Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2133/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 ilə "xxxx" MMC arasında bağlanmış 10.04.2018- ci il tarixli, 1687 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi və ya dəymiş zərərin əvəzi kimi 8.823,24 (səkkiz min səkkiz yüz iyirmi üç manat iyirmi dörd qəpik) manat əsas borc pulun, 4.876,80 (dörd min səkkiz yüz yetmiş altı manat səksən qəpik) manat məbləğində cərimə pulunun, 32.000 (otuz iki min) manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 227,10 (iki yüz iyirmi yeddi manat on qəpik) manat pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilir ki, cavabdeh X1, Yaşma-4 H/Ş, 38,7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göründüyü kimi, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Xətai rayonu ərazisində olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından mövcud iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin X3 ilə "xxxx" MMC arasında bağlanmış 10.04.2018- ci il tarixli, 1687 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi və ya dəymiş zərərin əvəzi kimi 8.823,24 (səkkiz min səkkiz yüz iyirmi üç manat iyirmi dörd qəpik) manat əsas borc pulun, 4.876,80 (dörd min səkkiz yüz yetmiş altı manat səksən qəpik) manat məbləğində cərimə pulunun, 32.000 (otuz iki min) manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 227,10 (iki yüz iyirmi yeddi manat on qəpik) manat pulun cavabdeh X2 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova İş № 2(011)-2133/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 18 fevral 2022-ci il Bakı şəhəri Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:10-da başlandı. İddia ərizəsini və ona əlavə edilməş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 09:20-də qurtardı. Protokol 18 fevral 2022-ci il tarixdə tərtib edilmişdir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2133/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2133/2022
18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver