Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2907/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 984,96 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: ünvan 1i ünvanındakı ev onun istifadəsindədir və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin evin mülkiyyətçisi odur. ünvan 2 satıcı X1 xx.xx.2023-cü il tarixində AN-İ N- 1158796 saylı alqı-satqı müqaviləsi əsasında almışdır və həmin əmlak xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla adına rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı zamanı notariat kontoru tərəfindən kommunal borcların olmaması yoxlanılmış, su və işıq sayğacları olduğu üçün həmin komunallara borc olmaması barədə arayış Notariat Kontoruna təqdim olunmuşdur. Evi satan şəxsin adına qaz sayğacı olmadığı üçün, həmçinin evin qaz xətti və qaz sayğacı olmadığı üçün notariat ofisində qaz borcuna dair heç bir sənəd verilməmişdir. Mülkiyyətində olan Abşeron Rayonu, Məmmədli qəsəbəsi ünvanında yerləşən evdə qaz sayğacı olmadığı üçün iddiaçı “Azəriqaz“ İstehsalat Birliyinə müraciət edərək mülkiyyətində olan ünvan 4i ünvanındakı evinə qaz sayğacının quraşdırılması üçün müraciət etmişdir. Əvvəlcədən “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri onun evinə baxış keçirdilər, layihə və sxem çəkdilər və daha sonra sənədləşmə işlərinə başladılar. Bir müddət sonra onun qaz çəkilişi və abunə kodunun verilməsi üçün rüsum ödəməyini bildirdilər. O qaz sayğacının çəkilişi və kodun verilməsi üçün rüsumu ödəmişdir. Bir neçə gün sonra X2 işçiləri onun mülkiyyətində olan ünvan 4i ünvanındakı evinə qaz sayğacının quraşdırılması üçün gəlmişdirlər. xx.xx.2024-cü il tarixində ******* N-li Akt əsasında “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri onun evinə **********02155 abonent kodu açaraq **********3 nömrəli qazsayğacı quraşdırmışdırlar. Bir müddət qazın sərfiyyat ödənişini etməklə qazdan istifadə etmişlər. Lakin bu yaxınlarda, 2024-cü ilin may ayında “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri mülkiyyətində olan qaz sayğacını qanunsuz çıxararaq özləri ilə aparmışlar. Bu barədə xəbər alan kimi, “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmişdir. “Azəriqaz“ İstehsalat Birliyindən sayğacımın hansı səbəbdən çıxarıldığını soruşdum. “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri cavablarında ona bildirmişdilər ki, əvvəllər onun əmlakında qaz sayğacı olmuşdur, “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri yalnışlıqla, araşdırma aparmadan ünvanına yenidən sayğac qoymuşlar. Əvvəlki sayğacın üzərində borc olduğu üçün yeni sayğacı çıxarmışlar. O sayğacının dərhal ünvanına quraşdırılması tələbinə dair iddia tələbi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsi onun iddia tələbini təmin etmişdir və İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********02155) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən qaz sayğacı quraşdırılması barədə 2(011)-5191/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamə qət olundu. Lakin X2 işçiləri əsassız olaraq sayğacı yerindən çıxaran zaman, xx.xx.2024-cü il tarixində sayğacın çıxarılması anlarına dair fotoşəkillər çəkmişlər. Həmin fotoşəkillər əsasında ona sayğacdan kənar qanunsuz olaraq qazdan istifadə etdiyinə görə xx.xx.2024-cü il tarixli ******* №-li Akt tərtib edərək 984,96 manat dəymiş ziyan hesablamışlar. Həmin fotoşəkillərdən də görünür ki, heç bir qanunsuz müdaxilə yoxdur. Sadəcə olaraq əvvəlki iddialarına əsaslanaraq sayğacı yerindən çıxarmışlar, həmin anları da fotoşəkillərini çəkmişlər. Həmçinin bildirirəm ki, fotoşəkillərdən də görünür ki, sayğac yerindən çıxarılıb. Heç bir borca görə sayğac yerindən çıxarılmalı deyil. Göründüyü kimi, xx.xx.2024-cü il tarixində, həmin mənzilin əvvəllər borcu olduğunu iddia edərək sayğac yerindən çıxarılmış, daha sonra o sayğacın yerinə quraşdırılması barədə iddia tələbi təmin edilmiş, lakin X2 işçiləri sayğacı yerindən çıxaran zaman yalandan şəkillər çəkərək, sayğacdan kənar da qanunsuz olaraq qazdan istifadə etdiyini iddia edərək xx.xx.2024-cü il tarixli ******* №li Akt tərtib edərək ondan 984,96 manat dəymiş ziyan tələb edirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İstehlakçı İddiaçı barəsində xx.xx.2024-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Aktda mənzildə təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə olunduğu qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 984,96 manat məbləğində borc hesablanmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5191/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********02155) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən qaz sayğacı quraşdırılması qət edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun (01 may 2022-ci il tarixli 486-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş redaksiyasında) Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən, qanunsuz olaraq, istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir. Digər tərəfdən Cavabdeh İB əməkdaşları tərəfindən İddiaçı məxsus fərdi yaşayış evində xx.xx.2024-cü il tarixdə ******* saylı quraşdırılmış sayğac çıxarılmış, lakin yenisi ilə əvəz edilməmişdir. Bununla bağlı İddiaçı məhkəməyə “qaz sayğacının quraşdırılması” tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5191/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixdə qaz sayğacı quraşdırılmış və iddiaçıya abonent kodu verilmişdir. Lakin 2024-cü ilin may ayında həmin ünvanda quraşdırılmış qaz sayğacı cavabdeh Birliyin əməkdaşları tərəfindən çıxarılmış və yenisi quraşdırılmamışdır. Məhkəmə ölkə ərazisində təbii qazdan istifadə edən istehlakçılara qazın satışı, onlarla qazın alğı-satqısı müqaviləsinin bağlanması və s. ilə Cavabdeh məşğul olduğundan, iddiaçı qaz sayğacının quraşdırılması, ona məxsus ünvana təbii qazın verilməsi üçün təbii inhisar subyekti olan Cavabdehnə müraciət etməkdə haqlı hesab edərək İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh tərəfindən qaz sayğacının quraşdırılmasını qət etmişdir. 2(011)-5191/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, qəbul edilmiş qətnamə icra edilməsi üçün Bakı şəhəri Xəati rayon İcra Şöbəsinə göndərilmiş və bununla bağlı xx.xx.2024-cü il tarixli, e367025/2024 saylı qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərara əsasən icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 984,96 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi ünvanı üzrə abonent İddiaçı (abonent kodu: **********02155) xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 984,96 (doqquz yüz səksən dörd manat doxsan altı qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2907/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2907/2025
14.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver