Məhkəmə qərarları › İş №e-2(011)-2949/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2949/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2949/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********00052 HOFFMANN X Ultra markalı telefon üçün 155.5 (yüz əlli beş manat,əlli qəpik) manat ödənilməmiş hissə, 15.5 (on beş manat,əlli qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87882 Xiaomi Redmi 8A markalı telefon üçün 160.2 (yüz altmış manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 16.8 (on altı manat, səksən qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********44330 Xiaomi Redmi 9A markalı telefon üçün 252.3 (iki yüz əlli iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, 25.7 (iyirmi beş manat, yetmiş qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********09399 iPhone 11 markalı telefon üçün, 1583.7 (min beş yüz səksən üç manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 158.3 (yüz əlli səkkiz manat, otuz qəpik) manat cərimə, ümumilikdə 2368 manat borc və 43.68 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********00052 HOFFMANN X Ultra markalı telefon, İMEİ kodu **********87882 Xiaomi Redmi 8A markalı telefon, İMEİ kodu **********44330 Xiaomi Redmi 9A markalı telefon, İMEİ kodu **********09399 iPhone 11 markalı telefon almış və nəticədə 2368 (ik min üç yüz altmış səkkiz) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 335.6 (üç yüz otuz beş manat, altmış qəpik) manat (12 ay x 22.3 manat + 68 manat ilkin ödəniş) İMEİ kodu **********00052 HOFFMANN X Ultra markalı telefon üçün ümumilikdə, 171 (yüz yrtmiş bir) manat olmaqla, ondan 155.5 (yüz əlli beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.5 (on beş manat, əlli qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 338.4 (üç yüz otuz səkkiz manat, qırx qəpik) manat (12 ay x 23.2 manat + 60 manat ilkin ödəniş) İMEİ kodu **********87882 Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə, 177 (yüz yetmiş yeddi) manat olmaqla, ondan 160.2 (bir yüz altmış manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16.8 (on altı manat, səksən qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 400.8 (dörd yüz manat səksən qəpik) manat (12 ay x 28.4 manat + 60 manat ilkin ödəniş) İMEİ kodu **********44330 Xiaomi Redmi 9A markalı telefon üçün ümumilikdə, 278 (iki yüz yetmiş səkkiz) manat olmaqla, ondan 252.3 (iki yüz əlli iki manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25.7 (iyirmi beş manat yeddi qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2038.7 (iki min otuz səkkiz manat yetmiş qəpik) manat (3 ay x 527.9 manat + 455 manat ilkin ödəniş) İMEİ kodu **********09399 iPhone 11 markalı telefon üçün ümumilikdə, 1742 (bir min yeddi yüz qırx iki) manat olmaqla, ondan 1583.7 (bir min beş yüz səksən üç manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 158.34 (bir yüz əlli səkkiz manat otuz dörd qəpik) manat cərimə borcu müəyyən olunmuşdur. Cavabdehin cəmi ödədiyi məbləğ 961.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20282808 saylı müqavilədən görünür ki, borclu kreditora 12 ay müddətinə İMEİ kodu **********00052 HOFFMANN X Ultra markalı telefon üçün hər ay 22.3 manat olmaqla, cəmi 335.6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20291757 saylı müqavilədən görünür ki, borclu kreditora 12 ay müddətinə İMEİ kodu **********87882 Xiaomi Redmi 8A markalı telefon üçün hər ay 23.2 manat olmaqla, cəmi 338.4 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 21033739 saylı müqavilədən görünür ki, borclu kreditora 12 ay müddətinə İMEİ kodu **********44330 Xiaomi Redmi 9A markalı telefon üçün hər ay 28.4 manat olmaqla, cəmi 400.8 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 21155425 saylı müqavilədən görünür ki, borclu kreditora 3 ay müddətinə İMEİ kodu **********09399 iPhone 11 markalı telefon üçün hər ay 527.9 manat olmaqla, cəmi 2038.7 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-cu il tarixli müqavilə üzrə 155.5 (yüz əlli beş manat,əlli qəpik) manat ödənilməmiş hissə, 15.5 (on beş manat,əlli qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 160.2 (yüz altmış manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 16.8 (on altı manat, səksən qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 252.3 (iki yüz əlli iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, 25.7 (iyirmi beş manat, yetmiş qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1583.7 (min beş yüz səksən üç manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 158.3 (yüz əlli səkkiz manat, otuz qəpik) manat cərimə borcu vardır. Ümumilikdə 2151.3 (iki min yüz əlli bir manat, otuz qəpik) manat məbləğində əsas borc və 216.3 (iki yüz on altı manat otuz qəpik) manat məbləğində cərimə borcu müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 43.68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(ların) dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə həmçinin iddianın 43.68 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 20282808 saylı müqavilə üzrə əsas borca görə 155.5 (yüz əlli beş manat,əlli qəpik) manat, cərimə borcuna görə 15.5 (on beş manat, əlli qəpik), xx.xx.2020-ci il tarixli, 20291757 saylı müqavilə üzrə əsas borca görə 160.2 (yüz altmış manat, iyirmi qəpik) manat, cərimə borcuna görə 16.8 (on altı manat, səksən qəpik) manat, xx.xx.2020-ci il tarixli, 21033739 saylı müqavilə üzrə əsas borca görə 252.3 (iki yüz əlli iki manat, otuz qəpik), cərimə borcuna görə 25.7 (iyirmi beş manat, yetmiş qəpik) manat, xx.xx.2020-ci il tarixli, 21155425 saylı müqavilə üzrə əsas borca görə 1583.7 (min beş yüz səksən üç manat, yetmiş qəpik) manat, cərimə borcuna görə 158.3 (yüz əlli səkkiz manat, otuz qəpik) manat olmaqla, cəmi 2368 (iki min üş yüz altmış səkkiz) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 43.68 (qırx üç manat, altmış səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar