Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1755/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.10.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********46338 Samsung Galaxy A31 markalı telefon üçün 617 manat ödənilməmiş hissə, 61 manat cərimə, 08.02.2020-ci il tarixli müqaviləyə əsasən Xiaomi saat üçün 25.6 manat ödənilməmiş hissə, 2,4 manat cərimə, 08.10.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********25604 olan Samsung Galaxy A51 markalı telefon üçün 696 ödənilməmiş hissə, 69 manat cərimə olmaqla, ümumilikdə 1471 manat borc pulun və 34,71 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 30.10.2020-ci il, 08.02.2020-ci il və, 08.10.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Samsung Galaxy A31 markalı telefon, Xiaomi saat və Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 1471 manat borc yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.10.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 702,4 manat olan Samsung Galaxy A31 markalı telefon üçün ümumilikdə 678 manat, 08.02.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 105,6 manat olan Xiaomi saat üçün ümumilikdə 28 manat, 08.10.2020-ci il tarixli müqavilə üzrə isə alqı-satqı qiyməti 817 manat olan İMEİ Kodu **********25604 olan Samsung Galaxy A51 markalı telefon üçün, ümumilikdə 765 manat borcu yaranmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 286,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 30.10.2020-ci il tarixdə 22002943 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Samsung Galaxy A31 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08.02.2020-ci il tarixdə 20086643 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Xiaomi Mi BAND 4 müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08.10.2020-ci il tarixdə 21233445 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Samsung Galaxy A51 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 30.10.2020, 08.02.2020 və 08.10.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktlarından görünür ki, Samsung Galaxy A31 markalı telefon, Xiaomi saat və Samsung Galaxy A51 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 30.10.2020, 08.02.2020 və 08.10.2020-ci il tarixli ödəniş cədvəlinə əlavələrdən görünür ki, Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30.10.2020-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A31 markalı telefon üçün 617 manat ödənilməmiş hissə, 61 manat cərimə borcu, 08.02.2020-ci il tarixli müqaviləyə əsasən Xiaomi saat üçün 25,6 manat ödənilməmiş hissə, 2,4 manat cərimə borcu, 08.10.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********25604 olan Samsung Galaxy A51 markalı telefon üçün 696 manat ödənilməmiş hissə, 69 manat cərimə borcu olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 1471 manat təşkil edir. İş materiallarında olan 25.01.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 34,71 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu qısa müddətdə ödəməsinə dair 15.01.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında Samsung Galaxy A31 markalı telefon, Xiaomi saat və Samsung Galaxy A51 markalı telefona dair 30.10.2020-ci il, 08.02.2020-ci il və 08.10.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, lakin alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu üç müqavilə üzrə ümumilikdə 1471 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 30.10.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A31 markalı telefon üçün 617 manat ödənilməmiş hissə, 61 manat cərimə, 08.02.2020-ci il tarixli müqaviləyə əsasən Xiaomi saat üçün 25,6 manat ödənilməmiş hissə, 2,4 manat cərimə, 08.10.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********25604 olan Samsung Galaxy A51 markalı telefon üçün 696 manat ödənilməmiş hissə, 69 manat cərimə olmaqla, ümumilikdə 1471 manat borc pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 34,71 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış 30.10.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********46338 olan Samsung Galaxy A31 markalı telefon üçün 617 manat ödənilməmiş hissə, 61 manat cərimə, 08.02.2020-ci il tarixli müqaviləyə əsasən Xiaomi saat üçün 25,6 manat ödənilməmiş hissə, 2,4 manat cərimə, 08.10.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********25604 olan Samsung Galaxy A51 markalı telefon üçün 696 manat ödənilməmiş hissə, 69 manat cərimə olmaqla, ümumilikdə 1471 manat (min dörd yüz yetmiş bir) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat 71 (yetmiş bir) qəpik Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1755/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1755/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver