş 200 mm-lik neft boru kəmərinin mühafizə zonasında, kəmərdən 30.8 metr, 31.8 metr və 33.0 metr məsafələrdə Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evi qanunsuz tikili hesab edilsin. ünvan 1 ünvanında X5 X6 məxsus neft məhsulları nəql olunan Dş 200 mm-lik neft boru kəmərinin mühafizə zonasında, kəmərdən 30.8 metr, 31.8 metr və 33.0 metr məsafələrdə tikilmiş fərdi yaşayış evi sökülsün. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş vəsaitinin əvəzi olaraq 95 (doxsan beş) manat, ümumilikdə 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X5 X6 ödənilsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova