Məhkəmə qərarları › İş №e-2(011)-168/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-168/2024

08.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-168/2024 08.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar X2, X5, onların vəkili Vəkil iştirakları ilə, İddiaçılar X2, X5, X3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 25.000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38.71 kv.metr olan, 3 otaqlı 159 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzil xx.xx.2005-ci il tarixdən etibarən Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 232048 saylı seriya nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışa əsasən, cavabdehlər Cavabdeh1 və onun övladları Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzildə qeydiyyatdadırlar. Cavabdehlər hal-hazırda iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzilində yaşayırlar. Cavabdeh1 iddiaçıya məxsus sözügedən mübahisəli mənzildə ona dinc yaşamağa imkan vermir. Belə ki, onların birlikdə yaşamaları mümkünsüzdür. Cavabdeh1 tərəfindən bu yaşlı halında öz şəxsi əmlakında təzyiqlərə məruz qalır, təhqir olunur. Bununla yanaşı, hətta Cavabdeh1 tərəfindən sağlamlığına xəsarətlər də yetirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 18:36 radələrində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzildə yaşayan həyat yoldaşı X4 DİN-in “102” xidməti zəng mərkəzinə məlumat verərək, Cavabdeh1 ona xəsarət yetirdiyini bildirmişdir. Faktla bağlı Xətai RPİ-nin 36-cı Polis Bölməsi tərəfindən məhkəmə tibbi ekspertizasının keçirilməsi qərara alınmış, hadisə yerinə baxış keçirilərək hadisə yerinin şəkilləri protokola əlavə edilmiş, izahatlar alınmışdır. “Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi”nin Xətai rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 457 saylı rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı bədənində müəyyən edilmiş xəsarətlər - sol gözaltı nahiyədə qançır və üzərində sıyrıq, burun nahiyəsində sıyrıq küt əşyanın təsirindən törənmişdir. Bu xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslində qəsdən sağlamlığa zərər vurma ilə bağlı yalnız sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cuzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmadan (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi) etibarən sağlamlığa az ağır və ağır zərərvurmaya görə məsuliyyət müəyyən edilir. Toplanmış materiallar əsasında İddiaçı bədənindəki xəsarətlərin dərəcəsi müəyyən edilməmişdir və Xətai RPİ-nin 36-cı PB tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Barəsində inzibati tənbeh tətbiq etmə barədə protokol tərtib edilmişdir. Göründüyü kimi, cavabdehlə birlikdə eyni mənzildə yaşamaq mümkün deyildir. Odur ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə etmələri onun qanunla qorunan mənzil hüququnu pozmaqdadır. Belə ki, iddiaçı şəxsi mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və mənzilə dair sərəncam vermək hüquqlarından məhrum olur. Bütün bunlara əsasən, cavabdehin və onun yaşayışı üçün imkanlarını və maddi durumumu nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və onun övladları Cavabdeh2, Cavabdeh3 25.000 manat məbləğində kompensasiya verilməklə, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi, ona məxsus mənzildən çıxarılmalarını qanunauyğun hesab edir. Sözügedən mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzili üzrə tərəfindən təklif olunan kompensasiyanın məbləği ağlabatan və qanunamüvafiqdir. Belə ki, Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə olduğu təqdirdə hazırki mübahisə üzrə iddiaçıya məxsus mübahisəli mənzilə dair cavabdehin istifadə hüququna xitam verilməsini və özünə müəyyən bir vaxt üçün şərait qura bilməsi üçün ona kompensasiya verilməsini məqsədəmüvafiq hesab edir. Bunun üçün faktiki istifadə və sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 25.000 manat məbləğində kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməlidir və onlar iddiaçıya məxsus mənzildən çıxarılmalıdılar. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Alona Shakhvaladovanın iş üzrə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi” barədə iddia ərizəsi iş üzrə icraat İddiaçı hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Daha sonra mərhum İddiaçı hüquqi varislərinin dairəsi müəyyən edildiyindən, iş üzrə icraat təzələnmiş və X4, X7 və X9 iddiaçılar qismində işə baxılmasına cəlb edilmişdirlər. İddiaçılar X4 və X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edillməsini xahiş etmişlər. İddiaçılar X4, X9 və X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun azyaşlı uşaqları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzilinə dair kompensasiya ödənilmədən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar X4, X9 və X7 ərizə ilə məhkəməyə müraciət edərək, Alona Shakhvaladova ilə bağlı məsələ məhkəmədənkənar öz həllini tapdığından, onun cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmişlər. İddiaçılar X4, Şahid oğlu və onların vəkili Vəkil məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Onlar bildirmişlər ki, Cavabdeh1 mübahisəli mənzilə dair öz payını qardaşı Ramil Şahvələdova satıb öz ailəsi ilə birlikdə başqa ünvana köçmüşdür. İddiaçı X7 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə iştirak etməmişdir və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə iştirak etməmişdir və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi və cavabdeh olan Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş İddiaçı vərəsələri X4, X9, X7 və Cavabdeh1dur. Şəhadətnamə ilə verilən miras əmlak - Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzilindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 389, M 9, mənzil 1) ¼ hissədə X2 xüsusi mülkiyyətindədir. Digər payçılar X9, X7 və Cavabdeh1 hər biri ¼ hissədə mülkiyyətçidirlər. İş materiallarında olan satıcı Cavabdeh1 ilə alıcı X9 arasında bağlanmış AN-İ №1234953 nömrəli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzildə (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 389, M 9, mənzil 1) olan ¼ hissə payını 30.000 manata alıcıya satmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış **********060 nömrəli ərizənin surətindən görünür ki, o, iddianı qəbul edir, iddianın tam həcmdə təmin olunmasına - Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzilə dair kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, ilkin olaraq Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 73 saylı evin ümumi sahəsi 38,71 kv.metr olan, 3 otaqlı, 159 saylı mənzili İddiaçı tam mülkiyyətində olmuş, sonuncu öldükdən sonra sözügedən mənzilə onun vərəsələri X2, X5, X3 və Cavabdeh1 hər birinin ¼ hissə olmaqla mülkiyyət hüquqları tanınmışdır. İddiaçı sağlığında məhkəməyə oğlu Cavabdeh1 və sonuncunun övladları Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsini və mənzildən çıxarılmalarını xahiş etmişdir. İddiaçı öldükdən sonra onun vərəsələrinin dairəsi müəyyən edilmiş və Cavabdeh1 da mübahisəli mənzilə ¼ hissədə mülkiyyət hüququ müəyyən edilmişdir. Digər vərəsələr Xuraman Şahvələdova, Ramil Şahvələdov və Samirə Şahvələdova iş üzrə iddiaçılar qismində cəlb edilmişlər və onlar iddia tələblərini dəqiqləşdirərək, Cavabdeh1 və onun azyaşlı övladları: Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mübahisəli mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməsini xahiş etmişlər. Cavabdeh1 məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsindən müəyyən edilir ki, o, iddianı tam şəkildə qəbul edir və istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməsini xahiş edir. Həmçinin işdən müəyyən edilir ki, Cavabdeh1 mübahisəli mənzildə olan ¼ hissədə payını iddiaçı Ramil Şahvələdov 30.000 manata almışdır. Belə ki, iddia tələbi Cavabdeh1 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş yazılı ərizəsinə əsasən onun tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh1 tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Digər tərəfdən, işdən görünür ki, tərəflərin mübahisəli yaşayış sahəsinə dair hüquq münasibətləri 2005-ci ildən sonra yaranmışdır. Buna görə də tərəflərin münasibətləri qüvvədə olan Mülki Məcəllənin normaları baxımından həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd edilən Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Həmin Qərarda qeyd edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə ki, yaşayış sahəsinə istifadə hüququ yaranmış olsa belə, bu hüquq həmişəlik və ya etiyat (tükənməz) hüquq sayılmır və onun yaranmasına əsas olmuş hallar aradan qalxdıqda (yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda) xətm oluna bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi barədə razılığı onun mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxdığını göstərməklə onun və yetkinlik yaşına çatmayan övladlarının mübahisəli sahədən istifadə hüquqlarına xitam verilməsi üçün əsasdır. Məhkəmə iddia tələbinin azyaşlı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aid hissəsi ilə bağlı eyni zamanda aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məəcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edildiyindən, onun yetkinlik yaşına çatmayan övladları: Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və onun övladları: Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 kompensasiya verilmədən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 saylı evin 159 nömrəli mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 389, M9, mənzil 1) istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar