Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1641/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə ilə , İddiaçı cavabdeh "İrişəhərlərin Birləşmiş Su Təchizati Xidməti" X4rşı borcun silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "İrişəhərlərin Birləşmiş Su Təchizati Xidməti" X4rşı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1191-ci məhəllə, ev 14, Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, giriş 4S ünvanında yerləşən qeyri-yaşayış sahəsinə “DN20mm ön ödənişli smart kart tipli su sayğacı və onun texniki şərtə uyğun quraşdırılması” üçün iddiaçıdan əsassız olaraq alınmış 248 manat 23 qəpik pulun və iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-dən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə idda ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş baxılmağa məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, hazırki tələb Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1191-ci məhəllə, ev 14, Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, giriş 4S ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış borcun silinməsi ilə bağlıdır. Eyni zamanda iddiaçı ilə bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” müqavilədə adından da göründüyü kimi, istehlakçının sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu, qeyri-əhali istehlakçı qrupuna daxil olduğu göstərilmişdir. Bundan əlavə təqdim edilmiş abonent haqqında məlumat vərəqindən də görünür ki, abonentin qeyri-əhali kateqoriyasına daxil olduğu, qeyri-yaşayış sahəsinin isə hüquq məsləhətxanası kimi fəaliyyət göstərdiyi qeyd edilmişdir. Digər tərəfən İddiaçı adına “X1” üzrə fəaliyyət istiqaməti üzrə aktiv VÖEN (**********) vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, həmin Qərarın 24-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh İrişəhərlərin Birləşmiş Su Təchizati Xidməti" X6 arasında mübahisə İddiaçı öz fəaliyyətinin həyata keçirilməsi üçün su enerjisindən istifadədən irəli gələn mübahisə olduğundan, bu cür mübahisələrə isə kommersiya məhkəmələrində baxılmalı olduğundan, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "İrişəhərlərin Birləşmiş Su Təchizati Xidməti" X4rşı borcun silinməsi tələbinə dair müki üç baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova :
Məhkəmə qərarları › İş №e-2(011)-1641/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1641/2025
14.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver