Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2299/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X1, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi üçün müddətin uzadılması, vəsiyyət üzrə vərəsəlik, qanun üzrə vərəsəlik hüququnun tanınması və mirasın qəbulu faktının, qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi” tələbi barədə işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X3 cavabdehlər X1, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi üçün müddətin uzadılması, vəsiyyət üzrə vərəsəlik, qanun üzrə vərəsəlik hüququnun tanınması və mirasın qəbulu faktının, qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə hazırlıq iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud idda ərizəsi əsasında mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X1, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi üçün müddətin uzadılması, vəsiyyət üzrə vərəsəlik, qanun üzrə vərəsəlik hüququnun tanınması və mirasın qəbulu faktının, qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2299/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2299/2023
10.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver