Məhkəmə qərarları › İş №e-2(011)-271/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-271/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-271/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi¸ iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı lizinq obyetkindən sahiblik və istifadə hüququnun təmin edilməsi, müqaviləyə xitam verilməsinin etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddiaçının A737 saylı xx.xx.2021-ci il tarixli lizinq müqaviləsi üzrə “Mercedes Benz C450 – Minik” markalı, tip - sedan, rəngi – açıq boz metallik, buraxılış ili 2015, BAN 55SWF6EB6GU079531 olan 77PG255 dövlət qeydiyyat nişanlı avtomobil üzərində sahiblik və istifadə hüququnun tanınması, cavabdeh “Faktor Lizinq" MMC-nin üzərinə duracaqda qanunsuz saxlanılan, “Mercedes Benz C450 – Minik” markalı, tip - sedan, rəngi – açıq boz metallik, buraxılış ili 2015, BAN 55SWF6EB6GU079531 olan 77PG255 dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının istifadəsinə verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehin A737 saylı xx.xx.2021-ci il tarixli lizinq müqaviləsinə xitam verilməsi haqqında birtərəfli əqdin –birtərəfli qaydada müqavilənin xitam edilməsinin etibarsız hesab edilməsi haqqında yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-8428/2023 nömrəli qərardadına əsasən iddiaçı tərəfindən məhkəməyə verilmiş sonuncu iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir (hakim Aygün Həsənova). Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)- 8428/2023 nömrəli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı “müqaviləyə xitam verilməsi barədə birtərəfli əqdin etibarsız hesab edilməsi” barədə iddiasına dair e-2(011)-8428/2023 saylı mülki iş üzrə icraata xitam verilmiş və həmin mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak tələbi” barədə iddiası üzrə e-2(011)-5903/2024 saylı mülki işə birləşdirilmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh MMC ilə iddiaçı arasında A737 saylı xx.xx.2021-ci il tarixli lizing müqaviləsi bağlanılmış və sonradan onun müddəti xx.xx.2023-cü il tarixindən xx.xx.2023 tarixinə kimi uzadılmışdır. Lizinq obyekti Mercedes Benz C450 - Minik, tip - sedan, rəngi – açıq boz metallik, buraxılış ili 2015, BAN 55SWF6EB6GU079531 olan avtomobil olmuşdur. Lizinq müaviləsi bağlanılan zaman öhdllik 23300 ABS dolları müəyyən edilmişdir. İddiaçı bu günə qədər 40.000 manata yaxın ödəniş etmişdir. Ödənişləri iddiaçının yaxın dostu X7 iddiaçının xahişi ilə öz adından cavabdehin bank hesabına ödəmişdir. Cari ödənişdə 3 gün gecikmə olduğu üçün cavabdeh iddiaçıya növbəti ay üçün avtomobili idarə etməyə etibarnamə verməkdən imtina etmiş və bildirmişdir ki, yalnız aylıq borc ödənildikdən sonra etibarnamə veriləcəkdir. Təsadüfən yolda iddiaçını polislər saxlamış, etibarnaməsiz avtomobili idarə etdiyi üçün avtomobil DYP -nin avtomobil duraçağına qoyulmuşdur. İddiaçı təcili olaraq keçən ayın borcu və əlavə olaraq da gələcək ay üçün əvvəlcədən, yəni 6 iyun 2023-cü il tarixində 3162 manat borc və 2787 manat cari ödəmə aparmış və sənədləri Faktor Lizinq MMC-yə təqdim etsə də, qarşı tərəf iddiaçıya etibarnamə verməkdən imtina etmişlər. Beləliklə də, iddiaçı 6 iyun 2023 tarixindən bu günədək qabaqcadan lizing müqaviləsi üzrə öhdəliyini yerinə yetirsə də Cavabdeh MMC özbaşınalıq edib lizinq müqaviləsi üzrə iddiaçıya avtomobili idarə etmək üçün etibarnamə verməkdən imtina edir. Bununla da, iddiaçının hüquqları Cavabdeh MMC-nin özbaşınalığı və qanunlara saymamazlığı nəticəsində pozulmuş və pozulmaqda davam edir. Lizinq ödəməsi qabaqcadan ödənildiyi halda lizinq obyektinin istifadəyə verilməsindən imtina edilməsi tamamilə özbaşınalıqdır. İddiaçının lizinq obyektinə sahiblik və ondan istifadə hüququnun təmin edilməsi haqqında iddia ərizəsi məhkəmənin icraatında olan dövrdə cavabdeh lizinq müqaviləsinə xitam vermişdir. Bu haqda 0550/23 saylı xx.xx.2023-cü il tarixli xitam bildirişi təqdim edilmiş və göstərilmişdir ki, X6 xitam verilmişdir. Tərəflər arasında uzun illərdir ki normal işgüzar münasibətlər olmuşdur. Müqavilənin xitam üçün əsas iddiaçının avtomobili etibarnaməsi olmayan şəxsə verməyi və bununla da müqavilə şərtlərini pozmağı olmuşdur. Əslində isə cavabdeh tərəfindən həmin şəxsə etibarnamə verilmiş, sonuncu avtomobili idarə etmişdir. Sonradan həmin avtomobili idarə edən şəxsin etibarnaməsinin müddəti bitəndə ona bilərəkdən yeni etibarnamə verilməmişdir. Buna görə də elə alınmışdır ki, guya avtomobil etibarnaməsi olmayan şəxs tərəfindən idarə edilmişdir. Digər bir səbəb kimi isə cavabdeh onun göstərmişdir ki, guya iddiaçı avtomobili sublizinqə vermişdir. Əslində isə belə hal olmamışdır. xx.xx.2023-cu il tarixində cavabdeh iddiaçıya pretenziya məktubu göndərmişdir. Cavabdeh nə pretenziya cavab vermiş, nə də avtomobili iddiaçının istifadəsinə vermişdir. İddiaçı hesab edir ki, cavabdehin heç bir qanuni əsası olmadan lizinq müqaviləsinin birtərəfli qaydada xitam etməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçının nümayəndəsinin və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin iddiaya dair münasibəti: Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd ediməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı A737 saylı xx.xx.2021-ci il tarixli lizinq müqaviləsinin şərtlərini pozaraq lizinq obyekti olan “Mercedes Benz C450 – Minik” markalı, tip - sedan, rəngi – açıq boz metallik, buraxılış ili 2015, BAN 55SWF6EB6GU079531 olan 77PG255 dövlət qeydiyyat nişanlı avtomobili lizinqə verənin razılığı olmadan 3-cü şəxsə sublizinqə vermiş, lizinq müqaviləsi üzrə ödənişlərin də həmin şəxs tərəfindən aparılacağını bildirmişdir. Daha sonra avtomobil həmin şəxs tərəfindən idarə edildiyi zaman polis tərəfindən saxlanılmış, şəxsin avtomobili idarə etmək üçün etibarnaməsi olmadığına görə avtomobil X17 İdarəsinin duracağında saxlanılmışdır. Daha sonra Cavabdeh MMC-yə məlumat verilmiş, və avtomobil cəmiyyət tərəfindən təhvil alınmışdır. Tərəflər arasında müqavilə üzrə ödənişlərin gecikdirilməsi ilə bağlı mübahisə mövcud deyildir. İşin halları: İddiaçı ilə Cavabdeh MMC arasında A737 saylı xx.xx.2021-ci il tarixli X9 bağlanılmışdır. Müqavilədə tərəflər aşağıda göstərilənlər barəsində razılığa gəlmişdirlər: - lizinq verən “Mercedes Benz C450 – Minik” markalı, Tip - Sedan, rəngi - Açiq boz metalik, buraxilis ili 2015, BAN 55SWF6EB6GU079531 olan 77PG255 dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra lizinq predmeti” satıcıdan əldə etməyə və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra lizinq ödənişi) ödəməyi öhdəsinə götürür; - lizinq alanın ilkin öhdəliyi 23300 ABŞ dolları müəyyən edilir; - bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir; - bu müqavilənin müddəti 12 ay müəyyən edilir; - lizinq verənin aşağıdakı hallarda pul məbləğini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:  Lizinq alanının lizinq obyektindən istifadə şəraiti bu müqavilənin şərtləri və lizinq obyektinin təyinatına uyğun deyilsə;  Lizinq alan lizinq verənin icazəsi olmadan sublizinqə və ya icarəyə verdikdə;  Lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun keyfiyyətlərini pisləşdirirsə;  Lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artır ödəmirsə;  Bu müqavilənin 5.7-ci bənindin (5.7 lizinq verən lizinq obyektinə nəzarət məqsədilə nəzarət qurğusu yerləşdirə bilər. Bu qurğuların çıxarılması və ya qeyri-işlək vəziyyətə salınması lizinq predmetinin lizinq verənin nəzarətindən çıxarılması kimi qiymətləndirilir və bu hal lizinq öhdəliklərinin yerinə yetirilməsiə ciddi hesab edilərək lizinq verən tərəfindən lizinq müqaviləsinin birtərəfli qaydada xitam verilməsi üçün əsasdır) şərtlərini pozduqda. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində imzalanmış A737 saylı X6 Əlavə Razılaşmaya əsasən A373 saylı X4 2.1-ci bəndi dəyişdirilərək müqavilənin bitmə müddəti daha 10 ay uzadılmışdır və xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli 0550/23 nömrəli Xitam Bildirişi ünvanlanmışdır. Bildirişdə göstərilmişdir ki, İddiaçı tərəflər arasında bağlanılmış A737 saylı xx.xx.2021-ci il tarixli lizinq müqaviləsinin şərtlərini pozmuş, avtomobili etibarnaməsi olmayan şəxs tərəfindən idarə olunmasına şərait yaratmışdır (nəticədə 2023cü ilin may ayında avtomobil X13 əməkdaşları tərəfindən etibarnaməsi olmayana şəxs tərəfindən idarə olunarkən saxlanılmışdır). Həmçinin avtomobilin artıq həmin şəxs tərəfindən idarə ediləcəyini və ödənişlərin də onun tərəfindən həyata keçiriləcəyini bildirməklə faktiki olaraq lizinq verənin razılığı olmadan sublizinq həyata keçiritmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində 0508/23 saylı müqavilənin ləğvi barədə son xəbərdarlıq göndərilmişdir. Lakin göndərilmiş cavab məktubu ilə xəbərdarlıqda göstərilmiş tələblərin icrasından imtina edildiyi bildirilmişdir. Bütün bunlara əsaslanaraq İddiaçı ilə bağlanmış X6 xitam verilmişdir. Cavabdeh MMC tərəfindən “Mercedes Benz C450 – Minik” markalı, Tip - Sedan, rəngi - Açiq boz metalik, buraxilis ili 2015, BAN 55SWF6EB6GU079531 olan 77PG255 dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının ərazisində idarə etmək üçün X1 (xx.xx.2021-ci il tarixli P10462/21 nömrəli, xx.xx.2022-ci il tarixli, P13225/22 nömrəli, xx.xx.2022-ci il tarixli P11543 nömrəli, xx.xx.2022-ci il tarixli P12462/22 nömrəli,xx.xx.2022-ci il tarixli P12110/22 nömrəli, xx.xx.2022-ci il tarixli P12290/22 nömrəli, xx.xx.2023-cü il tarixli P12943/23 nömrəli, ), X2 (xx.xx.2021-ci il tarixli, P10433/21 nömrəli, xx.xx.2022-ci il tarixli P10690/22 nömrəli), xx.xx.2022-ci il tarixli P10992/22 nömrəli, xx.xx.2022-ci il tarixli P11325/22 nömrəli xx.xx.2022-ci il tarixli P11880/22 nömrəli), X3 (xx.xx.2022-ci il tarixli P11115/22 nömrəli), X8 (xx.xx.2021-ci il tarixli P10369/21 nömrəli) etibarnamələr verilmişdir. Etibarnamələrdə etibarnamə üzrə səlahiyyətlərin üçüncü şəxslərə verilə bilmədiyi, zəruri hallarda yalnız etibarnamə verilmiş şəxsin özü avtomobildə olduğu təqdirdə avtomobilin sürücülük hüququ olan şəxs tərəfindən idarəedilməsinin mümkün olduğu qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-34558/24 nömrəli məktubundan görünür ki, Baş X16 İdarəsinin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-nin adında qeydiyyatda olan “Mercedes” markalı, 77PG255 dövlət qeydiyyat nişanlı avtomobilə dair digər şəxslərə etibarnamə verilməsi ilə bağlı məlumat mövcud deyildir. Həmçinin, qeyd olunan nəqliyyat vasitəsinin dayandırılaraq duracağa yerləşdirilməsinə dair məhkəmə və ya digər səlahiyyətli orqanlar tərəfindən Baş DYP idarəsinə məlumat daxil olmamışdır. BDYP-nin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı nəqliyyat vasitəsinin idarə olunması halları müşahidə edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Maddə 747-2. Lizinqin obyekti Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Maddə 747-4. Sublizinq 747-4.1. Sublizinq- sublizinq müqaviləsi ilə rəsmiləşdirilir. 747-4.2. Sublizinq zamanı, əvvəllər lizinq verəndən lizinq müqaviləsi üzrə alınmış lizinq müqaviləsinin obyektini lizinq müqaviləsi üzrə lizinq alan üçüncü şəxslərə (sublizinq müqaviləsi üzrə lizinq alana) haqq ödənilməklə və sublizinq müqaviləsinin şərtlərinə uyğun müddətə sahibliyə və istifadəyə verir. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri  748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-1.13. Lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 748-2.4. Lizinq alanın həyata keçirdiyi lizinq obyektinin ayrılan yaxşılaşdırılmaları, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, onun mülkiyyətidir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iddiaya tərəflər arasında bağlanılmış A737 saylı xx.xx.2021-ci il tarixli lizinq müqaviləsinə xitam verilməsi haqqında birtərəfli əqdin –birtərəfli qaydada müqavilənin xitam edilməsinin etibarsız hesab edilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəflər arasında bağlanılmış X6 xitam verilməsi üçün əsas olaraq onun göstərmişdir ki, İddiaçı tərəfindən lizinq obyekti müvafiq etibarnamə olmadan üçüncü şəxsin istifadəsinə verilməklə, lizinq verənin razılığı olmadan sublizinqə verilmişdir. Bunu təsdiq edən dəlil kimi cavabdeh ona istinad etmişdir ki, avtomobil X17 İdarəsinin əməkdaşları tərəfindən dayandırıldıqda həmin avtomobilin etibarnaməsi olmayan üçüncü şəxs tərəfindən idarə edildiyi müəyyən edilmişdir. Digər tərəfdən cavabdeh bununla bağlı İddiaçı tərəfindən də birlidirldiyi qeyd edilmişdir. Məhkəmə iclasında qeyd edilən hallar iddiaçının nümayəndəsi və vəkili tərəfindən inkar edilmiş, cavabdeh isə müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən verilmiş sorğuya cavabda avtomobilin X17 İdarəsinin əməkdaşları tərəfindən dayandırıldığı və həmin vaxtda üçüncü şəxs tərəfindən idarə edildiyi ilə bağlı məlumat təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MMC tərəfindən lizinq predmeti olan avtomobilin idarə edilməsi üçün üçüncü şəxslərə fərqli vaxtlarda etibarnamələr də verilmişdir. Qeyd edilənlər əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanılmış A737 saylı xx.xx.2021-ci il tarixli lizinq müqaviləsinin lizinq alanın lizinq obyektini lizinq verənin icazəsi olmadan sublizinqə və ya icarəyə verdiyi halda lizinq verənin müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ olduğuna dair şərtinin İddiaçı tərəfindən pozulduğu öz təsdiqini tapmamışdır. Digər tərəfdən isə tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, lizinq müqaviləsinin lizinq verən tərəfindən vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi üçün müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar da mövcud deyildir. Odur ki, Cavabdeh MMC tərəfindən tərəflər arasında bağlanılmış A737 saylı xx.xx.2021-ci il tarixli lizinq müqaviləsinə birtərəfli qaydada xitam verilməsi qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia araşdırılan hissədə təmin edilərək Cavabdeh MMC-nin A737 saylı xx.xx.2021-ci il tarixli lizinq müqaviləsinə birtərəfli qaydada xitam edilməsi etibarsız hesab edilməlidir. Məhkəmə iddiaya A737 saylı xx.xx.2021-ci il tarixli lizinq müqaviləsi üzrə “Mercedes Benz C450 – Minik” markalı, tip - sedan, rəngi – açıq boz metallik, buraxılış ili 2015, BAN 55SWF6EB6GU079531 olan 77PG255 dövlət qeydiyyat nişanlı avtomobil üzərində sahiblik və istifadə hüququnun tanınması və cavabdeh “Faktor Lizinq" MMC-nin üzərinə duracaqda qanunsuz saxlanılan, “Mercedes Benz C450 – Minik” markalı, Tip - Sedan, rəngi - Açiq boz metalik, buraxilis ili 2015, BAN 55SWF6EB6GU079531 olan 77PG255 dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının istifadəsinə verilməsi öhdəliyinin qoyulması tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən A737 saylı xx.xx.2021-ci il tarixli lizinq müqaviləsi üzrə öhdəliklər vaxtlı vaxtında icra edilmiş, bununla bağlı tərəflər arasında mübahisə mövcud deyildir. Digər tərəfdən iddiaçı tərəfindən lizinq müqaviləsinin şərtlərinin pozulması halları da baş verməmişdir. Belə olan halda, cavabdeh tərəfindən lizinq obyekti olan avtomobilin özündə saxlayaraq lizinq alan İddiaçı təhvil verilməməsi üçün hər hansı əsaslar mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, lizinq obyekti olan avtomobilə dair İddiaçı tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən istifadə hüququ tanınmalı, avtomobil Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehin A737 saylı xx.xx.2021-ci il tarixli lizinq müqaviləsinə xitam verilməsi haqqında birtərəfli əqdin –birtərəfli qaydada müqavilənin xitam edilməsinin etibarsız hesab edilməsi və A737 saylı xx.xx.2021-ci il tarixli lizinq müqaviləsi üzrə “Mercedes Benz C450 – Minik” markalı, Tip - Sedan, rəngi - Açiq boz metalik, buraxilis ili 2015, BAN 55SWF6EB6GU079531 olan 77PG255 dövlət qeydiyyat nişanlı avtomobil üzərində sahiblik və istifadə hüququnun tanınması, cavabdeh “Faktor Lizinq" MMC-nin üzərinə duracaqda qanunsuz saxlanılan, “Mercedes Benz C450 – Minik” markalı, Tip - Sedan, rəngi - Açiq boz metalik, buraxilis ili 2015, BAN 55SWF6EB6GU079531 olan 77PG255 dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının istifadəsinə verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış A737 saylı xx.xx.2021-ci il tarixli X9 üzrə “Mercedes Benz C450 – Minik” markalı, 77PG255 dövlət qeydiyyat nişanlı avtomobil (tip - Sedan, rəngi - açıq boz metalik, buraxılış ili 2015, BAN 55SWF6EB6GU079531) üzərində İddiaçı istifadə hüququ tanınsın. “Mercedes Benz C450 – Minik” markalı, 77PG255 dövlət qeydiyyat nişanlı avtomobil (tip - Sedan, rəngi - açıq boz metalik, buraxılış ili 2015, BAN 55SWF6EB6GU079531) Cavabdeh MMC-dən alınaraq İddiaçı istifadəsinə geri qaytarılsın. Cavabdehin Cavabdeh MMC-nin A737 saylı xx.xx.2021-ci il tarixli Dazili Lizinq müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 0550/23 nömrəli xitam bildirişi etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar