Məhkəmə qərarları › İş №e-2(011)-2214/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2214/2023

14.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2214/2023 14.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi X5 və vəkil X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 və İddiaçı1 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin iddiası, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı2 və İddiaçı1 qarşı maddi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 və İddiaçı1 Cavabdeh tərəfindən Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********197 saylı sayğac üzrə istifadədə olan **********00000 abonent kodu olan qaz sayğacına guya vizual müdaxilə olması nəticəsində dəymiş ziyanla bağlı Cavabdeh tərəfindən tərtib edilmiş qazdan istifadə qaydlarının pozulmasına dair xx.xx.2022-ci il tarixli Aktın qanunsuz və əsassız olduğu üçün etibarsız hesab edilməsi və tərtib akta əsasən hesablanmış 10 782 (on min yeddi yüz səksən iki) manat cərimə borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsi ev 9 iddiaçının mülkiyyətidədir. Hal hazırda həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin fərdi yaşayış evində qeydiyyata alınmış **********00000 abonent koduna əsasən qaz sayğacı mənzilin əvvəlki mülkiyyətçisi olmuş İddiaçı1 adına quraşdırılmışdır. Həmin qaz sayğacı yenisi ilə əvəz edilərək balans plastik kart olan smart kart ilə yüklənilir. İddiaçı2 evdə olmayarkən xx.xx.2023-cü il tarixdə Azəriqazın əməkdaşları ondan xəbərsiz sayğacı yeni sayğac ilə əvəzləmişlər və evə qazın verilməsini dayandırmışlar. İddiaçı2 evə qazın verilməsinin dayandırılmasından xəbərdar olduqdan sonra bu barədə Cavabdeh-a müraciət etmişdir. Oradan bildirilmişdir ki, Azəriqazın Baş Ofisinə getməlidir. Səbəbini isə şifahi şəkildə cavablandıraraq məlumat vermişlər ki, işlətdiyi qaz sərfiyyatı azdır və bu da onlarda şübhələr yaradıb. Ona görə Cavabdeh İB-nin işçilərinin özləri guya sayğaca baxış keçirərəkən sayğacın oxunmasında şübhələr mövcud olmuşdur. İddiaçı2 Cavabdeh İB-nin əməkdaşlarına bildirmişdir ki, sayğac evdən kənarda olduğu üçün həmin sayğaca müdaxilənin edilib edilməməsinə görə cavabdehlik daşımır. Cavabdeh İB tərəfindən rəsmi qaydada İddiaçı2 heç bir xəbərdarlıq və bildiriş gəlmədən mülkiyyətində olan Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü ildən **********00000 abonent kodu olan qaz sayğacına qazın verilməsi qanunsuz dayandırılmışdır. İddiaçı2 bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Hal hazırda qış ayı olduğu və fərdi yaşayış evin isidilməsi kombi sistemi ilə tənzilmləndiyi üçün fərdi yaşayış evinə qazın verilməsinin dayandırılması üzündən evində yaşaya bilmir. İddiaçı2 Cavabdeh İB-nin Babək filialında yerləşən Departamentinə gedib müraciət edəndən sonra məlum olmuşdur ki, Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********197 saylı sayğac üzrə istifadədə olan **********00000 abonent kodu olan qaz sayğacına guya vizual müdaxilə olmuş, bunun da nəticəsində dəymiş ziyanla bağlı xx.xx.2022-ci il tarixdə Akt tərtib edilərək 10 782 manat cərimə yazıldığı bildirilmişdir. Lakin cərimə barədə yazılmış akt iddiaçı tərəfə rəsmi qaydada bu günə kimi təqdim edilməmişdir. Digər tərəfdən sayğaca ümumiyyətlə kənar müdaxilə olmamış və bu baxımdan qeyd edilən akt əsassız olaraq tərtib edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 təbii qazdan qeyri qanuni istifadəyə görə Cavabdehnə vurduğu 10782.72 maddi ziyan məbləğinin və 124 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq Cavabdeh İB-nln ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NÄBZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN AZ72İBAZ******************** bank hesabına ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “Qazpaylayıcı-istehlakçı" müqaviləsi əsasında İddiaçı2 məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsində yerləşən 9 saylı mənzili təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 10782 borcu yaranmışdır. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Əməkdaşlar tərəfindən xx.xx.2022-ci ildə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) yuxanda göstərilən mənzildə quraşdırılmış G-6 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın özündə vizual müdaxilə aşkar edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində qaz sayğacının göstəricisi 42.443m3 təşkil edirdi. xx.xx.2023-ci il tarixindən isə sayğacın göstəricisi 40847m3 təşkil edirdi yəni 1596 m3 fərqlə sayğac istehlakçı tərəfindən geriyə işlədilmişdir. Faktla bağlı əməkdaşları yerində foto şəkil çəkmiş, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, akta əsasən qaz sayğacın müayinə edilməsi üçün laboratoriyaya dövlət yoxlanmasına göndərilmiş və yoxlamanın nəticəsi olaraq sayğaca müdaxilə haqqında MSK-14-2- 2-3-5-271 saylı rəy verilmişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün hesabat aparılmışdır. Qaz sayğacı laboratoriyaya göndərilməsi üçün çıxarıldıqda hər iki tərəfin iştirakı ilə ******* saylı akt tərtib edilmiş, aktda qaz sayğacında aşkar edilmiş nöqsan qeyd edilmiş, həmin nöqsan istehlakçıya bildirilmiş və qazpaylayıcının nümayəndələri və istehlakçı tərəfindən imza edilərək təstiq edilmişdir.Bundan əlavə keçmiş mülkiyyətçi Rafiq Vəliyevin külli miqdarda təbii qazın talama faktına görə Baş Mütəşəkil Cinayətkarklıqla Mübarizə İdarəsinə 14-2-2/2-680/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmişdir. O cümlədən 14-2-2/2-880/2023 saylı 22 Fevral 2023 tarixli xatırlatma məktubuda ünvanlanmışdır. Hal-hazırda bu işlə əlaqədar araşdırma aparılır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X5 ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsi ev 9 ünvanında quraşdırılmış qaz sayğacı əvəzlənmişdir. Aktda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində sayğacın göstəricisi 42443 m3 olub foto şəkil əlavə edilir. xx.xx.2023-cü il tarixdə göstəricisi 40847 m3 olmaqla 1596 m3 geri olmaqla müdaxilə olunduğu aşkarlandı, sayğacın sol tərəfindən müdaxilə izləri var. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, “sayğaca müdaxilə olunduğu aşkarlandı” qeyd edilmiş akt tərtib edilmişdir. Bundan sonra Cavabdeh İstehsalat Biriliyi tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 10.782 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir (xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”nin surəti). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin Cavabdeh İB-yi tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, ilkin iddia üzrə iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, ilkin iddia üzrə cavabdeh tərəfindən yol verilmiş səhvə görə ilkin iddia üzrə iddiaçı məsuliyyət daşımadığından, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşısında məsuliyyət daşımır. Odur ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının ilkin iddia üzrə iddiaçıdan, qarşılıqlı iddia üzrə cavabdehdən təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də ilkin iddia təmin edilərək, Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********197 saylı sayğac üzrə istifadədə olan **********00000 abonent kodu olan qaz sayğacına dəymiş ziyanla bağlı Cavabdeh tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2022-ci il tarixli Akt etibarsız hesab edilməli və qaz sərfinə görə istehlakçıya hesablanmış 10.782 manat məbləğində borc silinməlidir, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 təbii qazdan qeyri qanuni istifadəyə görə Cavabdehnə vurduğu 10782.72 (on min yeddi yüz səksən iki manat yetmiş iki qəpik) maddi ziyan məbləğinin və 124 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq Cavabdeh İB-nln ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NÄBZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN AZ72İBAZ******************** bank hesabına ödənilməsi tələbi barədə qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia əsaslıdır. Buna görə də ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********197 saylı sayğac üzrə istifadədə olan **********00000 abonent kodu olan qaz sayğacına dəymiş ziyanla bağlı Cavabdeh tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2022-ci il tarixli Akt etibarsız hesab edilsin. Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı2 və İddiaçı1 (abonent kodu: **********00000) hesablanmış 10 782 (on min yeddi yüz səksən iki) manat məbləğində borc silinsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı2 qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə Cavabdehnə vurduğu 10782,72 (on min yeddi yüz səksən iki manat, yetmiş iki qəpik) maddi ziyan məbləğinin və 124 manat ödənilmiş dövlət rüsumunun İddiaçı2 məcburi qaydada tutularaq Cavabdeh Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Cavabdeh İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qarşlıqlı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar