Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-254/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən ona 06 avqust 2012-ci il tarixdə vəfat etmiş atası X8 miras qalmış əmlaka dair açılmış 824/2012 nömrəli vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin qoyulması, həmçinin 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X13 06 avqust 2012-ci il tarixdə vəfat etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün iddiaçı, oğlu X10, həyat yoldaşı X9 və qızı X6 Bakı şəhəri 40 saylı Notariat Ofisinə müraciət etmiş, notariat ofisi tərəfindən 824/2012 nömrəli vərəsəlik işi açılmışdır.Cavabdeh 14 sentyabr 2022-ci il tarixli Qərarı ilə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir.Həmin qərar 06 avqust 2012-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakın bölüşdürülməsində vərəsələr arasında mübahisə olması ilə əsaslandırılmışdır. Həmin qərar qanunsuzdur və iddiaçının hüquqları pozulmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə verərək məhkəmə baxış iclasını iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasında izahat verərək, iddianın təmin olub-olmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan: 14 sentyabr 2022-ci il tarixli “vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina haqqında” Qərardan görünür ki, qərar 06 avqust 2012-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakın bölüşdürülməsində vərəsələr arasında mübahisə olması ilə əsaslandırılmışdırş ünvan 1 ünvanlamış 22 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, 06 avqust 2012-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakı qızı İddiaçı, oğlu X10, həyat yoldaşı X9 və qızı X6 qəbul etmiş, tərəflərindən vərəsəlik işi açılmış, lakin aralarında olan mübahisələrə görə vərəsəlik şəhadətnaməsi verilməmiş, məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. X1 tərəfindən qızı X2 xx.xx.2012-ci il tarixli, 2V-572 reyestr nömrəli vəsiyyətamə qoyulmuşdur. İş materiallarında olan İİİ-JQ 491522 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1975-ci ildə anadan olmuşdur, onun atası X13, anası X7r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli Qərarı ilə formalaşdırılmış hüququi mövqeyə əsasən, mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 16 oktyabr tarixli Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi İlə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına əsasən, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən mülki iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçının atası X13 06 avqust 2012-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakı qızı İddiaçı, oğlu X10, həyat yoldaşı X9 və qızı X6 qəbul etmiş, notariat ofisi tərəfindən vərəsəlik işi açılmış, lakin vərəsələrin aralarında olan mübahisələrə görə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vərəsə olması mübahisə predmeti olmadığından, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina yalnız vərəsələr arasında olan mübahisə ilə bağlı olduğundan, notarius vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı X4 06 avqust 2012-ci il tarixdə vəfat etmiş atası X8 miras qalmış əmlaka dair açılmış 824/2012 nömrəli vərəsəlik işi üzrə vərəsəlik payının nisbəti göstərilmədən cavabdeh Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Bakı şəhəri 40 saylı Notariat ofisindən iddiaçı X3 xeyrinə tutulsun. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-254/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-254/2023
18.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver