Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-219/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin və törədilən inzibati xətalara görə tətbiq edilən cərimələrin tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2018-ci il tarixli 1801/0488 saylı X2 əsasən Cavabdeh sahiblik və istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan“Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomobilə cavabdeh tərəfindən vurulmuş 8436,20 (səkkiz min dörd yüz otuz altı manat iyirmi qəpik) manat məbləğində maddi ziyanın, törədilən inzibati xətalara görə tətbiq edilən 314 manat məbləğində cərimə, həmçinin iddia qaldırılması üçün ödənilmiş 108 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələri barədə məhkəməyə məlumat verməmişlər. Bununla belə, iddiaçı xx.xx.2023-cü il tarixdə “iddia ərizəsinin baxılmamış saxlanılması haqqında” ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin və törədilən inzibati xətalara görə tətbiq edilən cərimələrin tutulması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılması və məhkəmə xərclərinin Cavabdeh tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin mülki işin baxılmamış saxlanmasına dair etirazı və ya işin mahiyyəti üzrə həll olunmasına dair xahişi məhkəməyə daxil olmamışdır. Məhkəmə, iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanması barəsində ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin və törədilən inzibati xətalara görə tətbiq edilən cərimələrin tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-6070/2022 saylı qərardadı ilə məhkəmənin təşəbbüsü ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli 9/8946 saylı Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 108 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəməəmtəəşünaslıq ekspertizası məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən, tələb cavabdeh tərəfindən vurulmuş zərərin aradan qaldırılması barədə olmaqla ərizənin baxılmamış saxlanması səbəbi bilavasitə cavabdeh tərəfdən iddia tələbi üzrə ödəniş edilməsi olduğundan, ekspertiza tədqiqatına görə ödənilməli olan 100 manat məbləğ cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 117, 259, 260, 264-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin və törədilən inzibati xətalara görə tətbiq edilən cərimələrin tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş 108 (yüz səkkiz) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-219/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-219/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver