Məhkəmə qərarları › İş №e-2(011)-2141/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2141/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2141/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılmaıs və dəymiş maddi zərərin ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı Cavabdeh Fonda məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 58, M14 ünvanında yerləşən 4 nömrəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə yaşayış sahəsindən çıxarılması və qeydiyyatdan çıxarılması, mənzilin boşaldılaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna təhvil verilməsi, 19 oktyabr 2021-ci il tarixli KM1174 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi Fond tərəfindən ləğv edilən tarixədək ödənilməli aylıq ödənişlər üzrə yaranmış borc – 2970,78 manat, yaşayış sahəsi tam boşaldılıb geri təhvil verilənədək hesablanmış zərərin (aylıq kirayə ödənişləri və s.), o cümlədən 100 manat dövlət rüsumunun əvəzinin ondan tutularaq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi; yaşayış sahəsinin boşaldılmasına qədər kommunal və yaşayış sahəsinin istifadəsi və saxlanması xidmətləri üzrə ödənişlərin ödənilməsini Cavabdeh üzərinə qoyulması; yaşayış sahəsinin tamamilə boşaldılaraq Fonda təhvil veriləcəyi günə qədər zərərin əvəzinin gündəlik əsasla ödənilməsi qaydası məhkəmə tərəfindən müəyyən edilməsi; yaşayış sahəsinin kirayəçi tərəfindən boşaldılaraq Fonda geri təhvil verilməməsi nəticəsində Fonda dəymiş maddi zərər müqabilində aylıq ödənişlər üzrə gecikdirilmiş vaxt üçün 5 (beş) faiz cərimə məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin kirayəçinin üzərinə qoyulması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasında mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və tərəflər arasında bağlanılmış Barışıq Sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasın iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və mülki işə mahiyyəti üzrə baxılmasına qərar vermişdir. Mülki işə məhkəmə baxışında tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş barışıq sazişini və mülk iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Barışıq sazişindən müəyyən olunur ki, tərəflər razılığa gəlmişlər ki, tərəflər barışıq sazişini aşağıdakı şərtlərlə bağladılar: - 2.1. tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və Bakı Şəhəri Xətai Rayon Məhkəməsi (bundan sonra - məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən Tərəflər arasında bağlanmış 19 oktyabr 2021-ci il tarixli KM1174 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra - kirayə müqaviləsi) üzrə münasibətlər təkrar davam etdirilir və tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir; - 2.2. birinci tərəf (Cavabdeh) təsdiq edir ki, bu Saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxtlıvaxtında həyata keçirəcəkdir; - 2.3. tərəflər təsdiq edir ki, birinci tərəf (Cavabdeh) 01 iyul 2023-cü il tarixinədək ümumilikdə ödənilməmiş borcu olan 10892.86 (on min səkkiz yüz doxsan iki manat səksən altı qəpik) manat vəsaiti ikinci tərəfə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu) nağdsız qaydada ödəmişdir; - 2.4. birinci tərəf (Cavabdeh) təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir; - 2.5. birinci tərəf (Cavabdeh) təsdiq edir ki, bu Sazişin 2.4-cü maddəsində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə ikinci tərəfə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu) kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər; - 2.6. birinci tərəf (Cavabdeh) təsdiq edir ki, bu Sazişin 2.4-cü maddəsində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunan səbəblərdən ikinci tərəfə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu) kirayə müqaviləsinə birtərəfli qaydada xitam verdikdə, birinci tərəf (Cavabdeh) kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq ikinci tərəfə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu) 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə ikinci tərəfə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu) mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu Sazişin məcburi icrası üzrə icra sənədi ilə icraya müraciət edir; - 2.7. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin və Tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır; - 2.8. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərıni, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər; - 2.9. Tərəflər razılığa gəlirlər ki, bu Saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri tərəflərin özləri qarşılayırlar; - 2.10. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri İcra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir; - 2.11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir; - 2.12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə mülki iş materiallarını tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılmaıs və dəymiş maddi zərərin ödənilməsi barədə iddiasına dair mülki üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: - 2.1. tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və Bakı Şəhəri Xətai Rayon Məhkəməsi (bundan sonra - məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən Tərəflər arasında bağlanmış 19 oktyabr 2021-ci il tarixli KM1174 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra - kirayə müqaviləsi) üzrə münasibətlər təkrar davam etdirilir və tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir; - 2.2. birinci tərəf (Cavabdeh) təsdiq edir ki, bu Saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxtlıvaxtında həyata keçirəcəkdir; - 2.3. tərəflər təsdiq edir ki, birinci tərəf (Cavabdeh) 01 iyul 2023-cü il tarixinədək ümumilikdə ödənilməmiş borcu olan 10892.86 (on min səkkiz yüz doxsan iki manat səksən altı qəpik) manat vəsaiti ikinci tərəfə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu) nağdsız qaydada ödəmişdir; - 2.4. birinci tərəf (Cavabdeh) təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir; - 2.5. birinci tərəf (Cavabdeh) təsdiq edir ki, bu Sazişin 2.4-cü maddəsində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə ikinci tərəfə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu) kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər; - 2.6. birinci tərəf (Cavabdeh) təsdiq edir ki, bu Sazişin 2.4-cü maddəsində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunan səbəblərdən ikinci tərəfə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu) kirayə müqaviləsinə birtərəfli qaydada xitam verdikdə, birinci tərəf (Cavabdeh) kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq ikinci tərəfə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu) 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə ikinci tərəfə (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu) mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu Sazişin məcburi icrası üzrə icra sənədi ilə icraya müraciət edir; - 2.7. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin və Tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır; - 2.8. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərıni, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər; - 2.9. Tərəflər razılığa gəlirlər ki, bu Saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri tərəflərin özləri qarşılayırlar; - 2.10. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri İcra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir; - 2.11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir; - 2.12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar