Məhkəmə qərarları › İş №e-2(011)-294/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-294/2025

13.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-294/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 Rüfət oğlunun, X1 iştirakları ilə, İddiaçı Cavabdeh2 və 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X16 cəlb edilməklə) “bağışlama müqaviləsinin ləğv edilməsi və məcburi payın tamamlanması” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 və 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və məcburi payın tamamlanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 saylı “ASAN Xidmət” Mərkəzi notariat ofisində 4Ə-2298 reyestr nömrəli, 18 oktyabr 2022-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, atası X17 çatası məcburi payın iddiaçıya irsi transmissiya yolu ilə keçirilməsi, vurulmuş mənəvi ziyana görə Cavabdeh2 3.000 (iki min) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Zaur oğlu Bakı şəhərində doğulmuşdur. Atası X20 2006-cı ildə Bakı şəhərində kəskin ürək damar çatmazlığı səbəbindən ölmüşdür. Atasının ölümündən sonra nənəsi X3 adına olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 5, 72 saylı mənzili 3 nəvəsi arasında hərəyə 1 otaq olmaqla bölüşdürəcəyini ona və bütün qohum-əqrəbaya bildirmişdir. Anasının da o vaxtdan nənəsi rəhmətə gedənə qədər də münasibətləri çox yaxşı olmuşdur. Nənəsi X10 xx.xx.2022-ci ildə “ağciyər ödemi” səbəbindən vəfat etmişdir. O vəfat etdikdən sonra iddiaçı nənəsinin 3 nəvəyə vəd etdiyi 1 otaq payını almaq üçün bibisi oğlu Cavabdeh2 ilə danışmaq istədikdə, o, iddiaçıya bildirmişdir ki, onun heç bir otaq payı yoxdur və nənələri həmin evi bütövlükdə ölümündən 2 ay öncə ona bağışlama müqaviləsi əsasında vermişdir. İddiaçı etiraz etdikdə o bildirmişdir ki, artıq heç nə edə bilməz. Bir müddətdir ki, bu işlə məşğul ola bilməmişdir. Notariat ofisinə müraciət etdikdə məlum olmuşdur ki, mübahisəli mənzil 6 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində 4Ə-2298 reyestr nömrəli, 18 oktyabr 2022-ci il tarixli bağışlanma müqaviləsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Hesab edir ki, cavabdehin adına bağlanmış bağışlanma müqaviləsi bağlanmasaydı, potensial vərəsə olaraq ona da miras kütləsindən pay çatacaqdı, mərhum nənəsinin ölümündən iki ay əvvəl bağladığı müqavilə onu bu hüquqdan məhrum etmişdir. Ona görə də, bağışlama müqaviləsi etibarsız hesab edilməli və onun atası X17 çatası miras payı transmissiya yolu ilə ona keçməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 6 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış 4Ə-2298 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 21 saylı Notariat Ofisində bağlanmış alqı-satqı və ipoteka barədə 4Ə-656 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, X15 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi, X17 çatası məcburi payın İddiaçı irsi transmissiya yolu ilə keçməsini, mübahisəli əmlak özgəninkiləşdirildiyi üçün əmlakın dəyərinin 30 faizi (yəni 20.100 manat) məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, vurulmuş mənəvi ziyana görə Cavabdeh2 3.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, İddiaçı Zaur oğlunun atası X17 çatası miras paydan məcburi pay iddiaçıya çatmalı idi. Miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 5, 72 saylı mənzil X10 xx.xx.2022-ci ildə vəfat etməmişdən 2 ay öncə Cavabdeh2 bağışlanıldığından həmin bağışlama müqaviləsi etibarsızdır. İddiaçının atası X17 çatası miras payı transmissiya yolu ilə iddiaçıya keçməlidir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, 2023-cü ildə Cavabdeh2 toy mərasimində iştirak edərkən onlara məlum olmuşdur ki, mübahisəli mənzil nənəsi Mairə xanım tərəfindən Cavabdeh2 verilib. Mübahisəli mənzilə X4 vəfatından sonra üçüncü şəxs olan Mairə xanımın qızı Elmira Cəfərova və onun övladları daxil ola bilirdi. Mairə xanımın vəfatından sonra İddiaçı həmin mənzildə yaşamamışdır. Mairə xanımın vəfatından sonra mirası qəbul etmək üçün müddəti ötürülmüş hesab etdiklərindən, İddiaçı notariata müraciət etməmişdir. Sonradan xəbərlərdən oxumuşdur ki, yeni qayda ilə müddətin keçməsinə baxmayaraq mirasa hüquqlar tanınır. Buna görə də məhkəməyə bu iddia ilə müraciət olunmuşdur. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 Rüfət oğlu məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. O bildirmişdir ki, hazırki iddia tələbləri üzrə hər hansı irsi transmissiyadan söhbət gedə bilməz. Əmlak qanuni şəkildə bağışlama müqaviləsi əsasında Mairə Komandirovanın nəvəsi – Cavabdeh2 özgəninkiləşdirilmişdir. Cavabdeh 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X16 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ilkin olaraq X5 adına qeydiyyatdan keçmişdir. 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-2298 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 21 saylı DNK-nın 4Ə-656 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən sözügedən mənzil X15 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X5 ölümü istisna olmaqla, onun barəsində hər hansı vətəndaşlıq vəziyyəti akt qeydinə dair məlumat aşkar edilməmişdir. - İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən reystrda 4Ə-2298 nömrəsi ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli daşınmaz əmalkın bağışlanması barədə müqavilənin surətindən görünür ki, hədiyyə verən X11 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,94 kv.metr olan mənzili nəvəsi hədiyyə alan Cavabdeh2 bağışlamışdır. - İş materiallarında olan 21 saylı Notariat ofisi tərəfindən reystrda 4Ə-656 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki,satıcı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı alıcı-ipoteka qoyan X15 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışın surətindən görünür ki, ünvan 1 ünvanında Cavabdeh2, X21 və X16 qeydiyyatdadırlar. - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/7-K-1237-70/23 nömrəli arayışın surətindən görünür ki, X13 xx.xx.1981-ci ildə İmişli rayonunda ölmüşdür. - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/7-K-1243-70/23 nömrəli arayışın surətindən görünür ki, X11 xx.xx.2022-ci ildə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/7-K-1240-70/23 nömrəli arayışın surətindən görünür ki, X20 xx.xx.1968-ci il ildə Bakı şəhərində anadan olmuş, atası X14, anası X6. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ölmüş Adilzanovnanın nəvələridirlər. Mairə Komandirovanın öldüyü anda iddaiçı İddiaçı atası Zaur Komandiro sağ olmamışdır. Mairə Komandirova özünə məxsus mübahisəli Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 5 ünvanında yerləşən 72 saylı mənzili ölümündən az əvvəl xx.xx.2022-ci il tarixdə digər nəvəsi - Cavabdeh2 bağışlamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə həmin mənzil Cavabdeh2 tərəfindən üçüncü şəxs X18 özgəninkiləşdirilmişdir. İddiaçı iddia edir ki, nənəsinin ölümündən az müddət mübahisəli mənzili bağışlama müqaviləsi əsasında Cavabdeh2 özgəninkiləşdirilməsi – etibarsız əqd əsasında olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) - qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1244-cü maddəsinə görə mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 1268.2-ci maddəsinə görə əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir). 1273-1-ci maddəsinə görə vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. . (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir). 1248.1-cı maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişlər. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ölmüş X5 nəvələridirlər. Sonuncu özünə məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 5 ünvanındakı 72 mənzilini vəfatından az əvvəl xx.xx.2022-ci il tarixdə Cavabdeh2 bağışlamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə həmin mənzil Cavabdeh2 tərəfindən üçüncü şəxs X18 özgəninkiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə ölmüş X5 birinci növbəli vərəsəsi onun qızı X12muşdur. Sonuncu E.Cəfərova anasının vəfatı dövründə sağ olmuşdur, sonuncunun övladı Cavabdeh2dur. X9 Komandirov özündən əvvəl (2006-cı ildə) vəfat etdiyindən, M.Komandirovanın xx.xx.2022-ci ildə açılmış vərəsəliyinə irsi transmissiya qaydasında Zaur Komandirovun övladı – İddiaçı çağırıla bilərdi. Lakin nəzərə alınmalıdır ki, mirasın açıldığı vaxt (xx.xx.2022-ci il) “vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilməsi”; “miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsi” barədə Mülki Məcəllənin 1246-cı maddəsinin göstərişi qüvvədə olmuşdur. İş materialları ilə İddiaçı (Mairə Komandirovanın vəfatından sonra) nənəsindən qalmış miras əmlakın qəbuluna dair notariat orqanına müraciət etməsi müəyyən edilmir. Mübahisəli əmlakın “mirasın faktiki qəbulu” (əmlaka faktiki sahiblənmə) qaydasında İddiaçı tərəfindən qəbul edilməsi (faktiki olaraq nənəsinin ölümündən sonra əmlaka sahiblənməsi) də iş materialları ilə müəyyən edilmir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş xx.xx.2023-cü il tarixli Plenum Qərarı ilə vərəsəliyin qəbulunu müddətlə şərtləndirən Mülki Məcəllənin 1246-cı maddəsinin qüvvədən düşməsi barədə normanın - sabitliyinin təmin olunması baxımından - Qərar qüvvəyə mindikdən sonra (xx.xx.2023) yaranacaq vərəsəlik münasibətlərinə və həmin dövrdə məhkəmələrin icraatında olan mübahisələrə şamil edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə açılmış miras əmlak üzrə İddiaçı qanunla müəyyənləşdirilmiş müdət ərzində miras əmlakın qəbulunu həyata keçirmədiyindən, miras əmlakdan payın verilməsi barədə iddia tələbləri təmin edilməli deyil. Məhkəmə xüsusi qeyd edir ki, hazırki iddia tələbləri mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələblərini ehtiva etmir. İddiaçı miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən və vərəsələr siyahısına daxil olmadığından, sonuncun xx.xx.2022-ci il tarixli mübahisəli daşınmaz əmlakın bağışlanması barədə (hədiyyə verən) X11 ilə (hədiyyə alan) Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin mübahisələndirməsinə subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir, ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunan iddia tələbləri təmin edilmədiyindən mübahisəli əmlakın sonrakı özgəninkiləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın dəyərinin 30 faizi (20.100 manat) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; vurulmuş mənəvi ziyana görə Cavabdeh2 3.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə əlaqəli iddia tələbləri də təmin edilməli deyil. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X16 cəlb edilməklə) 6 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış 4Ə-2298 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 21 saylı Notariat Ofisində bağlanmış alqı-satqı və ipoteka barədə 4Ə-656 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi; X15 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi, X17 çatası məcburi payın İddiaçı irsi transmissiya yolu ilə keçməsi, mübahisəli əmlakın dəyərinin 30 faizi (20.100 manat) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, vurulmuş mənəvi ziyana görə Cavabdeh2 3.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə iddia tələbləri təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar