Məhkəmə qərarları › İş №e-2(011)-1861/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1861/2024

08.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1861/2024 08.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, N.Bəsir küçəsi, ev 16 (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının istifadəsindədir. Sözü gedən mənzilə quraşdırılmış ona məxsus **********00010 abonent kodlu, G-4 markalı, İtron tipli, 1102AQ**********3 zavod nömrəli qaz sayğacına xx.xx.2018-ci il tarixində Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş, guya təbii qazdan qeyri-qanuni, sayğacdan kənar xətdən istifadə edildiyi üçün Dövlət Neft şirkəti Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akta əsasən guya təbii qazdan sayğacsız istifadə edilməsi nəticəsində dəymiş zərərə görə itirilmiş qaz sərfiyyatına görə ona borc hesablanmış, borc məbləğinin maddi ziyanın əvəzi kimi ödənilməsi tələb edilmişdir. Halbuki, iddiaçı tərəfindən hər hansı bir qanunsuzluğa yol verilməmişdir. Bundan savayı, iddiaçıya məxsus **********00010 abonent kodlu, G-4 markalı, İtron tipli, 1102AQ**********3 zavod nömrəli qaz sayğacına xx.xx.2018-ci il tarixində Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş, guya təbii qazdan qeyri-qanuni, sayğacdan kənar xətdən istifadə edildiyi üçün Dövlət Neft şirkəti Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli akt tərtib olunmuş, həmin akta əsasən guya təbii qazdan sayğacsız istifadə edilməsi nəticəsində dəymiş zərərə görə itirilmiş qaz sərfiyyatına görə ona borc hesablanmış, borc məbləğinin maddi ziyanın əvəzi kimi ödənilməsini tələb edilmişdir. Lakin iddiaçı tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, N.Bəsir küçəsi, ev 16 (ünvan 2 ünvanında yerləşən mənzilə quraşdırılmış, ona məxsus **********00010 abonent kodlu, G-4 markalı, İtron tipli, 1102AQ**********3 zavod nömrəli qaz sayğacına xx.xx.2020-ci il tarixində Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş, guya təbii qazdan qeyri-qanuni, sayğacdan kənar xətdən istifadə edildiyi üçün Dövlət Neft şirkəti Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli akt tərtib olunmuş, həmin akt əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən də aşkar olduğu kimi, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması, ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icrası qərara alınmışdır. Halbuki iddiaçı tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. xx.xx.2020-ci il tarixində iddiaçının istifadəsində olan sözü gedən mənzilə quraşdırılmış sayğac dəyişdirilmiş, Zenner G4T mexaniki tipli, **********8 nömrəli sayğac quraşdırılmışdır. Daha sonradan ona məlum olmuşdur ki, guya təbii qazdan sayğacsız istifadə edilməsi nəticəsində dəymiş zərərə görə itirilmiş qaz sərfiyyatına görə ona əhəmiyyətli dərəcədə böyük məbləğdə əsassız borc hesablanmış, borc məbləğinin maddi ziyanın əvəzi kimi ödənilməsini tələb edilmişdir. Bu məsələnin araşdırılması məqsədilə iddiaçı tərəfindən Cavabdeh İB-yə müraciət olunmuş, nəticədə bununla bağlı ona Abonentin saldosu və Gasrep təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli Abonentin saldosuna əsasən, ona 2895.53 manat məbləğində əsassız borc hesablanmışdır. İddiaçıya təqdim olunmuş Gasrepdə isə smart sayğaclı abonentin hesab nömrəsi üzrə 2040.99 manat məbləğində əsassız borc hesablanmış, həmin sənədin yuxarı hissəsində öz əksini tapan cədvəldə isə cari borcun məbləği 0 (sıfır) olaraq qeyd olunmuşdur. Bu ziddiyyətlər bir daha ona hesablanmış borcun hər hansı bir əsas olmadan, qanunsuz olaraq hesablandığına dəlalət edir. Odur ki, iddiaçı belə olan təqdirdə cavabdeh tərəfindən bu cür əsassız borcun hesablanmasının qanunamüvafiq olmadığını hesab edir. Bunun üçün qanunsuz tələb olunan pulun, əsassız hesablanmış borcun silinməsi üçün bir tək ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümidim qalır. Azərbaycan Respublikasının bir vətəndaşı kimi qanunla mühafizə edilən Konstitusion hüquqlarım kobud surətdə Cavabdeh tərəfindən pozulmuşdur. Bütün yuxarıda göstərilənləri əsas götürərək, iddiaçıdan qanunsuz olaraq tələb olunan itirilmiş qaz sərfiyyatına görə hesablanmış 2895.53 manat məbləğində borcun silinməsini məqsədə müvafiq hesab etmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, N.Bəsir küçəsi, ev 16 (ünvan 1 ünvanında yerləşən mənzilə quraşdırılmış, ona məxsus **********00010 abonent kodlu, Zenner G4T mexaniki tipli, **********8 nömrəli qaz sayğacına itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış cari 2895.53 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, Qabil Abdulov (abonent kodu: **********00010) 2018-ci il və 2020-ci illər ərzində ümumilikdə 2895,53 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Qabil Abdulovun Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, N.Bəsir küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətdən istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 may 2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Qabil Abdulovun Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, N.Bəsir küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətdən istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 yanvar 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Qabil Abdulovun Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, N.Bəsir küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətdən istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/481 saylı, 27 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun və sayğacın üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, N.Bəsir küçəsi, ev 16 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26 fevral 2018-ci il tarixli, ******* saylı, 29 may 2018-ci il tarixli, ******* saylı və 30 yanvar 2020-ci il tarixli, ******* saylı aktların surətində “abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətdən istifadə edir” kimi qeydlər edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 2895,53 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, N.Bəsir küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00010) ünvanına hesablanmış 2895,53 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 48.96 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, N.Bəsir küçəsi, ev 16 ünvanına (abonent kodu: **********00010) hesablanmış 2895,53 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 48.96 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 65 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar