Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1915/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnın 10.12.2021-ci il tarixə 16.05.2019-cu il tarixli, VK01513 saylı kredit müqaviləsi üzrə İddiaçı MMC-yə olan borcunun məbləği əsas borcu üzrə 150 (bir yüz əlli), cərimə borcu 29,31 (iyirmi doqquz manat 31 qəpik), ümumilikdə 181,31 (bir yüz səksən bir manat otuz bir qəpik) manat borc məbləğinin və dövlət büdcəsinə ödənilmiş AZN 30 (otuz manat) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor İddiaçıMMC ilə borclu Cavabdeh oğlu arasında bağlanmış 16.05.2019-ci il tarixli, VK01513 saylı nisyə satış müqaviləsinəəsasən borcluya 379 (üç yüz yetmiş doqquz) manat məbləğində məhsul nisyə satılmışdır. 16.05.2019-ci il tarixli, VK01513 saylı nisyə satış müqaviləsinə əsasən, borc alan aldığı məhsulun dəyərini 6 (altı) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Həmin müqavilənin 2.2.6 maddəsinə əsasən, gecikdirilən əsas məbləğə 0.3% qədər gündəlik dəbbə pulu hesablanır və Borcalan tərəfindən ödənilir. Cavabdeh 10.12.2021-ci il tarixinə əsas borcu 150 (bir yüz əlli ) manat, cərimə borcu 29,31 (iyirmi doqquz manat 31 qəpik) manat təşkil edir. Lakin borclu Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu borcun və cərimə ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həlle dilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçıMMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehnın 10.12.2021-ci il tarixə 16.05.2019-cu il tarixli, VK01513 saylı kredit müqaviləsi üzrə İddiaçıMMC-yə olan borcunun məbləği əsas borcu üzrə 150 (bir yüz əlli), cərimə borcu 29,31 (iyirmi doqquz manat 31 qəpik), borcun cəmi məbləği 181,31 (bir yüz səksən bir manat otuz bir qəpik) manat təşkiledir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh arasında 16.05.2019-cu il tarixli VK01513 saylı nisyə satış müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, satıcı alıcıya təhvil-təslim aktında olan dəyəri 379 manat olan malı satır, alıcı malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada dəyərini satıcıya ödəyir. İş materiallarında olan 16.05.2019-cu il tarixli VK01513 saylı nisyə satış müqaviləsinə əlavə 1 ödəniş cədvəlindən görünür ki, nisyə məbləği 379 manat, ödəniş müddəti 6 ay, aylıq ödəniş 50 manat, verilmə tarixi 16.06.2019-dur. İş materiallarında olan 13.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16.05.2019-cu il tarixli VK01513 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcu 150 manat əsas, cərimə borcu 29,31 manat olmaqla, cəmi 179,31 manatdır. İş materiallarında olan 15.01.2022-ci il tarixli **********87 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu 17.12.2021-ci il tarixədək ödəməsinə dair 10.12.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərmiş, “Çobanov” tərəfindən alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC və Cavabdeh arasında 16.05.2019-cu il tarixli VK01513 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək 379 manat dəyərində əşyanı alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 150 manat əsas, 29,31 manat cərimə borcu olmaqla, ümumilikdə 179,31 manat təşkil edir, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 10.12.2021-ci il tarixə 16.05.2019-cu il tarixli VK01513 saylı müqaviləyə əsasən yaranmış 150 manat əsas borc, 29,31 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş 179,31 manat borc məbləği Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 16.05.2019-cu il tarixli VK01513 saylı müqaviləyə əsasən 150 manat əsas borc, 29,31 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş 179 (yüz yetmiş doqquz) manat 31 (otuz bir) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1915/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1915/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver