Məhkəmə qərarları › İş №e-2(011)-2108/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2108/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2108/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 06.01.2020-ci il tarixli müqaviləyə əsasən 701,80 manat əsas, 214,20 manat dəbbə pulunun, 01.07.2020-ci il tarixli müqaviləyə əsasən 834 manat əsas, 313 manat dəbbə pulunun, 13.08.2020-ci il tarixli müqaviləyə əsasən 775,80 manat əsas, 221,20 dəbbə pulunun, 09.09.2020-ci il tarixli müqaviləyə əsasən 697,80 əsas, 180,20 dəbbə pulunun, 20.11.2020-ci il tarixli müqaviləyə əsasən 1831 manat əsas, 298 manat dəbbə pulunun, cəmi 5054 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında 06.01.2020-ci il tarixdə “LG LED” markalı televizorun nisyə alqı-satqısı barədə 20016125 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən əşyanın ümumi dəyəri 1837,80 manat, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 102,10 manat müəyyən edilmişdir. Əşya cavabdehə 06.01.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 01.07.2020-ci il tarixdə “Panasonic” markalı kondisionerin satılması barədə 21000012 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əşyanın ümumi dəyəri 1575 manat, ödəniş cədvəlinə əsasən ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 87,50 manat müəyyən edilmişdir. Əşya cavabdehə 01.07.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 13.08.2020-ci il tarixdə “Samsung” markalı televizorun satılması barədə 21072340 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əşyanın ümumi dəyəri 1207,80 manat, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 67,10 manat müəyyən edilmişdir. Əşya cavabdehə 13.08.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 09.09.2020-ci il tarixdə “Samsung” markalı televizorun satılması barədə 21151816 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əşyanın ümumi dəyəri 1207,80 manat, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə, əsasən ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 67,10 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə 09.09.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 20.11.2020-ci il tarixdə “Asus” markalı noutbukun satılması barədə 22060739 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əşyanın ümumi dəyəri 1999,20 manat, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən ödəniş müddəti 24 ay olmaqla, aylıq ödəniş 83,30 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə 20.11.2020-ci il tarixdə təhvil verilmişdir. Müqavilələr üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin birinci müqavilə üzrə ödədiyi pul məbləği 1136 manat, qalıq borcu 701,80 manat, dəbbə pulu 214,20 manat, ikinci müqavilə üzrə ödədiyi pul məbləği 741 manat, qalıq borcu 834 manat və dəbbə pulu 313 manat, üçüncü müqavilə üzrə ödədiyi pul məbləği 432 manat, qalıq borcu 775,80 manat və dəbbə pulu 221,20, dördüncü müqavilə üzrə ödədiyi pul məbləği 510 manat, qalıq borcu 697,80 və dəbbə pulu 180,20 və beşinci müqavilə üzrə ödədiyi pul məbləği 168,20 manat, qalıq borcu 1831 manat və dəbbə pulu 298 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış 5 müqavilə üzrə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun birinci müqavilə üzrə “LG” markalı televizor üçün qalıq borcu 701,80 manat, dəbbə pulu 214,20 manat, ikinci müqavilə üzrə “Panasonic” markalı kondisioner üçün qalıq borcu 834 manat və dəbbə pulu 313 manat, üçüncü müqavilə üzrə “Samsung” markalı televizor üçün qalıq borcu 775,80 manat və dəbbə pulu 221,20, dördüncü müqavilə üzrə “Samsung” markalı televizor üçün qalıq borcu 697,80 və dəbbə pulu 180,20 manat və beşinci müqavilə üzrə “Asus” markalı noutbuk üçün qalıq borcu 1831 manat və dəbbə pulu 298 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2987,20 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında 5 nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malların qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq dəbbə pulunun birinci müqavilə üzrə 40 manat, ikinci müqavilə üzrə 45 manat, üçüncü müqavilə üzrə 46 manat, dördüncü müqavilə üzrə 35 manat, beşinci müqavilə üzrə 90 manat olmaqla, cəmi 256 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 80,67 manat məbləğində dövlət rüsumu, habelə mütəxəsis və ekspert xərcələri iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 84%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06.01.2020-ci il tarixli müqaviləyə əsasən 701,80 manat əsas, 40 manat dəbbə pulu, 01.07.2020-ci il tarixli müqaviləyə əsasən 834 manat əsas, 45 manat dəbbə pulu, 13.08.2020-ci il tarixli müqaviləyə əsasən 775,80 manat əsas, 46 manat dəbbə pulu, 09.09.2020-ci il tarixli müqaviləyə əsasən 697,80 manat əsas, 35 manat dəbbə pulu, 20.11.2020-ci il tarixli müqaviləyə əsasən 1831 manat əsas, 90 manat dəbbə pulu olmaqla, cəmi 5096,40 manat borc və 67,76 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 12,91 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar