Məhkəmə qərarları › İş №e-2(011)-2030/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2030/2025

12.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2030/2025 12.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Cavabdeh (X5 mübahisə pedmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********030) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılmasıxidmətləri göstərilir.

2. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 1177.02 (bir min bir yüz yetmiş yeddi manat iki qəpik ) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.

İddiaçının tələbi:

3. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1177,02 manat borcun (abonent kodu: **********030) və 31,78 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 öz izahatında bildirmişdir ki, İddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********030) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılmasıxidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 1177,02 manat borcu yaranmışdır.

6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən mübahisə pedmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 öz izahatında bildirmişdir ki, 2011-ci ildə o, həmin üvə köçmüşdür. 2012-ci il tarixində o, həmin evdə əsaslə təmir işləri görmüşdür. Bu zaman su idarəsindən işçiləri gəlmiş və ona yeni sayğac quraşdırılmışdır. Bundan sonra su idarısinin işçiləri gəlmiş və hər ay sayğacı dəyişmişdirlər. O, 2022-ci ilə qədər ödənişləri ödəmişdir. Ödənişlərdən bəziləri düşmüş, bəziləri yox. O pulu işçilərə nağd şəkildə vermişdir.Tələb edilən borc məbləği həddindən artıq çodur.

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, o evi 20 il əvvəl X1 bildirmişdir. Dəyəri ödənilməmiş su onun tərəfindən istifadə edilməmişdir. Buna görə də iddia tələbinə etiraz etdiyini bildirmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

8. **********030/15736152 saylı abonentə məxsus abonent kartından görünür ki, abonentin 2024-cü il üçün ödənilməmiş 1177,02 manat su borcu yaranmışdır.

9. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, **********030/15736152 saylı abonentə "xxxx" ASC-yə olan 1157,02 manat məbləğində borcunun 7 iş günü müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

10. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən verilmiş arayışa əsasən, xx.xx.2024-cü il tarixinədək illər üzrə debitor borcu 1177,02 manat yaranmışdır.

11. Digər sənədlər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu: 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

72. Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.

14. “Sudan istifadə qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı: 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.3. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifələrindən biridir.

15. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli №5 Qərarı: - Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu əraziləri üzrə əhali qrupu üçün su təchizatı xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat; - Tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həcmində müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmişdir. İş materiallarına əlavə edilmiş abonent kartından da müəyyən olunur ki, Cavabdeh sudan istifadəyə görə 2024-cü il üçün 1177,02 manat borcu qalmışdır.

19. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1177,02 manat borcun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

21. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında ünvan 1 ünvanında yerləşən evi 20 il əvvəl X1 və dəyəri ödənilməmiş suyun onun tərəfindən istifadə edilmədiyini bildirmidşir. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh tərəf öz izahatını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır.

21. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə hesab edir ki, Cavabdeh istifadə etdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərin dəyərinin ödənilməməsinə görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə 1177,02 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir.

Məhkəmə xərcləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,78 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh (Abonent kodu: **********030) ödənilməmiş borca görə 1177,02 (min yüz yetmiş yeddi manat iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,78 (otuz bir manat yetmiş səkkiz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə ödənilsin.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar