Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2071/2025 13.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X8, Maraqlı şəxs1, Maraqlı şəxs2, X19, 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Kontoru cəlb edilməklə) “vərəsəliyin müəyyən edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X8, Maraqlı şəxs1, Maraqlı şəxs2, X19, 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Kontoru cəlb edilməklə) “vərəsəliyin müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X15 yeganə varisi olmağının təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X40 oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Vəfat etdiyi gün onun yanında olub və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən evdə onun qollarında vəfat etmişdir. Həmin ev tam mülkiyyət hüququ ilə mərhum atası X17 məxsus olmuşdur. Atası onun anası ilə öz aralarında ayrılmışlar. Onlar iki bacıdırlar. Atası X40 oğlu xx.xx.2021-ci il tarixində Cavabdeh ilə nikaha daxil olmuşdur. Nikahdan övladı yoxdur. Həmin nikah formal xarakterli olub. Nikah və həmin şəxs barəsində onların ölən günündən bir neçə ay qabağa qədər belə xəbərləri olmamışdır. Atası X40 oğlu xx.xx.2023-cü il tarixində vəfat edərkən onun 4 nəfər birinci növbəli varisləri qalmışdır. Anası Maraqlı şəxs1, ikinci həyat yoldaşı Cavabdeh, bacısı və o atası ölümündən əvvəl xəstə olarkən notariat kontoruna vəsiyyətnamə qoymamışdır. Lakin xəstə olarkən bütün qohumların yanında evini və bütün hər şeyini ona vəsiyyət etmişdir. Bu vəsiyyət şifahi və yazılı formada olmuşdur . Atasının şifahi və yazılı vəsiyyətinə əsasən o onun tək varisi olmuşdur. Atası vəsiyyət edərkən yanlarında qohumlar və qonşular olmuşdur. Onlar məhkəmədə iştirak edərək bu faktı təsdiq edə bilərlər. Hazırda 1-ci növbəli varislərdən nənəsi Maraqlı şəxs1 bu faktı təsdiq də edir. Lakin atasının ikinci həyat yoldaşı Cavabdeh onun atasının tək varisi olmağını qəbul etmir. Atasından qalan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən evi və maşını bölmək istəyir. Bildirir ki, atası xəstə olarkən fürsəti olmadı ki, yazılı vəsiyyətnaməni təsdiqlətdirsin. Bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən ev, maşınlar tam mülkiyyət hüququ ilə atası X17 məxsus olmuşdur. Varislərin və şahidlərin iştirakı ilə ona vəsiyyət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir və məhkəmənin baxış iclası təyin edildikdən sonra iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianın baxılmamış saxlanılmasına etiraz edərək, işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. O bildirmişdir ki, tərəflərin müxtəlif iddialar üzrə məhkəmə çəkişmələri olduğundan və notariatda açılmış vərəsəlik işinin icraatı da bu səbəbdən dayandırıldığından, o işə mahiyyəti üzrə baxılaraq qərarın qəbul edilməsini xahiş edir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclas zalında izahatında bildirmişdir ki, Cavabdeh vəfat etmiş şəxsin ikinci həyat yoldaşıdır. İddiaçı öz qohumları ilə mərhum S.Vahabovun vəfatından dərhal sonra cavabdehi yaşadığı evdən çıxarıblar. Buna görə cavabdeh mənzilə məcburi köçürülmə ilə bağlı məhkəməyə müraciət edib. Bu məhkəmə işinə görə “Asan Xidmət”də açılmış notariat işi də dayandırılıb. İddiaçı süni şəkildə işi uzadır. O, məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddiaçı Vahabova (Bayramova) Elnarə Sabir qızı hazırda icraatı dayandırılmış vərəsəlik işi üzrə icraatın dayandırılması müddətinin uzadılması məqsədilə müxtəlif əsaslarla və müxtəlif məhkəmələrə iddialar verərərək vərəsəlik şəhadətnaməsinin alınmasını yubatmağa çalışır. Bu məqsədlə hüquqlarını müdafiə etdiyi şəxs əsassız iddialardan dolayı vəkillə hüquqi yardım haqqında müqavilələlər bağlamaq məcburiyyətində qalır. Bunu nəzərə alaraq, iddianın rədd edilməsi halında vəkilə hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin, eləcə də nümayəndəyə etibarnamə verilməsinin rəsmiləşdirilməsinə görə çəkilmiş 17 manat məbləğində xərcin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X8, Maraqlı şəxs1, Maraqlı şəxs2, X19, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinə mahiyyəti üzrə baxılaraq iddia qismən təmin olunmalıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-5/2-13-05-13-17-6/2024 saylı sorğuya cavab məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, X15 adına 4 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X31 ilə X20 arasındakı nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Maraqlı şəxs2 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 – ½ hissə X17 məxsusdur (qeydiyyat tarixi: xx.xx.2021); ½ hissə Maraqlı şəxs2 məxsusdur (qeydiyyat tarixi: xx.xx.2021). İş materiallarında olan X26 (“Hədiyyə verən”) ilə Maraqlı şəxs2 (“Hədiyyə alan”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, “Hədiyyə verən” ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.6 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.05533 ha olan torpaq sahəsinin ona məxsus hissəsindən (83.4 kv.m; 0.0221 ha) hissədə “Hədiyyə alan”ın mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 81,9 kv.metr olmaqla, xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs2 məxsusdur. İş materiallarında olan Maraqlı şəxs2 məxsus Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 – 4 otaq, ü/s-83,4 kv.m və 0.0221 ha torpaq sahəsi Maraqlı şəxs2 məxsusdur (qeydiyyat tarixi: xx.xx.2021) ; fərdi evdən ü/s-15.2 kv.m, 24.3 kv.m açıq eyvan və 0.0332 ha torpaq sahəsi X17 məxsusdur (qeydiyyat tarixi: xx.xx.2021). İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X49 İdarəsinin xx.xx.2025-ci il tarixli № 3-13-16/2-149108/2025 saylı məhkəmə sorğusuna əsasən verilmiş cavab məktubundan görünür ki, DİN Baş X49 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1960-cı il təvəllüdlü X15 adında xx.xx.2010-cu il tarixdən “Qaz 31105 120” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2022-ci il tarixdən “Mercedes Benz B 180” minik markalı, 77- FS-724 dövlət qeydiyyat nişanlı və xx.xx.1999-cu il tarixdən “ZAZ 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli e-2(008)-524/2024 №-li qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş, cavabdehlər Maraqlı şəxs1, X20 və X9 üzərinə iddiaçı X27 mərhum əri X15 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə (DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili) daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər Maraqlı şəxs1, X20 və X5 müştərək qaydada tutularaq, iddiaçı X27 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış 19 may 2025-ci il tarixli, 1741 nömrəli sorğuya cavab məktubundan və əlavə olunmuş sənədlərdən görünür ki, mirasın qəbulu ərizələrinə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh, xx.xx.2023-cü il tarixdə X8, xx.xx.2023-cü il tarixdə Vahabova (Bayramova) Elnarə Sabir qızı, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs1 mərhum - xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaklara dair vərəsəlik şəhadətnamələrinin verilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, Maraqlı şəxs1 ünvan 4 ünvanında yerləşən mənzilə 03 oktyabr 2006-cı il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə X30, X21r. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1336 saylı notariat sorğusuna cavab məktubundan görünür ki, X15 adına "xxxx" ASC-də xx.xx.2023cü il tarixinə heç bir bank hesabı mövcud deyildir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1340 saylı notariat sorğusuna cavab məktubundan görünür ki, X15 adına "xxxx" ASC və onun filiallarında hesablar açılmamış və qeyd olunan əməliyyatlar aparılmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1346 saylı notariat sorğusuna cavab məktubundan görünür ki, X15 adına "xxxx" ASC-də bank hesabı mövcud deyildir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1335 saylı notariat sorğusuna cavab məktubundan görünür ki, məktubda sorğu edilən X15 adına ASC “Xalq” Bankında hər hansı bank hesabı və ya pul məbləği aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1337 saylı notariat sorğusuna cavab məktubundan görünür ki, təqdim edilən məlumatlar üzrə X15 adına Bankda qalığı 0.00 olan ******************** №-li kart hesabı aşkar edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixli, 1344 saylı notariat sorğusuna cavab məktubundan görünür ki, mərhum X15 "xxxx" QSC-də hesabı mövcud deyil. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1345 saylı notariat sorğusuna cavab məktubundan görünür ki, "xxxx" ASC-də mərhum X26 ilə bağlı təqdim olunması xahiş edilən məlumat yoxdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1342 saylı notariat sorğusuna cavab məktubundan görünür ki, X17 məxsus Bankda hesab mövcud deyil. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1343 saylı notariat sorğusuna cavab məktubundan görünür ki, barəsində məlumatlar tələb olunan X15 "xxxx" KB ASC-də aktiv bank hesabları və depozit qutusu aşkarlanmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1339 saylı notariat sorğusuna cavab məktubundan görünür ki, X15 "xxxx" ASC-də heç bir bank hesabı aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1341 saylı notariat sorğusuna cavab məktubundan görünür ki, X15 "xxxx" ASC-də heç bir bank hesabı yoxdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 1338 saylı notariat sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixinə X15 "xxxx" ASC-də **********11191 hesab nömrəli kartda 0.02 manat, **********11191 hesab nömrəli kartda 0.07 dollar qalıq aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə ünvanlanmış izahatdan görünür ki, Cavabdeh müraciəti ilə bağlı bildirilmişdir: xx.xx.2023-cü il tarixdə X11 və Maraqlı şəxs1 etibarnamə üzrə nümayəndəsi X22 müraciət edərək xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 miras qalmış əmlakı qəbul etmək barədə ərizə vermiş və tərəfindən V- 297/2023 saylı vərəsəlik işi açılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh və X12 müraciət edərək mirasın qəbul edilməsi haqqında ərizə təqdim etmişlər. xx.xx.2023-cü il tarixdə X11 təsdiq edilməli hüquq və fakt barəsində məhkəməyə müraciət etmək arzusunda olması barədə ərizəsi əsasında notariat hərəkətlərinin aparılması 10 gün müddətinə və xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs1 eyni məzmunlu müraciəti əsasında notariat hərəkətlərinin aparılması daha 10 gün müddətinə təxirə salınmış, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli ərizə almması haqqında məlumatına əsasən notariat hərəkətlərinin aparılması iş həll edilənədək dayandırılmışdır. Sonradan Cavabdeh vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı təkrar müraciət etdikdə isə ona notariat hərəkətlərinin aparılmasının təxirə salınması bildirilərək müvafiq izahat verilmiş və buna görə də narazılığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə ünvanlanmış izahatdan görünür ki, Cavabdeh müraciəti ilə bağlı bildirilmişdir: xx.xx.2023-cü il tarixdə X11 və Maraqlı şəxs1 etibarnamə üzrə nümayəndəsi X22 müraciət edərək xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 miras qalmış əmlakı qəbul etmək barədə ərizə vermiş və tərəfindən V- 297/2023 saylı vərəsəlik işi açılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh və X8 müraciət edərək mirasın qəbul edilməsi haqqında ərizə təqdim etmişlər. xx.xx.2023-cü il tarixdə X11 təsdiq edilməli hüquq və fakt barəsində məhkəməyə müraciət etmək arzusunda olması barədə ərizəsi əsasında notariat hərəkətlərinin aparılması 10 gün müddətinə tarixdə Maraqlı şəxs1 eyni məzmunlu müraciəti əsasında notariat hərəkətlərinin aparılması daha 10 gün müddətinə təxirə salınmış, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli ərizə alınması haqqında məlumatma əsasən notariat hərəkətlərinin aparılması iş həll edilənədək dayandırılmışdır. xx.xx.2024-cü ildə X20 tərəfindən Sabunçu rayon məhkəməsinə **-NB-*** və **-FS-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qadağa qoyulması haqqında ərizəsi həmin məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh nəqliyyat vasitələri ilə bağlı vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı müraciət etdikdə isə ona iş məhkəmənin icraatında olması ilə əlaqədar notariat hərəkətlərinin aparılmasının dayandırılması bildirilərək müvafiq izahat verilmiş və buna görə də narazılığını bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinə ünvanlanmış məktubdan görünür ki, o, xx.xx.2021-ci il tarixində X26 ilə nikaha daxil olmuşdur. Nikahdan sonra əri ilə onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən evdə yaşamışdır və birgə nikah dövründə birgə vəsaitləri hesabına **-FS-*** dövlət nömrə nişanlı Mercedes Benz В180 markalı nəqliyyat vasitəsi almışlar. Ərinin nikahdan qabaq isə mülkiyyətində **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı “QAZ 31105 120” minik markalı nəqliyyat vasitəsi də olmuşdur. Əri öldükdən sonra onun miras əmlakının kütləsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, eləcə də **-FS-*** dövlət nömrə nişanlı “Mercedes Benz B180” markalı nəqliyyat vasitəsi və **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı “QAZ 31105 120” minik markalı nəqliyyat vasitəsi olmuşdur. Ərinin ölümündən sonra mirası qəbul etməklə bağlı notariusa müraciət etmişdir. Lakin notarius qanunsuz olaraq vərəsəlik şəhadətnaməsinin verilməsini icra etmir. Çünki notariat işi dayandırıldığından 2 ilə yaxındır heç bir əməliyyat aparılmır. Məlum notariat işindən görünür ki, iş üzrə 4 vərəsə vardır. Vərəsəlik işi açıldıqdan sonra vərəsələrdən biri Bakı İnzibati Məhkəməsində iddia qaldırmasını rəhbər tutaraq, notariat hərəkətlərinin aparılmasının təxirə salınmasını xahiş etmişdir. Sonradan isə həmin məhkəmə işinə görə icraat dayandırılmışdır. Dayandırılmaya əsas olan məhkəmə işi üzrə yekun məhkəmə qərarı çıxarılmış və qanuni qüvvəyə minmişdir. Bunu rəhbər tutaraq, müvafiq məhkəmə qərarını notariusa təqdim etsələr də, tam qanunsuz olaraq 2025-ci ilin yanvar ayında başqa məhkəmədə (hansı ki həmin iddianın qaldırılması notariat işinin dayandırılmasına heç bir vəchlə əsas vermir) yeni bir iddia qaldırılması əsası ilə icraatın bərpa edilməsini təmin etməmişdir. Hesab edirlər ki, notariusun bu xarakterli hərəkətləri etməyə səlahiyyəti yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli , 2(103)-508/2025 saylı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin surətindən görünür ki, cavabdehlər X20, X23, X18 və Maraqlı şəxs2 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-524/2024 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətlərinin təmin edilməməsi, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixi., e- 2(008)-524/2024 nömrəli qətnaməsinin iddianın cavabdeh Maraqlı şəxs2 münasibətdə təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamənin qəbul edilməsi, cavabdeh Maraqlı şəxs2 üzərinə iddiaçı Cavabdeh mərhum əri X15 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə (DƏDRX tərəfindən xx.xx.2021-cı il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi iiə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili) daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən sorğuya cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" X1 sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən, valideynləri X32 ilə Maraqlı şəxs1 olan xx.xx.1960-cı il təvəllüdlü X15 doğumunun xx.xx.1960-cı ildə, xx.xx.1957-ci il təvəllüdlü X13 doğumunun xx.xx.1957-ci ildə, xx.xx.1959-cu il təvəllüdlü X6 doğumunun isə xx.xx.1959-cu ildə Sabunçu rayonu, Balaxanı icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. Qeyd edilir ki, X26 ilə X14 xx.xx.2011-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması haqqında akt qeydi nəzərdən keçirilərkən, onların nikahlarının xx.xx.1981-ci ildə Rusiya Federasiyasının səlahiyyətli qurumunda qeydə alındığı müəyyən edilmişdir. X2 ilə X7 0.1989-cu il təvəllüdlü X16 doğumu xx.xx.1989-cu ildə Sabunçu rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. X26 ilə xx.xx.1968-ci il təvəllüdlü Vahabova (Nuriyeva) Arzu Xudaş qızının nikahı xx.xx.2021-ci ildə 4 saylı Bakı “ASAN xidmət" mərkəzindəki qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən edilir ki, mirasqoyan X26 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı onun övladıdır. Cavabdeh mərhumun arvadıdır, onların nikahı xx.xx.2021ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Maraqlı şəxs1 – mərhumun anası, Maraqlı şəxs2 –mərhumun bacısı, X8 – m ərhumun övladıdır. Miras kütləsinə mərhum X17 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi; sonuncunun adına qeydiyyata alınmış “Qaz 31105 120 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı, “Zaz 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz B 180 minik” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillər; "xxxx" ASC-də və "xxxx" ASC-də mərhumun adına açılmış bank hesablarındakı qalıq vəsaitlər aiddir. İlk öncə məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsi tərəflərin arasında yaranmış mülki mübahisənin həlli və iddiaçının mirasa münasibətdə yeganə varis müəyyən edilməsi (iddiaçının miras kütləsinə müəyyən hissədə deyil, bütövlüklə, yəni tam payda əmlak hüquqlarının müəyyənləşdirilməsi) tələblərini ehtiva edir. Buna görə də məhkəmə iddia tələbləri çərçivəsində mülki işi araşdıraraq, miras əmlaka dair müvafiq vərəsələrə aid payların olub-olmadığının, iddiaçının yeganə varis olaraq miras payı tam payda əldə etməsi üçün hüquqi əsasların olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, iş materialları ilə mərhum X15 dörd nəfər vərəsəsinin olduğu müəyyən edilir – arvadı Cavabdeh, anası Maraqlı şəxs1, övladları: İddiaçı və X8. Bununla da iddiaçının miras əmlaka tam payda yeganə varis olması ilə bağlı iddia tələbləri əsassızdır. İddiaçı mərhumun vəsiyyətnaməsinə istinad etsə də, məhkəmə iclaslarında iştirak etməmişdir və buna dair mötəbər sübutları prosessual qanunvericiklə nəzərdə tutulmuş qaydada (bilavasitə məhkəmə iclasında iştirak etməklə, elektron kabinet və ya poçt vasitəsilə təqdim etməklə) məhkəməyə təqdim etməmişdir. Buna görə də vəsiyyətnamənin mövcudluğu ilə bağlı sübutlar olmadığı halda, açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi qanun üzrə vərəsəliyə çağırılmış şəxslərin siyahısı üzrə müəyyən edilməlidir. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə gəldikdə məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, həmin əmlaka mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatınaa alınmaqla mərhuma məxsus olmuşdur. “Qaz 31105 120 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı və “Zaz 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillər müvafiq olaraq 2010-cu və 1999-cu ildən mərhumun adına qeydiyyata alınmaqla, sonuncunun mülkiyyətində olmuşlar. Sözügedən fərdi yaşayış evinin, “Qaz 31105 120 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı, “Zaz 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və bank hesablarında aşkarlanmış qalıq məbləğlərin nikah dövrünə aid birgə əmlak olması iş materialları ilə müəyyən edilmədiyindən, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin; "xxxx" ASC-də mərhumun adına qeydə alınmış **********11191 saylı, **********11191 saylı, "xxxx" ASC-də qeydə alınmış ******************** saylı bank hesablarında S.Vahabovun vəfatından sonra qalıq qalmış pul vəsaitlərinin, “Qaz 31105 120 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı, “Zaz 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində İddiaçı və Cavabdeh hər birinin 1/4 hissədə miras payları müəyyən edilməlidir. Həmin əmlakların üzərində X4 və Maraqlı şəxs1 hər birinin 1/4 hissədə miras paylarının müəyyən edildiyi nəzərə alınmalıdır. “Mercedes Benz B 180 minik” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə mərhumun adına qeydiyyata alınmaqla, ümumi prezumpsiyaya əsasən nikah dövründə əldə edilmiş ümumi əmlaka aid edildiyindən, həmin avtomobilin üzərində İddiaçı 1/8, Cavabdeh 5/8 hissədə miras payları müəyyən edilməlidir. Bu əmlaka dair X4 və Maraqlı şəxs1 hər birinin 1/8 hissədə miras paylarının müəyyən edildiyi nəzərə alınmalıdır. İddia tələbləri qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə xərclərinə daxil olan Cavabdeh tərəfindən ödənilmiş hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğinin və nümayəndənin etibarnaməsinin rəsmiləşdirilməsinə görə 17 (on yeddi) manat ödənişin yarısı, yəni 158,50 (bir yüz əlli səkkiz manat əlli qəpik) məhkəmə xərcləri İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia tələbləri qismən təmin edilsin. X3 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin; "xxxx" ASC-də mərhumun adına qeydə alınmış **********11191 saylı, **********11191 saylı, "xxxx" ASC-də qeydə alınmış ******************** saylı bank hesablarında S.Vahabovun vəfatından sonra qalıq qalmış pul vəsaitlərinin, “Qaz 31105 120 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı, “Zaz 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində İddiaçı və Cavabdeh hər birinin 1/4 hissədə miras payları müəyyən edilsin. X3 miras qalmış “Mercedes Benz B 180 minik” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində İddiaçı 1/8, Cavabdeh 5/8 hissədə miras payları müəyyən edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. X3 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin; "xxxx" ASC-də mərhumun adına qeydə alınmış **********11191 saylı, **********11191 saylı, "xxxx" ASC-də qeydə alınmış ******************** saylı bank hesablarında S.Vahabovun vəfatından sonra qalıq qalmış pul vəsaitlərinin, “Qaz 31105 120 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı, “Zaz 968 M minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində vərəsələr: X4 və Maraqlı şəxs1 hər birinin 1/4 hissədə miras paylarının müəyyən edildiyi nəzərə alınsın. X3 miras qalmış “Mercedes Benz B 180 minik” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində vərəsələr: X4 və Maraqlı şəxs1 hər birinin 1/8 hissədə miras paylarının müəyyən edildiyi nəzərə alınsın. Dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə xərclərinə daxil olan Cavabdeh tərəfindən ödənilmiş hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğinin və nümayəndənin etibarnaməsinin rəsmiləşdirilməsinə görə 17 (on yeddi) manat ödənişin yarısı, yəni 158,50 (bir yüz əlli səkkiz manat əlli qəpik) məhkəmə xərcləri İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2071/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2071/2025
13.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver