Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2870/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı - "X14 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə cavabdeh - Cavabdeh arasında 17 dekabr 2021-ci il tarixli, ML/3474 nömrəli X4 bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh 1 (bir) ədəd 2014-cü il buraxılışı olan “Volksvagen T5 Transporter” yük sərnişin markalı, WV1ZZZ7HZEH121886 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 24 (iyirmi dörd) % dərəcəsi ilə 18 (on səkkiz) ay müddətinə lizinqə verilmişdir. Lizinqin məbləği 12.000 manat təşkil edir. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək hər ayın 17-i tarixində lizinq verənin bank hesabına 800,43 (səkkiz yüz manat qırx üç qəpik) manat məbləğdə lizinq haqqı ödəməli idi. Lakin lizinq alan – Cavabdeh müqavilə üzrə öhdəliyini uzun müddət icra etməyib, lizinq haqqı ödənişini həyata keçirməyib. Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin istifadəsindən geri alıb.
2. xx.xx.2024-cü il tarixli 09 nömrəli alqı-satqı müqaviləsinə əsasən, həmin nəqliyyat vasitəsi satış qiyməti 7.500 (yeddi min beş yüz) manat məbləğdə razılaşdırılmaqla, "xxxx" MMC (satıcı) tərəfindən X7 (alıcı) satılıb. Beləliklə, sözügedən nəqliyyat vasitəsinin satışından əldə edilən 7.500 (yeddi min beş yüz) manat məbləğdə pul vəsaiti cavabdeh - Cavabdeh iddiaçı - "xxxx" MMC-yə olan borcundan çıxılıb. "xxxx" MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən, cavabdeh - Cavabdeh iddiaçı - "xxxx" MMC-yə olan qalıq əsas borcu, cəmi 1.573,68 (bir min beş yüz yetmiş üç manat altmış səkkiz qəpik) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb (pretenzitya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir
İddiaçının tələbi:
3. İddiaçı - "X14 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli, ML/3474 nömrəli X4 üzrə 1.573,68 (bir min beş yüz yetmiş üç manat altmış səkkiz qəpik) manat məbləğdə qalıq əsas borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 35,74 (otuz beş manat yetmiş dörd qəpik) manat məbləğdə dövlət rüsumunun cavabdeh - Cavabdeh tutularaq iddiaçı "X14 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. xx.xx.2021-ci il tarixli ərizəyə əsasən Cavabdeh "xxxx" BOKT MMC-nin direktoru X5 müraciət edərək ona avtomobil alışı üçün illik 24% dərəcəsi ilə 18 (on səkkiz) ay müddətinə 12000(on iki min) manat məbləğində lizinqinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir.
8. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx"xxxx" MMC-yə məxsus "Volksvagen T5 Transporter" yük sərnişin markalı, WV1ZZZ7HZEH121886 ban, **-JC-*** qeydiyyat nişanları olan avtomobil müştəriyə verilib.
9. "xxxx" BOKT MMC-nin direktoru X10 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № ML/3474 saylı “X4”nə əsasən 1 (bir) ədəd 2014-cü il buraxılışı olan Volksvagen T5 Transporter yük sərnişin markalı WV1ZZZ7HZEH121886 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Cavabdeh müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, "xxxx" BOKT MMC isə lizinq obyektini bu müqavilənin şərtləri arasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
10. "xxxx" BOKT MMC -nin direktoru X10 ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № ML/3474 alqı-satqı müqaviləsinə əsasən satıcı X12 1 (bir) ədəd (2014-ci il buraxılışı olan Volksvagen T5 transporter yük sərnişin, WV1ZZZ7 HZEH121886 ban nömrəli avtomobili alıcı "xxxx" BOKT MMC-nin mülkiyyətinə verir.
11. xx.xx.2024-cü il tarixli pretenziya məktubu.
12. "xxxx" BOKT MMC-nin icraçı direktoru X2 və X11 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № 09 saylı alqı-satqı müqaviləyə əsasən "xxxx" BOKT MMC 1 (bir) ədəd 2014-cü il buraxılışlı “Volksvagen T5 Transporter” yük şərnişin markalı WV1ZZZ7HZEH121886 ban nömrəli **-JC-*** qeydiyyat nişanlı avtomobili X6 mülkuyyətinə verir.
13. xx.xx.2024-cü il tarixli, № 1551/24 saylı arayış.
14. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 747-3.2. Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 214.1. Qətnaməni qəbul etdikdən sonra hakim məhkəmə iclası zalına qayıdır (tərəflərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla), qətnamənin giriş və nəticə hissələrini elan edir, qətnamədən şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda qətnamənin nəticə hissəsini izah edir. 214.2. Qətnamə işdə iştirak edən şəxslərin bilmədiyi dildə tərtib edildikdə, həmin qətnamənin nəticə hissəsi onlara məhkəmə iclasında iştirak edən tərcüməçinin iştirakı ilə onların doğma dilində və yaxud onların bildikləri dildə oxunmalıdır. 214.4. Qətnamənin elan edilmiş nəticə hissəsi yazılı formada tərtib edilməli, hakim və ya hakimlər tərəfindən imzalanmalı və işə əlavə edilməlidir. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra sədrlik edən işdə iştirak edən şəxslərə və nümayəndələrə qətnamənin tam mətni ilə tanış olmanın vaxtını bildirməlidir. İşdə iştirak edən şəxslərin tələbi ilə qətnamənin giriş və nəticə hissələrini əks etdirən çıxarış elan olduğu gün həmin şəxslərə rəsmi qaydada verilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
18. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:
1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
20. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada daxili lizinq müqaviləsi bağlanılmış (MM m. 747.1.), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlərdə də öz təsdiqini tapır.
21. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh (lizinq alan) tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyənləşdirilmiş əşyadan müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) istifadə hüququna malik olduğu kimi, eyni zamanda müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyadan istifadəyə dair hüququndan istifadə etmiş, lakin muzd ödəmək vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır.
22. İddiaçı iddia ərizəsində iddiaçı "X14 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli, ML/3474 nömrəli X4 üzrə 1.573,68 (bir min beş yüz yetmiş üç manat altmış səkkiz qəpik) manat məbləğdə qalıq əsas borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 35,74 (otuz beş manat yetmiş dörd qəpik) manat məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "X14 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən Cavabdeh "xxxx" BOKT MMC-nin direktoru X5 müraciət edərək ona avtomobil alışı üçün illik 24% dərəcəsi ilə 18 (on səkkiz) ay müddətinə 12000(on iki min) manat məbləğində lizinqinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx"xxxx" MMC-yə məxsus "Volksvagen T5 Transporter" yük sərnişin markalı, WV1ZZZ7HZEH121886 ban, **-JC-*** qeydiyyat nişanları olan avtomobil müştəriyə verilib. "xxxx" BOKT MMC-nin direktoru X10 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № ML/3474 saylı “X4”nə əsasən 1 (bir) ədəd 2014-cü il buraxılışı olan Volksvagen T5 Transporter yük sərnişin markalı WV1ZZZ7HZEH121886 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Cavabdeh müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, "xxxx" BOKT MMC isə lizinq obyektini bu müqavilənin şərtləri arasında lizinqə qəbul etməyi öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, № 1551/24 saylı arayışına əsasən lizinq borcu üzrə hal-hazırda mövcud olan ümumi borcun məbləği 1573.68 manat təşkil edir.
24. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 17 dekabr 2021-ci il tarixli, ML/3474 nömrəli X4 üzrə 1.573,68 (bir min beş yüz yetmiş üç manat altmış səkkiz qəpik) manat məbləğdə qalıq əsas borcun Cavabdeh tutularaq iddiaçı "X14 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
Məhkəmə xərcləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,74 (otuz beş manat, yetmiş dörd qəpik) manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. Cavabdeh 17 dekabr 2021-ci il tarixli, ML/3474 nömrəli X4 üzrə 1.573,68 (bir min beş yüz yetmiş üç manat altmış səkkiz qəpik) manat pul tutularaq iddiaçı "X14 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin.
3. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,74 (otuz beş manat, yetmiş dörd qəpik) manat pul məbləği tutularaq iddiaçı X14 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova