Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-280/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və mühafizə zonasından çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ:
1. İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və mühafizə zonasından çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları:
2. Heydər Əliyev adına X4 (NEZ) üzrə yaradılmış komissiyanın üzvləri tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsindəNEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 33 metr aralı məsafədə vətəndaş Cavabdeh tərəfindənmetal lövhələrdən və konstruksiyalardan istifadə olunmaqla 5.20 x 2.20 x 2.70 metr ölçülərdə quraşdırılmış otaq və ona bitişik 5.20 x 7.50 x 2.0 metr ölçülərdə mişar daşından istifadə olunmaqla tamamlanmamış başqa bir otaq, 10 metrliyində isə 1.50 x 1.50 x 2.0 metr ölçülərdə sanitar qovşaq aşkar edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Bildiririk ki, bundan başqa həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel Dş-250 mm neft boru kəməri də keçir.
3. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. İddiaçının tələbi:
4. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsindəHeydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 33 metr aralı məsafədə Cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin sökülməsi və iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddia tələbini təmin edilməsini Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 33 metr aralı məsafədə yerləşən özbaşına tikilinin və 10 metr aralı məsafədə tikilmiş sanitar qovşağın Cavabdeh tərəfindən sökülməsi və iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:
6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz və yaxud sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. AR Nazirlər Kabineti “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənlşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 167 №li 02 noyabr 2004-cü il tarixli Qərar.
10. Heydər Əliyev adına X2 Nizamnaməsi.
11. Arayışa əsasən Heydər Əliyev adına X2 (NEZ) obyektlərinin və kommunikasiyalarının mühafizəsinin gücləndirilməsi, o cümlədən, daimi istifadəsində olan torpaq sahələrinin özbaşına zəbt olunması və qeyri-qanuni tikililərə qarşı mübarizə aparılması üçün daimi fəaliyyət göstərən monitoring komissiyasının işçi qrupu tərəfindən xx.xx.2024 cü-il tarixində, Xətai rayonu NZS qəsəbəsi Aşıq Qurban küçəsindəki əraziyə baxış keçirildi. Baxış zamanı aşkar olundu ki, vətəndaşCavabdeh tərəfindən inşa edilə yeni tikili NEZ-ə məxsus boru kəmərlərindən 33 metr məsafədə yerləşir. Boru xətləri haqqında texniki məlumat aşağıda göstərilmişdir. 1.Dş 300 mm Dizel xətti 11 №li istehsalatın (U71) əmtəə parkından (U73)-ə nəql olunur. Xətt 2006-cı ildən mövcuddur. 2.Dş 250 mm benzin xətti 11 №li istehsalatın (U71) əmtəə sahəsindən (U73)-ə gedən xəttdir. Xətt 2001 cl-ildən istismardadır. 3. Dş 250 mm benzin xətti 11 № li istehsalatın (U71) əmtəə sahəsindən (U73)ə gedən xəttdir. Xətt 1938 cl-ildən istismardadır. 4. Dş 250 mm drenaj xətti 11 № li istehsalatın (U73) əmtəə sahəsindən (U71)-ə gedən xəttdir. Xətt 2001 ci-ildən istismardadır. Tikinti aparılan ərazi boruların mühafizə zonasında yerləşir.
12. xx.xx.2024-cü il tarixli akta əsasən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində yerləşən ərazidə Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin "Mühafizə Zonası"nın 33 metrliyində metal lövhələrdən və konstruksiyalardan istifadə olunmaqla 5.20 x 2.20 x 2.70 metr ölçülərdə quraşdırılmış otaq və ona bitişik 5.20 x 7.50 x 2.0 metr ölçülərdə mişar daşından istifadə olunmaqla tamamlanmamış başqa bir otaq, 10 metrliyində isə 1.50 x 1.50 x 2.0 metr ölçülərdə sanitar qovşağı aşkar edilmişdir.
13. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 3-16-16/2-10/7263/2024 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcı Misirxanov Müşviqin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 608.8 kv.m təşkil edir. Torpaq sahesinin üzərində tikintiaih sahəsi 24.0 kv.m olan metal konstruksiya mövcuddur. Torpaq sahəsi bir tərəfdən mişar daş hasar, iki tərəfdən metal löhvə hasar, bir tərəfdən isə kolluqdur. Göstərilən torpaq sahəsinin bir tərəfdən 3.3m ve 3.5 m məsafələrdən yüksək gərginlikli (110 KVt-lıq) elektrik xətti keçir. Həmçinin 6.3 m məsafəsindən diametri 250.0 mm-67m məsafəsindən diametri 350.0 mm-lik, 7.2 m məsafəsindən diameti 300.0 mm-lik. 7.8 m məsafəsindən diametri 300.0 mm-lik, 11.3 m məsafəsindən diameti 1000.0 mm-lik, 16.8 m məsafəsindən diametri 350.0 mm-lik ve 21.7 m məsafəsindən isə diametri 750.0 mm-lik boru xətləri keçir. Sahənin yol tərəfdən ise 2.0m məsafəsindən diametri 200.0 mm-lik qaz xətti keçir. Faktiki olaraq göstərilən 808.8 kv.m torpaq sahsinin koordinatları əlavə olunur.
14. Fotoşəkillər.
15. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
20. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
21. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarı.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
24. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində yerləşən ərazidə Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin "Mühafizə Zonası"nın 33 metrliyində metal lövhələrdən və konstruksiyalardan istifadə olunmaqla 5.20 x 2.20 x 2.70 metr ölçülərdə quraşdırılmış otaq və ona bitişik 5.20 x 7.50 x 2.0 metr ölçülərdə mişar daşından istifadə olunmaqla tamamlanmamış başqa bir otaq, 10 metrliyində isə 1.50 x 1.50 x 2.0 metr ölçülərdə sanitar qovşağı aşkar edilmişdir.(§12)
25. Həmçinin, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/7263/2024 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcı Misirxanov Müşviqin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 608.8 kv.m təşkil edir. Torpaq sahesinin üzərində tikintiaih sahəsi 24.0 kv.m olan metal konstruksiya mövcuddur. Torpaq sahəsi bir tərəfdən mişar daş hasar, iki tərəfdən metal löhvə hasar, bir tərəfdən isə kolluqdur. Göstərilən torpaq sahəsinin bir tərəfdən 3.3m ve 3.5 m məsafələrdən yüksək gərginlikli (110 KVt-lıq) elektrik xətti keçir. Həmçinin 6.3 m məsafəsindən diametri 250.0 mm-67m məsafəsindən diametri 350.0 mm-lik, 7.2 m məsafəsindən diameti 300.0 mm-lik. 7.8 m məsafəsindən diametri 300.0 mm-lik, 11.3 m məsafəsindən diameti 1000.0 mm-lik, 16.8 m məsafəsindən diametri 350.0 mm-lik ve 21.7 m məsafəsindən isə diametri 750.0 mm-lik boru xətləri keçir. Sahənin yol tərəfdən ise 2.0m məsafəsindən diametri 200.0 mm-lik qaz xətti keçir. Faktiki olaraq göstərilən 808.8 kv.m torpaq sahsinin koordinatları əlavə olunur. (§13)
26. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan neft boru kəmərlərinin mühafizə zolağında inşa etdiyi fərdi evdə yaşayır. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4.1-ci bəndinə görə iracx neft boru kəmərlərinin (İNBK) istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;
28. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan qadağandır.
29. İşin qeyd edilən faktiki hallarına və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 33 metr aralı məsafədə yerləşən tikili və 10 metr aralı məsafədə tikilmiş sanitar qovşaq özbaşına (qanunsuz) tikili hesab edilməklə sökülməlidir.
Məhkəmə xərcləri:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan və iddiaçının ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması ilə bağlı tələbi mövcud olduğundan iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır.
31. İddia tələbi təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 33 metr aralı məsafədə yerləşən tikili və 10 metr aralı məsafədə tikilmiş sanitar qovşaq özbaşına (qanunsuz) tikili hesab edilməklə sökülsün.
3. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Heydər Əliyev adına X3 ödənilsin.
4. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova