Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2020/2022 18.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 yanvar 2020-ci il tarixli A639 saylı Daxili lizinq müqaviləsinin və lizinq öhdəliklərinin Cavabdeh ötürülməsinə dair İddiaçı MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli Lizinq müqaviləsinə Əlavə razılaşmanın ləğv edilməsi, Cavabdeh cəmi 42.291 ABŞ dolları məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 yanvar 2020-ci il tarixli A639 saylı Daxili lizinq müqaviləsinin və lizinq öhdəliklərinin Cavabdeh ötürülməsinə dair İddiaçı MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli Lizinq müqaviləsinə Əlavə razılaşmanın ləğv edilməsi, Cavabdeh 33699 ABŞ dolları əsas borc, 3437 ABŞ dolları faiz və 1600 ABŞ dolları cərimə olmaqla cəmi 38736 ABŞ dolları məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, X3 İddiaçı MMC-nə müraciət edərək X2 mülkiyyətində olan və satışa çıxardığı marka/model - LEXUS ES250 minik, tip – sedan, rəngi – qara metal, buraxılış ili – 2019, ban – JTHB11B********** olan avtomobili lizinqə götürməklə əldə etmək istəyini bildirmişdir. Sonra lizinq predmeti olan avtomobil İddiaçı MMC ilə X5 arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli A639 saylı Lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən sonradan lizinqə vermək məqsədi ilə 98.000 manata olmaqla satin alınmışdır. Növbəti olaraq avtomobil İddiaçı MMC ilə X3 arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli A639 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq alanın ilkin öhdəliyi 40.600 ABŞ dolları olamaqla və illik 24 faizlizinq mükafatı ödəmək şərti ilə 12 ay müddətinə lizinqə verilmiş və avtomobilə 99PU770 dövlət qeydiyyat nişanı verilmişdir. İddiaçı MMC ilə X7 arasında əldə olunmuş razılaşmaya əsasən lizinq müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən etibarən daha 12 ay müddətinə uzadılmışdır, ilkin lizinq alan Nurlan Ağabəyli maliyyə çətinliyi ilə əlaqədar lizinq öhdəliklərinin başqa şəxsə ötürülməsini istəmiş və tərəflərin yazılı razılaşması ilə lizinq öhdəlikləri xx.xx.2021-ci il tarixli öhdəliklərin ötürülməsin dair lizinq müqaviləsinə Əlavə razılaşmaya əsasən X4 ötürülmüşdür. X1 da lizinq verən İddiaçı MMC və Cavabdeh ilə lizinq öhdəliklərinin sonuncuya ötürülməsi barədə razılaşma əldə etmiş və qeyd olunan (şəxslər) tərəflər arasında xx.xx.2021-ci il tarixli öhdəliklərin ötürülməsinə dair Lizinq müqaviləsinə Əlavə razılaşma bağlanmışdır. Lakin Cavabdeh da lizinq müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikini pozmaqla müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaytata yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. 2021-ci ilin sonlarına doğlu isə cavabdeh ümumiyyətlə lizinq obyektini müqavilə ilə müəyyən olunmuş şərti pozmaqla baxışa və müayinəyə təqdim etməmişdir, bir neçə dəfə xəbərdarlıq edilərək lizinq predmeti olan avtomobili baxışa təqdimetməsi tələb olunmuşdur. Belə ki, lizinq müqaviləsinin 4.2.5-ci bəndinəəsasən lizinq alanın lizinq obyektini tələb olunduqda monitorinqə təqdim etmək vəzifəsi vardır. Bundan sonra Cavabdeh xx.xx.2021-ci il tarixli rəsmiməktubla xəbərdarlıq edilərək qalıq borc öhdəliklərinin ödənilməsi üçün lizinq obyektinin satılacağı bildirilmişdir, cavabdeh isə bu xəbərdarlığa cavab olaraq lizinq verənə lizinq obyektinin onda olmaması, üçüncü şəxs tərəfindən aparılaraq ona qaytarılmaması barədə məlumat vermişdir, bundan sonra İddiaçı MMC şikayət ərizəsi ilə polisə müraciət edərək avtomobilin oğurlandığını bildirmişdir. Şikayət üzrə Nərimanov Rayon olis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru Şahmar Qurbanov tərəfindən araşdırma aparılmış və xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar verilmişdir, həmin qərarla müəyyən oluniur ki, avtomobil həqiqətən də başqa şəxs tərəfindən aparılaraq gizlədilmişdir, Nərimanov rayon prokurorunun müavini, ədliyyə müşaviri Elgiz Qənizadənin 18 dekabr 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırılma aparılması haqqında Qərarı ilə Nərimanov Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru Şahmar Qurbanovun qəbul etdiyi xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsassız və qanunsuz olduğuna görələğv edilmişdir, göründüyü kimi, hazırda lizinq predmeti olan avtomobili lizinq alan Cavabdeh tələb olunması mümkün deyildir, lakin, cavabdeh İddiaçı MMC-nin mülkiyyəti olan sözügedən avtomobili istifadəsinə və sahibliyinə qəbul etmiş əvəzində isə lizinq obyektinin dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada və məbləğdə lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür, hazırda lizinq obyektinin yeri və vəziyyəti naməlumdur, bu isə məhz lizinq alan Cavabdeh təqsiri üzündən baş vermişdir, odur ki, Cavabdeh lizinq predmeti olan avtomobilin qalıq dəyəri olan borcu faiz və iddiaçı tərəfindən güzəşt edilərək azaldılmış cərimə ilə birlikdə tam olaraq iddiaçıya ödəməlidir. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, maşın şirkətdən götürülüb və ödənişlər edilib, maşın iddiaçıdan cavabdehə keçib, lakin eyni zamanda Rent-a-carın və Aygün adlı xanımın olub, maşın cavabdehin Rent-a-Car Şirkəti tərəfindən başqa adama verilib, daha dəqiq deyilsə, cavabdehin şəriklərindən biri maşını götürüb və qaytarmayıb, bununla bağlı cavabdeh iddiaçı tərəfə də məlumat vermişdir, belə ki, cavabdehlə şəriki arasında mübahisə olmuş, nəticədə sonuncu gecə maşını götürmüşdür, cavabdehə isə maşını qaytarmayacağını bildirmişdir, bu barədə məlumat iddiaçıya bildirilmişdir, işlə bağlı Nərimanov rayon polis idarəsi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir, lakin bu qərardan şikayət edilmiş və qərar ləğv olunmuşdur, son olaraq araşdırma nəticəsında müəyyən edilmişdir ki, maşın Keşlə Ərazisində olmuşdur və bu səbəbdən iş Nizami rayonuna göndərilmişdir, fevral ayında cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarı iddiaçı tərəf Aprel ayında almış və prokurorluğa şikayət vermişdir, bununla belə cavabdeh maşın olmadığı aylarda da 1 ay ödəmiş etmişdir, o, maşın tapılacağı halda pulu ödəmək istəyir, şübhəli müəyyən ediləcəyi halda iddiaçı sübhəli şəxsə qarşı iddia qaldıra bilər, cavabdeh maşını ən son Abbas adlı şəxsə vermişdir. Sonda Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndə və vəkillərinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X5 və İddiaçı MMC arasında A639 saylı Lizinq obyektinin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı Lexus E250 minik markalı avtomobili alıcıya satmağı, alıcı isə əmlakın dəyərini – 98000 manat satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, X3 və İddiaçı MMC arasında A639 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən lizinq verən Lexus E250 minik markalı avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan lizinq ödənişini ödəməyi, lizinq ödənişi vaxtında edilməzsə lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür, lizinq alanın ilkin öhdəliyi 40600 manatdır, müqavilənin müddəti 12 aydır. Həmnin müqavilədən görünür ki, müqavilə şərtlərinə (6.1-ci bənd) əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərinin ödəniş müddəti üzrə ardıcıl olaraq 2 dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizin obyektini mübahisəsiz geri almaq və müqaviləyə vaxtında əvvəl ləğv etmək hüququ vardır. İş materiallarından görünür ki, X3 və İddiaçı MMC arasında bağlanmış A639 saylı Daxili lizinq müqaviləsinə Əlavə Razılaşmadan görünür ki, müqavilənin bitmə müddəti 12 ay uzadılmış və xx.xx.2022-ci il müəyyən edilmişdir, bu razılaşma müqavilə üzrə öhdəliklər tam icra edilənədək qüvvədədir. İş materiallarında olan X3, X6 və İddiaçı MMC arasında bağlanmış 10 fevral 2021-ci il tarixli A639 saylı Daxili lizinq müqaviləsinə Əlavə Razılaşmadan görünür ki, öhdəlik ötürən X3 lizinq verənin razılığı ilə A639 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklərini X4 vermiş və o öhdəlikləri qəbul etmişdir. İş materiallarında olan Lizinq verən - İddiaçı MMC, öhdəlik ötürən - X3 və öhdəlik götürən - X6 tərəfindən imzalanmış 10 fevral 2021-ci il tarixli A639 saylı Daxili lizinq müqaviləsinə Əlavə 3 – Qəbul və istifadəyə verilmə protokolundan görünür ki, Lexus ES250 minik markalı sedan tipli qara rəngli buraxılış ili 2019 olan avtomobil (qiyməti 98.000 manat) lizinq verən tərəfindən lizinq alana təhvil verilmişdir. İş materiallarında olan X6, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 18 fevral 2021-ci il tarixli A639 saylı Daxili lizinq müqaviləsinə Əlavə Razılaşmadan görünür ki, öhdəlik ötürən X6 lizinq verənin razılığı ilə A639 saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklərini Cavabdeh vermiş və o öhdəlikləri qəbul etmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, A639 saylı müqavilə üzrə lizinq alan Cavabdeh, lizinq məbləği 38000 ABŞ dolları, lizinq mükafatı (illik) 24 %, müddət 36 ay, aylıq annuitet 1491 ABŞ dollarıdır. İş materiallarında olan Lizinq verən - İddiaçı MMC, öhdəlik ötürən - X6 və öhdəlik götürən - Cavabdeh tərəfindən imzalanmış 18 fevral 2021-ci il tarixli A639 saylı Daxili lizinq müqaviləsinə Əlavə 3 – Qəbul və istifadəyə verilmə protokolundan görünür ki, Lexus ES250 minik markalı sedan tipli qara rəngli buraxılış ili 2019 olan avtomobil (qiyməti 98.000 manat) lizinq verən tərəfindən lizinq alana təhvil verilmişdir. İş materiallarında olan Çıxarışdan görünür ki, A639 saylı müqavilə üzrə müddət 36 ay, illik faiz 24, başlama tarixi xx.xx.2020-ci il, bitmə tarixi xx.xx.2021-ci ildir, lizinq predmeti Lexus ES250 minik markalı sedan tipli qara rəngli buraxılış ili 2019 avtomobildir, qalıq əsas borc 33698,05 AZN, qalıq faiz 2404,29 AZN, cəmi 36102,34 AZN-dir. İş materiallarında olan 03 fevral 2022-ci il tarixli Arayışdan görünür ki, A639 saylı müqavilə üzrə 33699 ABŞ dolları əsas məbləğ, 3437 ABŞ dolları lizinq mükafatı (faiz borcu) və 5155 ABŞ dolları hesablanmış cərimə, cəmi 42291 ABŞ dolları borc mövcuddur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh avtomobili 3 gün ərzində monitorinq üçün lizinq şirkətinə gətirməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 306 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC və X3 arasında xx.xx.2020-ci il tarixli A639 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən Lexus E250 minik markalı nəqliyyat vasitəsi aylıq 24 faiz olmaqla 12 ay müddətinə 40600 ABŞ dolları ödəmək şərti ilə sonuncunun istifadəsinə verilmişdir, həmin müqavilə üzrə öhdəliklər, 10 fevral 2020-ci il tarixli razılaşmaya əsasən X4, 18 fevral 2021-ci il tarixli razılaşmaya əsasən isə Cavabdeh keçmişdir, müqaviləyə əsasən lizinq verən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək avtomobili Cavabdeh təhvil vermişdir, lakin lizinq alan Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, Hazırda cavabdehin lizinq müqaviləsi üzrə iddiaçıya 33699 ABŞ dolları əsas, 3437 ABŞ dolları faiz və 1600 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 38736 ABŞ dolları borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, cavabdehin “avtomobilin oğurlanması və hazırda da onun istifadəsində olmamasına səbəbindən müqavilə şərtlərinin yerinə yetirilməməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, buna dair hallar iş materialları ilə məhkəmə tərəfindən müəyyən olunmamış, həmçinin tərəflər arasında müqavilə üzrə hər hansı bir razılaşma nəzərdə tutulmamışdır, ikincisi, qanunvericiliyə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı yol verilən risklərdən qorunması ilə məsuliyyəti, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin bu barədə dəlilləri əsassızdır və buna görə də məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 08 yanvar 2020-ci il tarixli A639 saylı Daxili lizinq müqaviləsinin və lizinq öhdəliklərinin Cavabdeh ötürülməsinə dair İddiaçı MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli Lizinq müqaviləsinə Əlavə razılaşma ləğv edilməli, Cavabdeh cəmi 42.291 ABŞ dolları məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 306 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli A639 saylı Daxili lizinq müqaviləsi və lizinq öhdəliklərinin Cavabdeh ötürülməsinə dair xx.xx.2021-ci il tarixli Lizinq müqaviləsinə Əlavə razılaşma ləğv edilsin. Cavabdeh A639 saylı Daxili lizinq müqaviləsi üzrə, ödəniş günü qüvvədə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla, 33699 ABŞ dolları əsas borc, 3437 ABŞ dolları faiz və 1600 ABŞ dolları cərimə olmaqla, cəmi 38736 (otuz səkkiz min yeddi yüz otuz altı) ABŞ dolları və dövlət rüsumu qismində ödənilmiş 306 (üç yüz altı) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2020/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2020/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver