Məhkəmə qərarları › İş №e-2(011)-288/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-288/2024

31.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-288/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna müvafiq kompensassiyanın verilməsi ilə xitam olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna müvafiq kompensassiyanın verilməsi ilə xitam olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, İddiaçı ilə cavabdeh arasında olan olan nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-6752/2018 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı ilə cavabdeh nikaha girdikləri ana qədər ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzil xx.xx.1988-ci il tarixli, 078475 nömrəli order ilə iddiaçının atası X1 məxsus olmuşdur. Orderə əsasən, orada mənzilə hüquqları olan şəxs kimi, iddiaçının atası - X3, anası - X10, İddiaçı və X7 qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçının atası X3, xx.xx.2018-ci il tarixdə isə anası X10 vəfat etmişlər. Bununla da mənzilə yeganə hüquqları qalmış şəxslər hazırki iş üzrə iddiaçı və onun qardaşı X7 qalmışlar. İddiaçı ilə Cavabdeh arasında nikah münasibətlərinə xitam verildikdən sonra, hazırki iş üzrə cavabdeh (Cavabdeh) İddiaçı qarşı Xətai Rayon Məhkəməsinə müraciət edərək, sözügedən mənzilə övladları ilə birlikdə istifadə hüquqlarının tanınması və oraya köçürülməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. İşə baxan məhkəmə iddiaçı Cavabdeh qzının iddiasının təmin olunması barədə xx.xx.2019-cu il tarixli, 2(011)-5257/2019 nömrəli qətnamə çıxarmışdır. Qətnamədən müvafiq qaydada apellyasiya və kassasiya şikayətləri verilməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, Cavabdeh Xətai rayonu, General Şıxlinski küçəsi, ev 25 ünvanında yerləşən 30 nömrəli olan mənzilə istifadə hüquqları 2019-cu il tarixdə məhkəmənin qərarı ilə tanınmışdır. Qərarın qəbul olunmasına baxmayaraq, hələ Cavabdeh verdiyi iddia ərizəsindən qabaq həmin mənzildə uzun müddət yaşamamışdır. Yuxarıda qeyd olunanlara istinadən, orderə əsasən, mənzilin sahibi dünyasını dəyişdiyindən və mənzilin orderdə adları qeyd olunan şəxslərin mülkiyyətlərinə keçirilməsi ilə əlaqədar, müvafiq qaydada vərəsəlik işinin və yaxud da mənzilin özəlləşdirilməsi ilə bağlı hər hansı bir hüquqi hərəkətlərin yerinə yetirilməsi qeyrimümkündür. Buna səbəb kimi, Cavabdeh bu barədə razılıq ərizəsini verməməsidir. Bu isə mənzilə olan və gözlənilən mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsində problemlərin yaranmasına səbəb olmuş, hal-hazırda iddiaçının cavabdehlə heç bir əlaqəsi olmayan əmlakı barədə qanunverciliklə nəzərdə tutulmuş hüquqları həyata keçirmək imkanı məhdudlaşdırılmışdır. Nəticədə, həm konstitusiya ilə, həm də mülki qanunvericiliklə iddiaçının hüquqlarının pozuntusunun normativ tələblər çərçivəsində müdafiə olunmasını tələb edir. Odur ki, Cavabdeh Xətai rayonu, General Şıxlinski küçəsi, ev 25 ünvanında yerləşən 30 nömrəli mənzildə olan istifadə hüquqlarına xitam verilməlidir. Bu məqsədlə, 2021-ci ilin yanvar ayında iddia ərizəsi ilə hazırki cavabdehə qarşı Xətai Rayon Məhkəməsinə müraciət edərək, mənzilə istifadə hüququna xitam verilməsi və ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə müvafiq qətnamənin çıxarılması xahiş edilmişdir. Verilmiş iddia tələbi məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(011)-1865/2021 nömrəli qətnaməsi ilə rədd olunmuşdurr. İddia tələbinin rədd olunmasının hüquqi əsası kimi, hazırki iddia tələbi üzrə Cavabdeh Əliheydər qızına müvafiq kompensassiyanın verilməsi yolu ilə xitam olunmasının mümkünlüyü göstərilmişdir. Hətta, həmin məhkəmə qətnaməsi ilə haqqında danışılan mənzilə gözlənilən hüquqlarının olması da öz təsdiqini tapmışdır. Xətai Rayon Məhkəməsinin qətnaməsindən müvafiq qaydada apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 9479/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən də AR-in Ali Məhkəməsinə kassasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, iddiaçı və onun qardaşı Firuz İsmayılov tərəfindən Cavabdeh qarşı vaxtı ilə irəli sürmüş olduqları mənzilə yalnız istifadə hüquqlarına xitam verilməsi tələbi üzrə məhkəmə mübahisəsi yekunlaşmışdır. Həmin işin yekunlaşmasının da hüquqi tərəfi kimi, yuxarıda qeyd olunanlar kimi, Cavabdeh müvafiq kompensassiya ödənilməklə xitam olunmasının mümkünlüyü qeyd edilmişdir. Bu səbəbdən, Cavabdeh 4 000 manat məbləğində kompensassiyanın verilməsi yolu ilə onun istifadə hüquqalarına xitam verilməsi və digər tələblər barədə müvafiq qətnamənin çıxarılması üçün xx.xx.2022-ci il tarixli növbəti iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. İşə baxan Xətai Rayon Məhkəməsi iddia tələblərinin rədd olunması barədə xx.xx.2022-ci il tarixli, e-2(011)-3941/2022 nömrəli qətnamə qəbul etmişdir. Qətanmənin qəbul olunmasının hüqqui əsası kimi, təklif olunan kompensasiya məbləğinin xeyli aşağı olması səbəbi olmuşdur. Həmçinin, məhkəmə prosesləri dövründə AR-nın MPM-nin 53-cü maddəsinə istinad olunmaqla, kompensassiya məbləğinin 6000 manat məbləğində nəzərə alınması xahiş edilmişdir. Buna baxmayaraq, işə baxan hakim verilmiş iddia tələblərini təmin etməmişdir. Qətnamədən müvafiq qaydada apellyasiya və kassasiya şikayətləri verilməsinə baxmayaraq, Bakı Apelyyasiya Məhkəməsininn xx.xx.2023-cü il tarixli, 2(103)- 871/2023 nömrəli qətnaməsi və AR-nın Ali Məhkəməsinin isə xx.xx.2023-cü il tarixli, 2(102)-1994/2023 nömrəli qərarı ilə təmin olunmamışdır. Bununla da İddiaçı iddia tələbləri üzrə cavabdehə 6000 manat məbləğində kompensasiyanın verilməsi ilə istifadə hüquqlarına xitam verilməsi üzrə məhkəmə mübahisəsi yekunlaşmışdır. Hal-hazırda qeyd edildiyi kimi, İddiaçı haqqında danışılan mənzilə gözlənilən mülkiyyət hüquqları olduğundan, cavabdehin mənzilə olan istifadə hüquqlarına yeni kompensasiya məbləği verilməklə xitam olunması barədə iddia tələbinin irəli sürülməsi zərurəti yaranmışdır. Odur ki, verilmiş iddia tələbləri qanunvericiliyin norma və tələbləri əsasında təmin olunmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh Vaqıf qızına 7000 manat məbləğində kompensasiya verilməklə (ödənilməklə), onun Xətai rayonu, General Şıxlinski küçəsi, ev 25 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, kompensasiyanın verilməsi ilə istifadə hüquqlarına xitam verilməsinin eyni anda icra olunması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə ödəniləcək kompensasiyanın dəyərinin 12600 manat kimi qəbul edilməsi və pul vəsaitinin verilməsi ilə eyni anda cavabdehin istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, cavabdeh 2005-ci ildə mübahisəli mənzilə gəlin köçmüş, daha sonra ailə genişləndiyi üçün iddiaçı ilə cavabdeh kirayə mənzilə çıxmışlar. Kirayədə yaşadıqları zaman aralarında mübahisələri olmuş və nikahları pozulmuşdur. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin çıxışlarını dinləyərək və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12 mart 1998-ci il tarixli, 078475 nömrəli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzil X1 məxsus olmuşdur. Orderdə mənzildən istifadə hüququ olan şəxslər siyahısında X3, X10, İddiaçı və X7 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 883657 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 iyul 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 981112 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 26 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2794/2020 saylı 22 iyun 2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13224/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh və övladları 24 aprel 2008-ci il təvəllüdlü X8 və 29 iyul2013-cü il təvəllüdlü X4 ünvan 1, 30 saylı mənzilinə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1865/2021 saylı 06 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X2 və İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıların xeyrinə ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 28 sentyabr 2005-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 24 aprel 2008-ci il təvəllüdlü X12 və 29 iyul 2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. Onların arasında bağlanmış nikah 23 sentyabr 2018-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3941/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı – cavabdehə 6000 manat məbləğində kompensassiya verilməklə, onun ünvan 2 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, kompensassiyanın verilməsi ilə istifadə hüquqlarına xitam verilməsinin eyni anda icra olunması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 871/2023 saylı 25 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1994/2023 saylı 16 may 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-871/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “X18” MMC nin № A/01-PLS saylı 27 iyul 2022-ci il tarixli mənzilin kirayə haqqının müəyyən edilməsi barədə arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən 46,74 kv.metr sahəsi olan 3 otaqlı mənzilin orta aylıq kirayə haqqı 300-350 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli, LFN 36 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında yerləşən 406 nömrəli mənzilin (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən 30 saylı mənzilin bazar dəyəri 104500 manat, likvid dəyəri 95000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən 16 fevral 2024-cü il tarixli, 08 nömrəli hesab fakturadan görünür ki, ünvan 5 ünvanında yerləşən 30 saylı mənzilin qiymətləndirilməsi üzrə ödəniş məbləği 300 manatdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli Qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin işdə Məhkəmə qeyd etmişdir ki, “02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. 41. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. 42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh 28 sentyabr 2005-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 24 aprel 2008-ci il təvəllüdlü X12 və 29 iyul 2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. Onların arasında bağlanmış nikah 23 sentyabr 2018-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh və övladları 24 aprel 2008-ci il təvəllüdlü X8 və 29 iyul 2013-cü il təvəllüdlü X4 ünvan 1, 30 saylı mənzilinə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri qət edilmişdir. Həmçinin mübahisənin predmeti olan ünvan 1 ünvanında yerləşən 30 saylı mənzillə bağlı order İddiaçı atası İddiaçı verilmiş, həmin orderdə arvadı X10 və övladları İddiaçı və X5 həmin mənzildən istifadə hüququ verilmişdir. Yəni mübahisəli mənzil dövlət mülkiyyətindədir, hələ ki özəlləşdirilməmişdir, iddiaçı mənzilin mülkiyyətçisi yox, digər sakinlər kimi mənzildən istifadə hüququ olan şəxsdir. 20 iyul 2017-ci il tarixdə iddiaçının atası X3, 26 noyabr 2018-ci il tarixdə isə anası X10 vəfat etmişdir. X6 və İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1865/2021 saylı 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən müvafiq qaydada apellyasiya şikayəti verilməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı sonradan Cavabdeh qarşı – cavabdehə 6000 manat məbləğində kompensasiya verilməklə, onun Xətai rayonu, General Şıxlinski küçəsi, ev 25 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, kompensasiyanın verilməsi ilə istifadə hüquqlarına xitam verilməsinin eyni anda icra olunması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3941/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdehə 12600 (on iki min altı yüz) manat məbləğində kompensasiya ödənilməklə mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsini tələb edir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil dövlət mülkiyyətində olduğundan, hazırkı vaxtadək özəlləşdirilmədiyindən, iddiaçının həmin mənzilə mülkiyyət hüququ müəyyən edilmədiyindən, beləliklə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının subyektiv hüququ müəyyən edilmədiyindən hazırkı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd olunduğu üçün məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna müvafiq kompensasiyanın verilməsi ilə xitam olunması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış mənzilin qiymətləndirilməsinə görə qiymətləndiriciyə ödənilməli olan 300 (üç yüz) manat pul vəsaiti İddiaçı tutularaq "xxxx" MMC-nin VÖEN **********, S.W.İ.F.T:PAHAAZ22, AZ82NABZ******************** hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar