Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-225/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə o, X2 İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, ümumi sahəsi 376.7 kv.m olan fərdi yaşayış evini AN-1 № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin evə xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. Lakin göstərilənlərə baxmayaraq Cavabdeh ilə qazın təchiz edilməsi barədə müqavilə dəyişdirilməmiş (Abonent kodu: **********01710) və hazırda evin keçmiş sahibi X3 adınadır. Ancaq həmin evdən 2020-ci ilin dekabr ayından faktiki olaraq özü və ailə üzvləri istifadə edirlər. Cavabdeh tərəfindən tərtib olunan **********01710 nömrəli abonent kodunun saldosunda 2022-ci ilin yanvar ayının sonuna 16418.25 manat borc göstərilmişdir. O, hesab edir ki, həmin borc əsassız olaraq qeyd edilmişdir. Belə ki, qeyd edilən abonentin saldosunun “sərfin məbləği” qrafasından görünür ki, 2020-ci ilin dekabr ayında 1148.90 manat, 2021-ci ilin yanvar ayında 402.80 manat, fevral ayında 687.40 manat, mart ayında 773.20 manat, aprel ayında 187.20 manat, may ayında 196.40 manat, iyun ayında 75.80 manat, iyul ayında 126.50 manat, avqust ayında 130.75 manat, sentyabr ayında 39.50 manat, ümumi 3768.45 manat dəyərində qaz istifadə edilmişdir. Yəni 10 ay ərzində (o cümlədən 3 qış ayı - 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar, fevral) qeyd edilən evdə 3768.45 manatlıq qaz istifadə edilmiş və 2021-ci ilin oktyabr ayının əvvəlinə Cavabdeh qarşısında borc cəmi 39.50 manat təşkil etmişdir. Lakin sonradan 2021-ci ilin oktyabr ayında 1240.25 manat, noyabr ayında 4799.50 manat, dekabr ayında 6328.75 manat, 2022-ci ilin yanvar ayında 1618.08 manat və yeni tarifə keçidlə 1531.90 manat dəyərində qazın istifadə edildiyi göstərilmişdir. Həmçinin akt tərtib edilərək 960.25 manat cərimə borcu hesablanmışdır. Ümumi olaraq saldoda 2022-ci ilin yanvar ayının sonuna 16418.25 manat borc göstərilmişdir. Hədsiz çox şişirdilmiş bir rəqəm. Qeyd edilən borcun necə hesablanması, hansı əsasla yaranması və göstərilməsi məlum deyil. Saldodan görünür ki, 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar, fevral aylarında orta hesabla təxminən 746 manat dəyərində qaz istifadə edilmişdir. Ancaq 2021ci ilin noyabr, dekabr və 2022-ci ilin yanvar aylarında orta hesabla təxminən 4122 manat dəyərində qaz istifadə edilmişdir. Abonentin saldosuna baxarkən məlum olur ki, qeyd edilən vaxtlarda cihazlarda eyni olmuşdur. Belə çıxır ki, həmin evdə eyni cihazlarla, eyni mövsümdə az qala 6 dəfə çox qaz istifadə edilmişdir. Bundan başqa saldodan görünür ki, akt əsasında 960.25 manat cərimə yazılmışdır. Bu aktdan məlumatları yoxdur, akt onlara təqdim edilməmiş, hansı əsasla cərimə tətbiq edilməsi məlum deyildir. Bu səbəbdən, o, hesab edir ki, cavabdeh tərəfindən abonentin saldosunda əsassız olaraq borc kimi göstərilmiş 14000 manat, həmçinin akt tərtib edilərək yazılmış 960.25 manat cərimə borcu silinməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən ona məxsus İsmayıllı rayonu Zeyvə kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********01710) qazdan istifadəyə görə əsassız olaraq hesablanmış 14000 manat və tərtib olunmuş akt üzrə hesablanmış 960 manat 25 qəpik, ümumi 14960 manat 25 qəpik məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçının nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək, ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, mülahizəsinin çıxış kimi qəbul edilməsini və işlə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, X1 (keçmiş mülkiyyətçi) 2022-ci il yanvar ayı üçün 16418.25 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, X1 istifadəsində olan İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, ümumi sahəsi 376.7 kv.m olan fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və 09 fevral 2022-ci il tarixli rəyə əsasən “sayğacda minimal sərfiyyatda xəta normaya uyğun deyil və təbii qaz itkisi yaranmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 30 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 ilə İddiaçı arasında İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən evə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2036 nömrəli, 02 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İsmayıllı rayonu, Zeyvə kəndində İddiaçı məxsus fərdi yaşayış evinə ekspertin və tərəflərin iştirakı ilə baxış keçirilən zaman təbii qazın verilişi Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğacsız olaraq birbaşa qoşulmaqla təmin edildiyinə görə, eksperiment aparılaraq fərdi yaşayış evində və həyətyanı sahədə yerləşən qazanxanada quraşdırılmış qaz cihazlarını işə qoşub konkret olaraq onların saatlıq təbii qazın sərfiyyatını müəyyən etmək mümkün olmadı. Fərdi yaşayış evinin qazanxanasında quraşdırılmış qazan tipli su qızdırıcısının üzərində olan texniki göstəriciləri tablosunda qazanın gücünün 232 KW olduğunu nəzərə aldıqda, 232 KW-ı m3/saata çevirdikdə, 232 KW=21.991 m3/saat alınır. Bununla da, nəzəri olaraq hesabladıqda qazan tipli su qızdırıcısı işlədikdə yuvarlaq olaraq 22 m3 təbii qazın sərf etdiyi müəyyən edilir. Qazan tipli su qızdırıcısının saatlıq qaz sərfi 22 m3/saat olduğunu və 02 ədəd PQ-2 tipli qaz plitəsinin, onlardan hər birinin saatlıq qaz sərfinin 0.4 m3/saat olduğunu nəzərə aldıqda, İsmayıllı rayonu, Zeyvə kəndində İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən qazanxanada quraşdırılmış qazan tipli su qızdırıcısının və fərdi yaşayış evində quraşdırılmış 02 ədəd PQ-2 tipli qaz plitəsinin işlək vəziyyətində həmin fərdi yaşayış evində saatlıq təbii qazın sərfiyyatı 0.4x2+22=22.8 m3/saat təşkil edir. Tərəflərin iştirakı ilə fərdi yaşayış evinə baxış keçirilən zaman qərardadda göstərilən 01 ədəd “AQV-80” markalı su qızdırıcısı aşkar edilmədiyinə və vəsatətdə istənilən qaz cihazlarının texniki pasportları təqdim edilmədiyinə görə, həmin qaz cihazının saatlıq qaz sərfiyyatının hesablanması ilə bağlı tədqiqatın aparılması mümkün olmadı. Fərdi yaşayış evində istifadə edilmiş “AQV-80” markalı su qızdırıcısının saatlıq qaz sərfiyyatının müəyyən edilməsi üçün onun texniki pasportu təqdim edildikdən və fərdi yaşayış evində quraşdırılmış 02 ədəd PQ-2 tipli qaz plitəsinin, “AQV-80” markalı su qızdırıcısının, eləcə də həyətyanı sahədə yerləşən qazanxanada quraşdırılmış qazan tipli su qızdırıcısının gündəlik istifadə rejimini müəyyən edildikdən sonra, konkret olaraq qərardadda göstərilən aylarda fərdi yaşayış evində istifadə edilmiş təbii qazın sərfiyyatı müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2022-ci il tarixli, ******* saylı aktın surətində “sayğacda minimal sərfiyyatda xəta normaya uyğun deyil və təbii qaz itkisi yaranmışdır” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 2074.59 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 310/2036 nömrəli, 02 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İsmayıllı rayonu, Zeyvə kəndində İddiaçı məxsus fərdi yaşayış evinə ekspertin və tərəflərin iştirakı ilə baxış keçirilən zaman təbii qazın verilişi Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğacsız olaraq birbaşa qoşulmaqla təmin edildiyinə görə, eksperiment aparılaraq fərdi yaşayış evində və həyətyanı sahədə yerləşən qazanxanada quraşdırılmış qaz cihazlarını işə qoşub konkret olaraq onların saatlıq təbii qazın sərfiyyatını müəyyən etmək mümkün olmadı. Fərdi yaşayış evinin qazanxanasında quraşdırılmış qazan tipli su qızdırıcısının üzərində olan texniki göstəriciləri tablosunda qazanın gücünün 232 KW olduğunu nəzərə aldıqda, 232 KW-ı m3/saata çevirdikdə, 232 KW=21.991 m3/saat alınır. Bununla da, nəzəri olaraq hesabladıqda qazan tipli su qızdırıcısı işlədikdə yuvarlaq olaraq 22 m3 təbii qazın sərf etdiyi müəyyən edilir. Qazan tipli su qızdırıcısının saatlıq qaz sərfi 22 m3/saat olduğunu və 02 ədəd PQ-2 tipli qaz plitəsinin, onlardan hər birinin saatlıq qaz sərfinin 0.4 m3/saat olduğunu nəzərə aldıqda, İsmayıllı rayonu, Zeyvə kəndində İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən qazanxanada quraşdırılmış qazan tipli su qızdırıcısının və fərdi yaşayış evində quraşdırılmış 02 ədəd PQ-2 tipli qaz plitəsinin işlək vəziyyətində həmin fərdi yaşayış evində saatlıq təbii qazın sərfiyyatı 0.4x2+22=22.8 m3/saat təşkil edir. Tərəflərin iştirakı ilə fərdi yaşayış evinə baxış keçirilən zaman qərardadda göstərilən 01 ədəd “AQV-80” markalı su qızdırıcısı aşkar edilmədiyinə və vəsatətdə istənilən qaz cihazlarının texniki pasportları təqdim edilmədiyinə görə, həmin qaz cihazının saatlıq qaz sərfiyyatının hesablanması ilə bağlı tədqiqatın aparılması mümkün olmadı. Fərdi yaşayış evində istifadə edilmiş “AQV-80” markalı su qızdırıcısının saatlıq qaz sərfiyyatının müəyyən edilməsi üçün onun texniki pasportu təqdim edildikdən və fərdi yaşayış evində quraşdırılmış 02 ədəd PQ-2 tipli qaz plitəsinin, “AQV-80” markalı su qızdırıcısının, eləcə də həyətyanı sahədə yerləşən qazanxanada quraşdırılmış qazan tipli su qızdırıcısının gündəlik istifadə rejimini müəyyən edildikdən sonra, konkret olaraq qərardadda göstərilən aylarda fərdi yaşayış evində istifadə edilmiş təbii qazın sərfiyyatı müəyyən edilə bilər. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, ümumi sahəsi 376.7 kv.m olan fərdi yaşayış evinə (Abonent kodu: **********01710) ünvanına dair hesablanmış 14960,25 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, ümumi sahəsi 376.7 kv.m olan fərdi yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********01710 olan) hesablanmış 14960,25 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-225/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-225/2023
05.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver