Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2407/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İlkin iddia tələbi üzrə İddiaçı Məmmədiyə qızının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələbinə dair ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı Məmmədiyə qızına qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Məmmədiyə qızı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 115B ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 115B ünvanında yerləşən qeyri-yaşayış sahəsi arasında ara məsafəsinin qoyulması, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 115B ünvanında tikilmiş qanunsuz tikililərin sökülməsi, qanunsuz qazılmış katlavanların bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı Məmmədiyə qızına qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən və İddiaçı Məmmədiyə qızı tərəfindən Cavabdeh məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, tərəflər məhkəmənin baxış iclasının yeri və vaxtı haqqında prosessual qanunvericiliklə nəzərdə tutulduğu kimi lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmişlər. Lakin tərəflərin nümayəndələri elektron ərizə ilə məhkəməyə müraciət edərək, ilkin və qarşılıqlı iddia tələbindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, tərəf iddia tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İlkin iddia tələbi üzrə İddiaçı Məmmədiyə qızının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələbinə dair ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı Məmmədiyə qızına qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2407/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2407/2024
25.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver