Məhkəmə qərarları › İş №e-2(011)-2110/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2110/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2110/2022 01.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-si Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh "xxxx" MMC-si ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********50553 olan X2 9 markalı telefon, X1, Paltaryuyan Samsung almış və nəticədə 1659 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 724.8 manat (yəni 12 ay x 60.4 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ Kodu **********50553 olan X2 9 markalı telefon, X1 üçün ümumilikdə 722 manat olmaqla, ondan 656.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65.2 manat cərimə: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 909 manat (18 ay x 50.5 manat + 0 manat ilkin ödəniş) Paltaryuyan Samsung üçün ümumilikdə, 937 manat olmaqla ondan, 852 manat ödənilməmiş hissə, 85 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 125 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********50553 olan X2 9 markalı telefon, X1 üçün 656.8 manat ödənilməmiş hissə, 65.2 manat cərimə borcu olmaqla, ümumilikdə 722 manat borcun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung üçün, 852 manat ödənməmiş hissə, 85 manat cərimə borcu olmaqla, ümumilikdə 937 manat borcun və 36.59 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə İMEİ Kodu **********50553 olan X2 9 markalı telefon,X1 və Paltaryuyan Samsung verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-si ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********50553 olan X2 9 markalı telefon, X1 üçün ümumilikdə 722 manat olmaqla, 656.8 manat ödənilməmiş məbləğ, 65.2 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung üçün ümumilikdə 937 manat olmaqla, 852 manat ödənilməmiş hissə, 85 manat cərimə borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdeh qısa müddətdə borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqmda müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə bağladığı 19 avqust 2020-ci il tarixli və 19 avqust 2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 656.8 manat ödənilməmiş hissə, 65.2 manat cərimə borcu, 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 852 manat ödənilməmiş hissə, 85 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1659 manat tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 19 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 656.8 manat ödənilməmiş hissə, 65.2 manat cərimə borcu və 19 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 852 manat ödənilməmiş hissə, 85 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1659 manat pul vəsaiti və 36.59 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar