Məhkəmə qərarları › İş №e-2(011)-1756/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1756/2022

05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1756/2022 05.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Mehrəliyev Sərdar Bəşərəddin oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 04.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 106,4 manat əsas borc, 10 manat cərimə borcu, 18.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 282,4 manat əsas borc, 28 manat cərimə borcu, 30.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2620 manat əsas borc, 262 manat cərimə borcu, 21.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 310,2 manat əsas borc, 31 manat cərimə borcu olmaqla, cəmi 3650 manat borcun və 56,5 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiyməti 326,4 manat olan (12 ay x 27,2 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy A10 markalı telefon üçün 106,4 manat əsas borc, 10 manat cərimə borcu, 18.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 368,4 manat olan (12 ay x 30,7 manat + 0 manat ilkin ödəniş) Xiaomi Redmi 9C markalı telefon üçün 282,4 manat əsas borc, 28 manat cərimə borcu, 30.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 3735 manat olan (12 ay x 300 manat + 135 manat ilkin ödəniş) İphone 11 Pro Max markalı telefon üçün 2620 manat əsas borc, 262 manat cərimə borcu, 21.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 320,2 manat olan (3 ay x 103,4 manat + 10 manat ilkin ödəniş) Xiaomi Redmi 9C markalı telefon üçün 310,2 manat əsas borc, 31 manat cərimə borcu olmaqla, cəmi 3650 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1431 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiyməti 326,4 manat olan (12 ay x 27,2 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy A10 markalı telefon satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 368,4 manat olan (12 ay x 30,7 manat + 0 manat ilkin ödəniş) Xiaomi Redmi 9C markalı telefon satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 3735 manat olan (12 ay x 300 manat + 135 manat ilkin ödəniş) İphone 11 Pro Max markalı telefon satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 320,2 manat olan (3 ay x 103,4 manat + 10 manat ilkin ödəniş) Xiaomi Redmi 9C markalı telefon satmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya olan borcu 04.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 106,4 manat əsas borc, 10 manat cərimə borcu, 18.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 282,4 manat əsas borc, 28 manat cərimə borcu, 30.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2620 manat əsas borc, 262 manat cərimə borcu, 21.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 310,2 manat əsas borc, 31 manat cərimə borcu olmaqla, cəmi 3650 manat təşkil edir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 56,5 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh 04.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 106,4 manat əsas borc, 10 manat cərimə borcu, 18.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 282,4 manat əsas borc, 28 manat cərimə borcu, 30.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2620 manat əsas borc, 262 manat cərimə borcu, 21.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 310,2 manat əsas borc, 31 manat cərimə borcu olmaqla, cəmi 3650 (üç min altı yüz əlli) manat borc və ödənilmiş 56,5 (əlli altı manat 50 qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar