Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-24/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi - Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh2 və 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vəfatından sonra miras qalmış əmlak ünvan 1 ünvanında yerləşən 15 saylı evin birgə mülkiyyətləri olaraq müəyyən edilməsi və 2/3 hissədə payı müəyyən olunmaqla həmin miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 iyul 2016-cı il tarixdə 5 saylı Bakı «ASAN Xidmət» Mərkəzində qeydiyyat şöbəsində X11 ilə rəsmi nikaha daxil olmuşdur. X3 20 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Əri X1 qardaşı X12 ilə mülki mübahisəsi olmuş, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) Rayon Məhkəməsinin 30 avqust 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər X7, X8, X9 qarşı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsi, 15 saylı evdən istifadə qaydasının müəyyən edilməsinə dair iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı X6 cavabdeh X10, X7, X8 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və müəyyən olunmuş istifadə qaydasına uyğun olaraq paylara bölünməsi qarşılıqlı iddia tələbi təmin edilmiş, X12 və X11 tərəfindən ünvan 2 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməklə, onlar arasında müəyyən edilmiş istifadə qaydasına uyğun olaraq miras əmlakda hərəsinin ½ hissədə payları müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 20 dekabr 2006-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2007-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra X3 və onun qardaşı X6 adına ünvan 1, 15 saylıevə dair hər birinə ½ hissəsinə çıxarış verilmişdir. Bundan başqa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsi ilə X2 cavabdeh X9 qarşı paylı mülkiyyətdə olan evin natura qaydasına dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsində yerləşən 15 saylı ev naturada bölünərək sahəsi 48,2 kv.m. olan 3 yaşayış otağı, sahəsi 54,2 kv.m. olan köməkçi sahə, sahəsi 47,2 kv.m. olan meydança, sahəsi 28,5 kv.m. olan talvardan ibarət «A» tikilisi, torpaq sahəsində yerləşən 15,0 kv.m. olan hamamayaqyolu, sahəsi 29,0 kv.m. olan hovuz, sahəsi 2,6 kv.m. olan ayaqyolu – «V» tikilisi X4 istifadəsinə, «B» tikilisi yararsız yaşayış evi, «C» tikilisi yaşayış evi və «E» tikilisi X6 istifadəsinə verilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılmış: Qətnamənin 2-ci səhifəsinin 10-cu abzasından «istifadəsinə» sözləri çıxarılaraq müvafiq olaraq «mülkiyyətinə» sözləri ilə əvəz olunması və qətnamənin həmin hissəsinin aşağıdakı kimi oxunması: Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsində yerləşən 15 saylı ev naturada bölünərək sahəsi 48,2 kv.m. olan 3 yaşayış otağı, sahəsi 54,2 kv.m. olan köməkçisahə, sahəsi 47,2 kv.m. olan meydança, sahəsi 28,5 kv.m. olan talvardan ibarət «A» tikilisi, torpaq sahəsində yerləşən 15,0 kv.m. olan hamam-ayaqyolu, sahəsi 29,0 kv.m. olan hovuz, sahəsi 2,6 kv.m. olan ayaqyolu – «V» tikilisi iddiaçının mülkiyyətinə, «B» tikilisi yararsız yaşayış evi, «C» tikilisi yaşayış evi və «E» tikilisinin cavabdehin mülkiyyətinə verilməsi; Qətnamənin «qət etdi» hissəsinin 2-ci abzasından «istifadəsinə» sözləri çıxarılaraq müvafiq olaraq «mülkiyyətinə» sözləri ilə əvəz olunması və qətnamənin həmin hissəsi aşağıdakı kimi oxunması: Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsində yerləşən 15 saylı ev naturada bölünərək sahəsi 48,2 kv.m. olan 3 yaşayış otağı, sahəsi 54,2 kv.m. olan köməkçisahə, sahəsi 47,2 kv.m. olan meydança, sahəsi 28,5 kv.m. olan talvardan ibarət «A» tikilisi, torpaq sahəsində yerləşən 15,0 kv.m. olan hamamayaqyolu, sahəsi 29,0 kv.m. olan hovuz, sahəsi 2,6 kv.m. olan ayaqyolu – «V» tikilisi X4 mülkiyyətinə, «B» tikilisi yararsız yaşayış evi, «C» tikilisi yaşayış evi və «E» tikilisi X6 mülkiyyətinə verilməsi; Qətnamənin «qət etdi» hissəsinin 2-ci abzasından sonra aşağıdakı abzasın əlavə olunması: Bu qətnamə ünvan 1ndə yerləşən 15 Salı evə dair X4 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatının aparılması üçün əsas olması qərara alınmışdır. Bundan sonra 27 oktyabr 2020-ci il tarixdə qeyd etdiyi evə dair X2 adına çıxarış verilmişdir. X14 ilə nikahda olduğu müddət ərzində miras qalmış ünvan 1ndə yerləşən 15 saylı evin üzərində artırma, yenidənqurma, təmir işləri aparmaq, həmin evin yerləşdiyi torpaq ərazisində əlavə tikililəri inşa etmək üçün iddiaçı tərəfindən xeyli miqdarda pul vəsaiti qoyulmuşdur. Bundan əlavə həmin evin yerləşdiyi torpaq ərazisinin üzərində abadlıq işləri aparmaq üçün də xeyli miqdarda pul vəsaiti qoyulmuşdur. X3 vəfat etdikdən sonra miras əmlakın qəbul olunması, vərəsəlik işinin açılması, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat ofisinə müraciət etmişdir. Bundan sonra miras qalmış əmlaka payının 2/3 hissəsində müəyyən olunması üçün notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin, notarius miras payının 2/3 hissəsində müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməyə tövsiyə etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hesab edim ki, qeyd etdiyini nəzərə alınmaqla əri Vahid Əliyevin vəfatından sonra miras qalmış əmlak birgə mülkiyyət sayıla bilər və həmin əmlakda payı 2/3 hissəsində müəyyən edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi - Cavabdeh2 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Əzizbəyov Rayon Məhkəməsinin 30 avqust 2006-cı il tarixli 2-409/2006-cı il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər X7, X8, X9 qarşı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsi, 15 saylı evdən istifadə qaydasının müəyyən edilməsinə dair iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı X6 cavabdeh X10, X7, X8 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və müəyyən olunmuş istifadə qaydasına uyğun olaraq paylara bölünməsi qarşılıqlı iddia tələbi təmin edilmiş, X12 və X11 tərəfindən ünvan 2 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməklə, onlar arasında müəyyən edilmiş istifadə qaydasına uyğun olaraq miras əmlakda hərəsinin ½ hissədə payları müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 20 dekabr 2006-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2007-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsi ilə X2 cavabdeh X9 qarşı paylı mülkiyyətdə olan evin natura qaydasına dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsində yerləşən 15 saylı ev naturada bölünərək sahəsi 48,2 kv.m. olan 3 yaşayış otağı, sahəsi 54,2 kv.m. olan köməkçi sahə, sahəsi 47,2 kv.m. olan meydança, sahəsi 28,5 kv.m. olan talvardan ibarət «A» tikilisi, torpaq sahəsində yerləşən 15,0 kv.m. olan hamam-ayaqyolu, sahəsi 29,0 kv.m. olan hovuz, sahəsi 2,6 kv.m. olan ayaqyolu – «V» tikilisi X4 istifadəsinə, «B» tikilisi yararsız yaşayış evi, «C» tikilisi yaşayış evi və «E» tikilisi X6 istifadəsinə verilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılmış: Qətnamənin 2-ci səhifəsinin 10-cu abzasından «istifadəsinə» sözləri çıxarılaraq müvafiq olaraq «mülkiyyətinə» sözləri ilə əvəz olunması və qətnamənin həmin hissəsinin aşağıdakı kimi oxunması: Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsində yerləşən 15 saylı ev naturada bölünərək sahəsi 48,2 kv.m. olan 3 yaşayış otağı, sahəsi 54,2 kv.m. olan köməkçisahə, sahəsi 47,2 kv.m. olan meydança, sahəsi 28,5 kv.m. olan talvardan ibarət «A» tikilisi, torpaq sahəsində yerləşən 15,0 kv.m. olan hamam-ayaqyolu, sahəsi 29,0 kv.m. olan hovuz, sahəsi 2,6 kv.m. olan ayaqyolu – «V» tikilisi iddiaçının mülkiyyətinə, «B» tikilisi yararsız yaşayış evi, «C» tikilisi yaşayış evi və «E» tikilisinin cavabdehin mülkiyyətinə verilməsi; Qətnamənin «qət etdi» hissəsinin 2-ci abzasından «istifadəsinə» sözləri çıxarılaraq müvafiq olaraq «mülkiyyətinə» sözləri ilə əvəz olunması və qətnamənin həmin hissəsi aşağıdakı kimi oxunması: Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsində yerləşən 15 saylı ev naturada bölünərək sahəsi 48,2 kv.m. olan 3 yaşayış otağı, sahəsi 54,2 kv.m. olan köməkçisahə, sahəsi 47,2 kv.m. olan meydança, sahəsi 28,5 kv.m. olan talvardan ibarət «A» tikilisi, torpaq sahəsində yerləşən 15,0 kv.m. olan hamam-ayaqyolu, sahəsi 29,0 kv.m. olan hovuz, sahəsi 2,6 kv.m. olan ayaqyolu – «V» tikilisi X4 mülkiyyətinə, «B» tikilisi yararsız yaşayış evi, «C» tikilisi yaşayış evi və «E» tikilisi X6 mülkiyyətinə verilməsi; Qətnamənin «qət etdi» hissəsinin 2-ci abzasından sonra aşağıdakı abzasın əlavə olunması: Bu qətnamə ünvan 1ndə yerləşən 15 Salı evə dair X4 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatının aparılması üçün əsas olması qərara alınmışdır. İş materiallarında olan RX resiyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 15 saylı evə dair X6 xx.xx.2007-ci ildə ½ hissədə, X4 xx.xx.2014-cü ildə ½ hissədə payı müəyyən edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və İddiaçı 22 iyul 2006cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 20 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə miras əmlaka dair payının müəyyən edilməsi ilə bağlı müraciət etmiş, notariat ofisi tərəfindən imtina məktubu verilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçının vəkilinin müraciəti əsasında iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 15 saylı evin mülki iş materialının 57-ci səhifəsində qeyd olunmuş xx.xx.1992-ci il tarixli plan-sxemlə faktiki vəziyyət arasında müqayisəli tədqiqat aparılan zaman, sahəsi 29 kv.m olan hovuz, sahəsi 2,6 kv.m olan ayaqyolu-"V" tikilisinin plan-sxemlə eynilik təşkil etdiyi, A literli fərdi yaşayış evində isə əlavə tikinti və təmir işlərinin aparıldığı, belə ki, Texniki pasportda göstərilən və sahəsi 28,5 kv.m olan talvar tikilisində tikinti işləri aparılaraq əlavə dəhliz tikilisinin inşa edildiyi, 5 saylı tikilinin daxilində arakəsmə divarı inşa edilərək iki hissəyə bölündüyü, 5 saylı tikilidən 4 saylı tikiliyə keçid üçün nəzərdə tutulmuş qapı boşluğunun bağlandığı, 4 saylı tikilinin qarşısında əlavə tikinti işləri aparılaraq faktiki olaraq qeyri-yaşayış sahəsi (çayxana) kimi istifadə edildiyi, sahəsi 28,5 kv.m olan talvar tikilisindən 1 saylı tikiliyə keçid üçün nəzərdə tutulmuş qapının ləğv edilərək faktiki olaraq 1 saylı tikilinin ərzaq mağazası kimi istifadə edildiyi, Texniki pasportda 3 saylı tikili kimi göstərilən hamam tikilisinin faktiki olaraq anbar tikilisi kimi istifadə edildiyi, Texniki pasportda göstərilən hamam və ayaqyolu tikililərinə bitişik vəziyyətdə əlavə tikili inşa edildiyi, sahəsi 47,2 kv.m olan meydança tikilisinin kənarlar mişar daşından hörülərək əlavə mətbəx, ayaqyolu və əl damı tikililərinin inşa edildiyi və təmir olunduğu müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 15 saylı evin A və V tikilisində aparılmış təmir-tikinti və yaxşılaşdırma işlərinin təxminən hansı dövrləri əhatə etməsinin müəyyən edilməsinə dair metodika olmadığından bu sualın cavablandırılması mümkün olmamışdır. Aparılan hesablamalar nəticəsində, ünvan 1 ünvanında yerləşən 15 saylı evin A literli fərdi yaşayış evində yerinə yetirilmiş tikinti-təmir və yaxşılaşdırma işlərinin ümumi dəyəri təqribən 8136,0 manat məbləğində müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 15 saylı evin A və V tikilisində aparılmış təmirtikinti və yaxşılaşdırma işlərinin X7 məxsus olmuş əmlakın ümumi dəyərinin hansı hissəsini təşkil etməsi, sözügedən tikililərin inşasına dair layihə-smeta sənədləri təqdim edildikdən sonra müəyyən oluna bilər. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis cəlb edilmiş, "xxxx" MMC tərəfindən təqdim edilmiş 04 iyun 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1ndə yerləşən 15 saylı evin yaxşılaşdırmadan əvvəlki bazar dəyəri 50.000 manat, sonrakı bazar dəyəri isə 70.000 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 19-cu maddəsinə görə, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 225.4-cü maddəsinə görə ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, miras qalmış əmlak X4 iddiaçı ilə birgə nikaha daxil olduğu vaxtdan əvvəl əldə edilmişdir. Nikaha daxil olduqdan sonra iddiaçı və X4 birgə nikah dövrünü əhatə edən zamanda X7 məxsus əmlakın yaxşılaşdırılması (təmiri) həyata keçirilmişdir. İşin mübahisə edilən halı ondan ibarətdir ki, iddiaçı əmlak üzərində aparılmış yaxşılaşdırmanın onun şəxsi vəsaiti hesabına həyata keçirilməsini əsas gətirərək miras əmlak bölünərkən bu halın nəzərə alınaraq payının digər vərəsələrə nisbətdə daha artıq müəyyən edilməsi təşkil etmişdir. Məhkəmə araşdırması zamanı miras qalmış əmlakın təmirinin həqiqətən də iddiaçı ilə X4 birgə nikah dövrünə təsadüf etməsi halı müəyyən edilmiş, əmlakın təmirdən sonrakı qiyməti müəyyən edilmişdir. İddia tələbində iddiaçı əmlakın öz hesabına yaxşılaşdırılmasını və əmlakın dəyərinin həmin yaxşılaşdırma hesabına artmasını qeyd etsə də, buna dəlalət edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, əksi sübuta yetirilmədiyindən məhkəmə birgə nikah dövründə aparılan yaxşılaşdırmanı birgə vəsait hesabına həyata keçirildiyinə istinad edərək hazırkı mübahisəyə birgə nikah dövründə əldə edilmiş əmlak (yaxşılaşdırma-təmirin aparılması vəsaitinə münasibətdə) rejiminə dair prezumpsiyanı tətbiq etməyi ağlabatan sayır. Belə olan halda iddiaçının iddiası əsassız hesab edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə həvalə edilməsi hissəsinə qiymət verərək hesab edir ki, nə qədər ki, ilkin tələb rədd edilmişdir, hazırkı hissə həmin tələbdən törəmə olduğundan, bu hissədə də iddia təmin edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Keçirilmiş ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir. Həmçinin mütəxəssis rəyinin təqdim edilməsi üçün 400 manat xərc müəyyən edilmiş və həmin vəsait iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu və 400 manat xərc iddiaçının özünə aid edilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 50 manat iddiaçıdan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı - X2 vəfatından sonra miras qalmış əmlak ünvan 1 ünvanında yerləşən 15 saylı evin birgə mülkiyyətləri olaraq müəyyən edilməsi və 2/3 hissədə payı müəyyən olunmaqla həmin miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 400 (dörd yüz) manat vəsait onun özünə aid edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 50 (əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-24/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-24/2025
05.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver