Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2112/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, avtomobilin təhvil verilməsi və pulun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 29 sentyabr 2018-ci il tarixli, 1986 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin təhvil verilməsi və ya dəymiş zərərin əvəzi kimi 10.291,88 manat əsas borc pulun, 9.452 manat məbləğində cərimə pulun, 28.000 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 233,23 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 17 mart 2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alğı-satqısı ilə məşğul olmaqdır. X2 mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 2011-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU351034 şassi nömrəli, ağ rəngli, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 29 sentyabr 2018-ci il tarixli, 1986 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2200 manat olmaqla 36 ay müddətinə hər ay üzrə 687 manat ödəniş etməklə, 26.918,88 manata satılmışdır. Lakin Cavabdeh “Hyundai Elantra” minik markalı, 2011-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU351034 şassi nömrəli, ağ rəngli, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış 29 sentyabr 2018-ci il tarixli, 1986 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2200 manat 21 ay olmaqla hər ay 687 manat ödəniş edərək, cəmi 16.627 manat ödəniş etmişdir. Cavabdeh 29 iyul 2020-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 10.291,88 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. 29 sentyabr 2018-ci il tarixli, 1986 saylı müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdeh dəfələrlə şifahi xəbərdarlıq edilsə də, o kredit borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1986 saylı, 29 sentyabr 2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə 26.918,99 manata “Hyundai Elantra” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, 2011-ci il buraxılışlı avtomobil satılmışdır. Cavabdeh ayda 687 manat məbləğində pulu 21 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından həmçinin görünür ki, X4 "xxxx" MMC-nin təsisçisidir, “Hyundai Elantra” minik markalı **-DK-*** dövlət qeydiyyat nömrəli avtomobil X3 məxsusdur və sonuncu həmin avtomobilin idarə edilməsi və tapşırıqların yerinə yetirilməsi barədə 16 may 2017-ci il tarixdə "xxxx" MMC-nə və X1 etibarnamə vermişdir. Məhkəmə hazırkı iddia tələbinin əsasını tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi və ondan irəli gələn öhdəliklər təşkil etdiyini qeyd edir. Buna əsasən məhkəmə istinad edilən müqavilənin etibarlılığını yoxlamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (324, 329-cu maddələr) Hazırkı iddia tələbinin hüquqi əsasını iddiaçının mövqeyinə görə alğı-satqı müqaviləsi təşkil edir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Hazırkı iş üzrə müqavilə iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. İş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, avtomobilin mülkiyyətçisi olan Elxan Qubadov iddiaçıya idarəetmə və bundan irəli gələn məsələlərin həlli üçün etibarnamə vermişdir. Müqavilənin mətnində "xxxx" MMC-nin Elxan Qubadov adından hərəkət etməsi göstərilsə də, iddiaçının hərəkətlərinin qanuni əsası ilə bağlı, yəni buna mülkiyyətçi tərəfindən səlahiyyətləndirilməsi ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı səlahiyyəti olmadan avtomobillə bağlı sərəncam vermişdir. İstinad edilənlərdən əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanması istinad olunan əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınmaz əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Beləliklə yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilməmiş, qanunvericiliyin bununla əlaqədar tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2018-ci il tarixli 1986 saylı alğı-satqı müqaviləsi etibarsız əqddir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Odur ki, ləğv edilməsi tələb olunan əqd məhkəmə tərəfindən etibarsız əqd olması müəyyən edildiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Daha sonra məhkəmə iddia tələbinin “müqavilənin predmeti olan avtomobilin təhvil verilməsi” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, yuxarıda istinad olunan etibarnamənin mətninə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC avtomobilin qanuni sahibi olmuşdur. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktına əsasən nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Cavabdehin nəqliyyat vasitəsini qaytarması ilə bağlı iş materiallarında hər hansı sübut mövcud olmadığından iddia tələbi avtomobilin geri alınması hissəsində təmin edilməli, avtomobil cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə dəymiş zərərin əvəzi kimi 10.291,88 manat əsas borc pulun, 9.452 manat məbləğində cərimə pulun, 28.000 manat məbləğində icarə haqqının verilməsi ilə bağlı hissəyə qiymət verərək hesab edir ki, istinad edilən avtomobil mövcud olmadıqda və yaxud ona ziyan dəyməsi ilə bağlı yetərli sübutlar olduqda, avtomobilin mülkiyyətçisi müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, müqavilənin predmeti olan “Hyundai Elantra” minik markalı, **-DK-*** dövlət qeydiyyat nömrəli avtomobil cavabdehdən alınıb iddiaçıya təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 233,23 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 233,23 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Müqavilənin predmeti olan “Hyundai Elantra” minik markalı **-DK-*** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 233,23 (iki yüz otuz üç manat iyirmi üç qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-2112/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2112/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver