Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2008/2024 03.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “LG” markalı soyuducu üçün 2385.24 manat ödənilməmiş hissə, 238.76 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “SAMSUNG GALAXY A52” markalı telefon üçün 469.14 manat ödənilməmiş hissə, 46.86 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “PALERMO” markalı divan üçün 71.86 manat ödənilməmiş hissə, 07.14 manat cərimə, ümumilikdə 2458 manat borc, 44.58 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının üzrlü səbəbdən iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiklərini bildirmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2020-ci il tarıxli müqavilələrinə əsasən, “LG” markalı soyuducu, “SAMSUNG GALAXY A52” markalı telefon, “PALERMO” markalı divan almış və nəticədə 2458.00 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1991.12 manat olan “LG” markalı soyuducu üçün ümumilikdə 1863.00 manat olmaqla, ondan 1693.12 manat ödənilməmiş hissə, 169.88 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 947.46 manat olan “SAMSUNG GALAXY A52” markalı telefon üçün ümumilikdə 516.00 manat olmaqla, ondan 469.14 manat ödənilməmiş hissə, 46.86 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2068.80 manat olan “PALERMO” markalı divan üçün ümumilikdə 79.00 manat olmaqla, ondan 71.86 manat ödənilməmiş hissə, 07.14 manat cərimə miqdarında borcları yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2773.26 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu və əks təqdirdə müqavilənin 4.1-ci maddəsinə əsasən məhkəməyə müraciət olacağını rəsmi qaydada bildirilmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirmişdir. O, verdiyi izahatında göstərmişdir ki, iddianı “SAMSUNG GALAXY A52” markalı telefon və “PALERMO” markalı divana görə qalıq borcun ödənilməsi hissəsində qəbul edir. Lakin, “LG” markalı soyuducunu o, 1991,19 manata almışdır. Borcundan da ödənişlər etmişdir. İddiaçının isə müqavilə üzrə tələb etdiyi qalıq borcun məbləği 2385,24 manatdır. Hesab edir ki, həmin məbləğ şişirdirilmişdir. O, soyuducuya görə borcun 1693 manat olduğunu bildirmişdir. Cavabdeh hesablanmış cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir. İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “LG2 markalı soyuducu, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, “SAMSUNG GALAXY A52” markalı telefon, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “PALERMO” markalı divan almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1991.19 manat edən “LG” markalı soyuduc üçün 86 manat ilkin ödəniş edərək, 18 ay müddətində hər ay 105.84 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 947.51 manat edən “SAMSUNG GALAXY A52” markalı telefon üçün 05.22 manat ilkin ödəniş edərək, 12 ay müddətində hər ay 78.52 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2068.80 manat edən “PALERMO” divan üçün 24 ay müddətində hər ay 86.20 manat odəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsullar tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. Lakin cavabdeh müqavilələrin şərtlərini yerinə yetirməmiş və nəticədə onun xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1693,12 manat, cərimə borcuna görə 169,88 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 469,14 manat, cərimə borcuna görə 46,86 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 71,86 manat, cərimə borcuna görə 07,14 manat, ümumilikdə 2458 manat borcu yaranmışdır. İddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərmişdir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 44.58 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı nisyə alqı-satqı müqavilələri üzrə alınmış malların dəyərinə görə qalıq borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli və xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ödənilməsi tələb edilən qalıq borc məbləğləri təsdiq edilsə də, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə tələb edilən qalıq borc məbləğinin işin faktiki hallarına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borc məbləğinin 2385,24 manat olduğunu iddia etsə də, həqiqətdə satılmış malın dəyərinin 1991.19 manat olmuş, müqavilə üzrə qalıq borc məbləği isə 1693.12 manat təşkil edir. Odur ki, iddia bu hissədə qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 469,14 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 71,86 manat, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə isə 1693,12 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə də qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə işin faktiki halları və əsas borcların məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimələrin məbləği əsas borcların məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləqləri azaldılaraq, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 118.51 manat, 25.08. 2022-ci i tarixli müqavilə üzrə 32.80 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 05.00 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın 44.58 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 1693.12 (min altı yüz doxsan üç manat on iki qəpik) manat, cərimə borcuna görə 118.51 (yüz on səkkiz manat əlli bir qəpik) manat, ümumilikdə, 1811.63 (min səkkiz yüz on bir manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci i tarixli müqavilə üzrə ödənilməmiş hissəyə görə 469.14 (dörd yüz altmış doqquz manat on dörd qəpik) manat, cərimə puluna görə 32.80 (otuz iki manat, səksən qəpik) manat, ümumilikdə, 501.94 (beş yüz bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş hissəyə görə 71.86 (yetmiş bir manat səksən altı qəpik) manat, cərimə puluna görə 5.00 (beş manat, 00 qəpik) manat, ümumilikdə, 76.86 (yetmiş altı manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44.58 (qırx dörd manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2008/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2008/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver