Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1691/2023 24.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna bazar qiyməti ilə kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh onun gəlini, yəni oğlu Kamalın arvadı olmuşdur. Belə ki, Cavabdeh ilə oğlu X5 arasında nikah 23 avqust 2017-ci il tarixdə bağlanıb, həmin dövrdə də, onlar ona məxsus evdə yaşayırdılar. 2019-cu ilin əvvəllərindən cavabdeh oğlu ilə ailə münasibətlərinə son qoyub bizim evdən getmiş, bir müddət Tovuz rayonunda yaşamağa başlamışdır. Cavabdeh bizim evdən gedəndən sonra mübahisə predmeti olan mənzildə kirayəçilərimiz yaşayırdı. Lakin kirayəçilər mənzildən çıxdıqdan sonra cavabdeh mənzilin qıfılını çıxarıb, mənzilə daşınmış, uşaqlarla birlikdə orada yaşamağa başlamışdır. Daha sonra isə Cavabdeh ona və oğlu X2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Gəncə prospekti, ev 35, mənzil 42-də yerləşən mənzilin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, mənzildə onun və 4 övladı X4, X6, X7 və X10 həmin mənzildə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı da Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən azyaşlı uşaqları ilə birlikdə çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(011)-3860/2022 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə iddiaçı Cavabdeh İmamverdi qızının, X4, X6, X7 və X10 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarının müəyyən edilməsi, qarşılıqlı iddia qismən təmin edilərək, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilə köçürülməyi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icra edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. İcra məmuru icra sənədini icra edərək iddiaçını həmin mənzilə köçürsə də, cavabdeh ona həmin mənzildə yaşamağa icazə verməmiş, sonradan qapının açarını dəyişərək iddiaçını mənzilə buraxmamamış, mənzilə getmək istədikdə isə qapıda yalandan səs-küy yaradaraq aralarında mübahisə salmağa çalışmış, polisə zəng edərək iddiaçını onu döyməklə üzərinə böhtan atmış, bir sözlə iddiaçıya öz mülkiyyətində yaşamağa imkan verməmişdir. İddiaçı bu barədə icra məmuruna bildirdikdə icra məmuru artıq icra sənədi üzrə icraata xitam verdiyini əsas gətirərək, bu halın onların şəxsi məsələsi olmasını və aralarında olan münasibətlərə qarışa bilməyəcəyini demişdir. Cavabdehin bu hərəkətlərinə görə iddiaçı öz mülkiyyətindən məhrum olduğuna görə, o Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüququna bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə xitam verilməsini istəyir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, cavabdehin oğlu - 24 avqust 2012-ci il təvəllüdlü X12 atası Kamal Behbudovun yanında qalır, o iddiaçı ilə yaşamır, iddiaçı ilə birlikdə yalnız azyaşlı uşaqları -10 iyun 2017-ci il təvəllüdlü X16, 13 may 2014-cü il təvəllüdlü X13 və 25 mart 2011-ci il təvəllüdlü X11 yaşayır. İddia ərizəsində qeyd edilir ki, Cavabdeh 10 iyun 2017-ci il təvəllüdlü X16, 13 may 2014-cü il təvəllüdlü X13, 25 mart 2011ci il təvəllüdlü X11 və 24 avqust 2012-ci il təvəllüdlü X12 adlı uşaqlarının da istifadə hüququ məhkəmə qətnaməsi ilə tanındığına görə onların da istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. İş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilinə dair xüsusi mülkiyyət hüququ iddiaçının adına tam pay ilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçı ilə yaşamaq istəmir, onu öz mülkiyyətinə buraxmır, cavabdehin iddiaçının evində yaşaması, iddiaçının öz evində rahatçılığını, mülkiyyət hüquqlarını pozmaqla yanaşı iddiaçı üçün bir sıra maddi və texniki problemlər də yaratmışdır. Bu baxımdan Cavabdeh və azyaşlı uşaqları - 10 iyun 2017-ci il təvəllüdlü X10, 13 may 2014-cü il təvəllüdlü X7, 25 mart 2011-ci il təvəllüdlü X4 və 24 avqust 2012-ci il təvəllüdlü X6 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarına bazar qiyməti ilə kompensasiya verilməsi yolu ilə xitam verilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar.
İddiaçının tələbi:
2. İddiaçı cavabdehlər Cavabdeh və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X4, 13 may 2014-cü il təvəllüdlü X7 və 10 iyun 2017-ci il təvəllüdlü X10 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarına bazar qiyməti ilə kompensasiya verilməsi yolu ilə xitam verilməsi və onların iddiaçıya məxsus həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. xx.xx.2023-cü il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən cavabdehlər Cavabdeh və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X4, 13 may 2014-cü il təvəllüdlü X7 və 10 iyun 2017-ci il təvəllüdlü X10 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarına 18.000 (on səkkiz min) manat kompensasiya verilməsi vəklə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onların İddiaçı məxsus həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin istifadə hüququna 18.000 manat kompensasiya ödəməklə xitam verilməsinə razı olduğunu bildirmişdir.
Cavabdehin etirazı: 5.Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir: İddiaçı mən və övladlarıma müvafiq kompensasiya verilməklə xitam verilməsinə dair iddia qaldırmışdır. İddiasında bizim istifadə hüququmuzun xitam verilməsi üçün 2-3 illik kirayə haqqı ödənilməklə xitam verilməsini əsaslandırmışdır. Mən övladlarımın hüquqları naminə bunu qəbul etmirəm. Belə ki, bizim mənzildə istifadə hüququmuz müvəqqəti deyil Məhkəmə qətnaməsilə dayimi olaraq tanınmışdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Qərarında şərh edilmişdir ki, Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Belə olan halda bizim istifadə hüquna xitam verilməsi üçün 2- 3 il deyil davamlı olaraq Dövlət Statistika Komitəsinin təyin etdiyi qadın və kişilər üçün müəyyən edilmiş yaşayış həddində başqa mənzildə oxşar yaşamaq üçün əvəzləşdirilməsi üçün illik kompensasiyanın təyin edilməsi nəzərdə tutulmuşdur. Halhazırda aylıq kirayə haqqı 250-300 manat deyil, 400-500 arasındadır. Bundan əlavə bazar qiyməti mənzilin qiymətilə təyin edilməməlidir. Buna görə də məhkəmənin sorğusu əsasında bazar qiyməti müəyyət edilməklə araşdırılaraq iş baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli Qərarında şərh edilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. 2. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Yuxarıda qeyd edilənlərə əsasən Xətai rayon məhkəməsindən xahiş edirəm ki, 1 Mənzildən istifadə hüququna xitam verilməsi üçün Bazar qiyməti mülkiyyətçinin hesabına Mən və 3 övladlarımın davamlı surətdə və Dövlət Statistika Komitəsinin kişi və qadınlar üçün müəyyən etdiyi yaş başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi həddə təyin edilsin. 2 Təyin ediləcək məbləğin razılaşdırılması və ödənilməsi mülkiyyətçiyə təklif edilsin. 3. Razılıq olmadıqda iddianın rədd edilməsinə dair Qətnamə qəbul edilsin.
6. xx.xx.2023-cü il tarixli etirazda isə cavabdeh qeyd etmişdir: İddiaçı mən və övladlarıma müvafiq kompensasiya verilməklə xitam verilməsinə dair iddia qaldırmışdır. İddiasında bizim istifadə hüququmuzun xitam verilməsi üçün 2-3 illik kirayə haqqı ödənilməklə xitam verilməsini əsaslandırmışdır. Mən övladlarımın hüquqları naminə bunu qəbul etmirəm. Belə ki, bizim mənzildə istifadə hüququmuz müvəqqəti deyil Məhkəmə qətnaməsilə dayimi olaraq tanınmışdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Qərarında şərh edilmişdir ki, Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Belə olan halda bizim istifadə hüquna xitam verilməsi üçün 2- 3 il deyil davamlı olaraq Dövlət Statistika Komitəsinin təyin etdiyi qadın və kişilər üçün müəyyən edilmiş yaşayış həddində başqa mənzildə oxşar yaşamaq üçün əvəzləşdirilməsi üçün illik kompensasiyanın təyin edilməsi nəzərdə tutulmuşdur. Halhazırda aylıq kirayə haqqı 250-300 manat deyil, 400-500 arasındadır. Bundan əlavə bazar qiyməti mənzilin qiymətilə təyin edilməməlidir. Buna görə də məhkəmənin sorğusu əsasında bazar qiyməti müəyyət edilməklə araşdırılaraq iş baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli Qərarında şərh edilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. 2. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Yuxarıda qeyd edilənlərə əsasən Xətai rayon məhkəməsindən xahiş edirəm ki, 1 Mənzildən istifadə hüququna xitam verilməsi üçün Bazar qiymətilə ümumi kompensasiya məbləği mülkiyyətçinin hesabına Mən və 3 övladlarımın davamlı surətdə Dövlət Statistika Komitəsinin qadınlar üçün müəyyən etdiyi davamlı gözlənilən ömür uzunluğu yaş sayı həddə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi həddə təyin edilsin. 2 Təyin ediləcək məbləğin razılaşdırılması və ödənilməsi mülkiyyətçiyə təklif edilsin. 3. Razılıq olmadıqda iddianın rədd edilməsinə dair Qətnamə qəbul edilsin.
İşdə iştirak edən şəxslərin izahatları:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmişdir. O, qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçıya məxsusdur. Ancaq həmin məzildə cavabdeh yaşayır. İddiaçının həmin mənzilə köçürülməsi ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Ancaq cavabdeh iddiaçının həmin mənzildə yaşamasını istəmir. İddiaçının nümayəndəsi və vəkili 3 illik kirayə haqqını verməyə hazır olduqlarını qeyd etmişdir və bildirmişdir ki, cavabdehlə danışıqlar aparmaq mümkün deyildir.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və cavabdehə 18000 manat kompensasiya verməklə onun istifadə hüququna xitam verilməsini xahiş etmişdir.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxmaığı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, qeydiyyat tarixi xx.xx.2022-ci ildir.
11. xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən, X5 ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş **********25-05101-093077 nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 35 42 saylı mənzili İddiaçı bağışlamışdır.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən, ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə iddiaçı Cavabdeh, X4, X6, X7 və X10 ünvan 2 ünvanından istifadə hüquqları müəyyən edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı ünvan 2 ünvanına köçürülməsi qət edilmişdir.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-70/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadına əsasən, Cavabdeh, X4, X6, X7 və X10 ünvan 2 ünvanından istifadə hüquqları müəyyən edilməsinin ünvan 2 ünvanından istifadə hüquqlarının tanınması ilə eyni məna ifadə etdiyinə dair izah verilmişdir.
14. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli 9/2343 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 66.10 m2 və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 370,00 manat müəyyən edilmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
16. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
18. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il Qərarı.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarı.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarı.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi:
22. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
23. Belə ki, Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.(§15)
24. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.(§17)
25. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. (§19)
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.(§20)
27. Mülki işin mübahisəsiz halıdır ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən müəyyən edilmişdir. (§12) Cavbdehlər iddiaçının nəvələri və keçmiş gəlnidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. (§17)
28. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. (§17)
29. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.(§16) Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir.
30. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. (§18)
32. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
33. Mülki iş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli 9/2343 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 66.10 m2 və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 370,00 manat müəyyən edilmişdir. (§14)
34. Göründüyü kimi, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə ümumi sahəsi 66.10 m2 mənzillərin orta aylıq kirayə haqqı 370 manat təşkil edir ki, bu halda mənzilin aylıq kirayə haqqı bir il üçün 4440 manat, iki il üçün 8880 manat, üç il üçün 13320 manat təşkil edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehlər təqribən 3 il müddətinə nəinki müəyyən müddət daxilində başqa yerdə yaşamaq, hətta əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər.
35. İddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehlər müəyyən müddətə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər.
36. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, onlara davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Cavabdeh himayəsində azyaşlıların olması, uşaqların maraqları da nəzərə alınmaqla məhkəmə təklif olunan məbləği ağlabatan hesab edir.
37. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində onlara 18000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Odur ki, iddia göstərilən hissədə təmin edilərək, cavabdehlər Cavabdeh və azyaşlı uşaqları - 25 mart 2011-ci il təvəllüdlü X4, 13 may 2014-cü il təvəllüdlü X7 və 10 iyun 2017-ci il təvəllüdlü X10 18000 manat pul kompensasiyası ödənilməklə, onların mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilərək, mənzildən çıxarılmalıdırlar.
Məhkəmə xərcləri:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
39. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli 9/2343 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Ekspert rəyi ilə bağlı vəsatət iddiaçı tərəfindən verilmişdir, bu səbəbdən də məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.
40. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. İddiaçı tərəfindən 18000 (on səkkiz min) manat məbləğində pul kompensasiyası verilməklə, Cavabdeh, X4, X7 və X10 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 42 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin.
3. Cavabdeh, X11, X13 və X16 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 42 saylı mənzildən çıxarılsınlar.
4. Cavabdeh, X8, X9 və X1 verilməklə onların Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 42 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilsin.
5. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
6. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 manat İddiaçı tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına ödənilsin.
7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova