Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2502/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-si Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, sedan tipli, KMHEU41AP8A510959 şassi nömrəli, ağ rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün X1 ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 2427 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 4800 manat, 36 ay müddətinə, hər ay üzrə 724 manat ödəniş etməklə, 27559.06 manata satılmışdır. X2 “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılış, sedan tipli, KMHEU41AP8A510959 şassi nömrəli, ağ rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2427 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 4800 manat, 8 ay müddətinə hər ay 724 manat və 1 ay üçün 476 manat, cəmi 11068 manat ödəniş etmiş və 24 may 2020-ci il tarixdən sonra "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdən ödənişlərin olmaması səbəbindən tərəflərindən X1 dəvət olunaraq “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, sedan tipli, KMHEU41AP8A510959 şassi nömrəli, ağ rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün onunla "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, 3027 saylı yeni nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 27 ay müddətinə, hər ay üzrə 836 (səkkiz yüz otuz altı) manat ödəniş etməklə, 22561,18 (iyirmi iki min beş yüz altmış bir manat on səkkiz qəpik) manata satılmışdır (cavabdehin ərizəsinə əsasən köhnə müqavilə üzrə yaranmış cərimələr də hesablanaraq). Cabir Hüseynov tərəfindən yeni müqavilə üzrə də 1 ay 836 (səkkiz yüz otuz altı) manat və 1 ay 188 (yüz səksən səkkiz) manat cəmi 1024 (min iyirmi dörd) manat ödəniş edilmiş, daha sonra xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş edilməmiş və 21537,18 (iyirmi bir min beş yüz otuz yeddi manat on səkkiz qəpik) manat məbləğində əsas borc qalmışdır. Qalan borcun ödənilməsi barədə dəfələrlə Cabir Hüseynova xəbərdarlıq etməyimizə baxmayaraq heç bir ödəniş edilməmişdir. Bu səbəbdən avtomobil xx.xx.2021-ci il tarixdə tərəflərindən AR DİN BDYPİ-nə müraciət edilərək axtarışa verilmiş, xx.xx.2021-ci il tarixdə BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilmiş və tərəflərindən təhvil alınmışdır. Bundan sonra Cabir Hüseynovun anası Cavabdeh çoxsaylı müraciətləri nəzərə alınaraq “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, sedan tipli, KMHEU41AP8A510959 şassi nömrəli, ağ rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 3605 saylı sayca 3-cü nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 24 ay müddətinə, hər ay üzrə 1034 (min otuz dörd) manat ödəniş etməklə, 25000 (iyirmi beş min) manata satılmışdır (cavabdehin ərizəsinə əsasən köhnə müqavilə üzrə yaranmış cərimələrdən güzəştlər olunaraq hesablanmış). Lakin bu dəfə də Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 25.000 (iyirmi beş min) manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. xx.xx.2021-ci il tarixli, 3605 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 (əlli) manat məbləğində icarə haqqı ödənilməlidir . Belə ki, Cavabdeh “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, sedan tipli, KMHEU41AP8A510959 şassi nömrəli, ağ rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2021-ci il tarixdən iddia verildiyi günədək, 84 gün istifadə edərək təhvil vermədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün 50 (əlli) manat məbləğində icarə (84x50=) haqqı hesablanmaqla 4200 (dörd min iki yüz) manat məbləğində icarə pulu hesablanmışdır. Bu Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1% məbləğində cərimə ödənilməlidir və cavabdeh “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, sedan tipli, KMHEU41AP8A510959 şassi nömrəli, ağ rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2021-ci il tarixdən iddia verildiyi günədək, 84 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 1677,62 (min altı yüz yetmiş yeddi manat altmış iki qəpik) manat məbləğində cərimə pulu hesablanmışdır. xx.xx.2021-ci il tarixli, 3605 saylı Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavadeh Cavabdeh dəfələrlə şifahi və sonda yazılı xəbərdar edilsə də o, kredit borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən avtomobilin tutularaq duracağa yerləşdirilməsi məqsədi ilə tərəfimizdən DİN Bakı şəhəri BPİ DYPİ-nə müraciət edilmişdir. xx.xx.2021-ci il tarixli, 3605 saylı nisyə alqı-satqı Müqaviləsinin 5.1.3-cü bəndinə əsasən Alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 (on beş) gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək, və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. xx.xx.2021-ci il tarixli, 3605 saylı nisyə alqı-satqı Müqaviləsinin 7.2 bəndinə əsasən müqavilə üzrə Alıcının öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqavilə ləğv edildikdə Alıcı Satıcıya qarşı hər hansı bir iddia tələbi ilə dövlət orqanlarına, müvafiq hüquq mühafizə orqanlarına (Polis, Prokurorluq, Məhkəmə və s.) müraciət etmək hüququnu itirir. Həmin müqavilənin 8.1.1 bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. Eyni zamanda müqavilənin 8.1.2 bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri alındıqda və ya qaytarıldıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə Satıcı birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını başqa şəxsə satmaqda haqlıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3605 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi və ya dəymiş zərərin əvəzi kimi 25000 (iyirmi beş min) manat əsas borc pulun, 1677,62 (min altı yüz yetmiş yeddi manat altmış iki qəpik) manat məbləğində cərimə pulunun, 4200 (dörd min iki yüz) manat məbləğində icarə haqqın və dövlət rüsumu qismində ödənilmiş 183,03 (yüz səksən üç manat üç qəpik) manat pulun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3605 saylı müqavilənin ləğv edilməsi, 4200 manat məbləğində icarə haqqın və dövlət rüsumu qismində ödənilmiş 183,03 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 27 iyul 2019-cu il tarixli, 2427 №-li əşyanın nisyə alqısatqısı haqqında müqavilənin surətindən görünür ki, X1 ilə "xxxx" MMC ilə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, sedan tipli, KMHEU41AP8A510959 şassi nömrəli, ağ rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 36 ay müddətinə, hər ay 724 manat olmaqla 27559.06 manata satılmışdır. İş materiallarında olan 27 oktyabr 2021-ci il tarixli, 2737 №-li əşyanın nisyə alqısatqısı haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən “Hyundai Sonata” markalı minik avtomobili 25000 manata satılmışdır. İş materiallarında olan 27 oktyabr 2021-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, “Hyundai Sonata” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh təhvil verilmiş, nəqliyyatın vasitəsinin heç bir nasazlığı olmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İstinad edilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hazırkı iddia tələbinin əsasını tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi və ondan irəli gələn öhdəliklər təşkil etdiyini qeyd edir. Buna əsasən məhkəmə istinad edilən müqavilənin etibarlılığını yoxlamalıdır. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (324, 329-cu maddələr) Hazırkı iddia tələbinin hüquqi əsasını iddiaçının mövqeyinə görə alğı-satqı müqaviləsi təşkil edir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Baxılan mülki iş üzrə tərəflər arasında bağlanmış əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınmaz əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 423.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, hazırkı iş üzrə alğı-satqı müqavilələri notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 ilə "xxxx" MMC ilə bağlanmış 27 iyul 2019-cu il tarixli, 2427 №-li nisyə alqı-satqı müqaviləsi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilmədiyi halda Cavabdeh ilə "xxxx" MMC ilə 27 oktyabr 2021-ci il tarixli, 2737 №-li nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1. maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə alğı-satqı müqavilələri notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilmədiyindən, qanunvericiliyin bununla əlaqədar, həmçinin müqavilənin ləğvi ilə bağlı tələbləri pozulduğundan, iddianın hüquqi əsasını təşkil edən müqavilələr etibarsız əqd kimi qiymətləndirilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə” dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 183.03 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2502/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2502/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver