Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3165/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıda göstərilən 5 Müddətli (nisyə) alqısatqımüqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur.
2. SM 77911 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 07-dən gec olmamaqla 56.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. SM 60579 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 10-dan gec olmamaqla 81.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. SM 60580 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 10-dan gec olmamaqla 81.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. SM 75881 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 16-dan gec olmamaqla 60.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. SM 84342 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 01-dən gec olmamaqla 116.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür.
İddiaçının tələbi:
3. İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 77911 saylı xx.xx.2022-ci il tarixli, SM 60579 saylı xx.xx.2022-ci il tarixli, SM 60580 saylı xx.xx.2022-ci il tarixli, SM 75881 saylı xx.xx.2022-ci il tarixli və SM 84342 saylı xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqı satqı müqavilələr üzrə yaranmış cəmi 3418.00 (üç min dörd yüz on səkkiz) manat əsas borc, 637.40 manat (altı yüz otuz yeddi manat 40 qəpik) cərimə, ümumilikdə 4 055.40 (dörd min əlli beş manat 40 qəpik) manat borcun və 60,56 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər:
5. xx.xx.2022-ci il tarixli, SM 77911 №-li Müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən, Xiaomi Mi 11S 128 GB (İMEİ kodu:**********72128) markalı telefon üçün borclu Cavabdeh 12 ay müddətinə 56 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür.
6. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, 07 iyul 2022-ci il tarixli, SM 77911 saylı nisyə satış müqaviləsi üzrə əsas borc 616 manat, cərimə borcu 117,60 manat olmaqla, ümumilikdə 733,60 manat borcu vardır.
7. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh Xiaomi Mi 11S 128 GB (İMEİ kodu:**********72128) markalı telefon tam qüsursuz təhvil verilmişdir.
8. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişə (xx.xx.2023cü il tarixli poçt qəbzi) əsasən, borclu barəsində 07 iyul 2022-ci il tarixli, SM 77911 saylı nisyə satış müqaviləsi və həmin müqavilənin ödəniş cədvəli mövcudur. Öhdəliyin icra edilməməsi nəticəsində 01 noyabr 2023-cü il tarixinə cəmi 733,60 manat məbləğində gecikdirilmiş borc ödənilməlidir. Borcun 20 gün müddətində ödənilmədiyi halda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
9. xx.xx.2022-ci il tarixli, SM 60579 №-li Müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən, Xiaomi Mi 11 Lite 5G 128 GB (İMEİ kodu:**********44773) markalı telefon üçün borclu Cavabdeh 12 ay müddətinə 81 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür.
10. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, 10 yanvar 2022-ci il tarixli, SM 60579 saylı nisyə satış müqaviləsi üzrə əsas borc 405 manat, cərimə borcu 121,50 manat olmaqla, ümumilikdə 526,50 manat borcu vardır.
11. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh Xiaomi Mi 11 Lite 5G 128GB (İMEİ kodu:**********44773) markalı telefon tam qüsursuz təhvil verilmişdir.
12. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişə (xx.xx.2023-cü il tarixli poçt qəbzi) əsasən, borclu barəsində 10 yanvar 2022-ci il tarixli, SM 60579 saylı nisyə satış müqaviləsi və həmin müqavilənin ödəniş cədvəli mövcudur. Öhdəliyin icra edilməməsi nəticəsində 01 noyabr 2023-cü il tarixinə cəmi 526,50 manat məbləğində gecikdirilmiş borc ödənilməlidir. Borcun 20 gün müddətində ödənilmədiyi halda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
13. xx.xx.2022-ci il tarixli, SM 60580 №-li Müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən, Xiaomi Mi 11 Lite 5G 128 GB (İMEİ kodu:**********77683) markalı telefon üçün borclu Cavabdeh 12 ay müddətinə 81 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür.
14. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, 10 yanvar 2022-ci il tarixli, SM 60580 saylı nisyə satış müqaviləsi üzrə əsas borc 405 manat, cərimə borcu 121,50 manat olmaqla, ümumilikdə 526,50 manat borcu vardır.
15. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh Xiaomi Mi 11 Lite 5G 128 GB (İMEİ kodu:**********77683) markalı telefon tam qüsursuz təhvil verilmişdir.
16. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişə (xx.xx.2023-cü il tarixli poçt qəbzi) əsasən, borclu barəsində 10 yanvar 2022-ci il tarixli, SM 60580 saylı nisyə satış müqaviləsi və həmin müqavilənin ödəniş cədvəli mövcudur. Öhdəliyin icra edilməməsi nəticəsində 01 noyabr 2023-cü il tarixinə cəmi 526,50 manat məbləğində gecikdirilmiş borc ödənilməlidir. Borcun 20 gün müddətində ödənilmədiyi halda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
17. xx.xx.2022-ci il tarixli, SM 75881 №-li Müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən, X1 11 Pro 8/128 GB (İMEİ kodu:**********16342) markalı telefon üçün borclu Cavabdeh 12 ay müddətinə 60 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür.
18. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, 16 iyun 2022-ci il tarixli, SM 75881 saylı nisyə satış müqaviləsi üzrə əsas borc 600 manat, cərimə borcu 126 manat olmaqla, ümumilikdə 726 manat borcu vardır.
19. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh X1 11 Pro 8/128 GB (İMEİ kodu:**********16342) markalı telefon tam qüsursuz təhvil verilmişdir.
20. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişə (xx.xx.2023-cü il tarixli poçt qəbzi) əsasən, borclu barəsində 16 iyun 2022-ci il tarixli, SM 75881 saylı nisyə satış müqaviləsi və həmin müqavilənin ödəniş cədvəli mövcudur. Öhdəliyin icra edilməməsi nəticəsində 01 noyabr 2023-cü il tarixinə cəmi 726 manat məbləğində gecikdirilmiş borc ödənilməlidir. Borcun 20 gün müddətində ödənilmədiyi halda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
21. xx.xx.2022-ci il tarixli, SM 84342 №-li Nisyə satış müqaviləsinə əsasən, satıcı bu müqaviləyə əsasən, qiyməti 1492 manat olan avadanlığı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
22. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, 01 sentyabr 2022ci il tarixli, SM 84342 saylı nisyə satış müqaviləsi üzrə əsas borc 1392 manat, cərimə borcu 150,80 manat olmaqla, ümumilikdə 1542,80 manat borcu vardır.
23. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh Playststion 5 825GB markalı məhsul tam qüsursuz təhvil verilmişdir.
24. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişə (xx.xx.2023-cü il tarixli poçt qəbzi) əsasən, borclu barəsində 01 sentyabr 2022-ci il tarixli, SM 84342 saylı nisyə satış müqaviləsi və həmin müqavilənin ödəniş cədvəli mövcudur. Öhdəliyin icra edilməməsi nəticəsində 01 noyabr 2023-cü il tarixinə cəmi 1542,80 manat məbləğində gecikdirilmiş borc ödənilməlidir. Borcun 20 gün müddətində ödənilmədiyi halda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
25. Digər sənədlər.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
29. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)
30. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
31. Məhkəmə qeyd ki, iddiaçı iddia ərizəsində SM 77911 saylı xx.xx.2022-ci il tarixli, SM 60579 saylı xx.xx.2022-ci il tarixli, SM 60580 saylı xx.xx.2022-ci il tarixli, SM 75881 saylı xx.xx.2022-ci il tarixli və SM 84342 saylı xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqı satqı müqavilələri üzrə ümumilikdə 637,40 manat borc məbəğinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə cərimə məbləğlərinin əsas borca mütənasib olmadığı qənaətinə gələrək, cərimə məbləğinin əsas borc mütənasib olaraq azaldılaraq 342 manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. (MM m.467)
32. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh SM 77911 saylı xx.xx.2022ci il tarixli, SM 60579 saylı xx.xx.2022-ci il tarixli, SM 60580 saylı xx.xx.2022-ci il tarixli, SM 75881 saylı xx.xx.2022-ci il tarixli və SM 84342 saylı xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqı satqı müqavilələri üzrə ümumilikdə 3418 manat ödənilməmiş hissə, 342 manat cərimə olmaqla, ümumilikdə, 3760 manat borc pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq azaldılaraq 57,60 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh SM 77911 saylı xx.xx.2022-ci il tarixli, SM 60579 saylı xx.xx.2022-ci il tarixli, SM 60580 saylı xx.xx.2022-ci il tarixli, SM 75881 saylı xx.xx.2022-ci il tarixli və SM 84342 saylı xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqı satqı müqavilələri üzrə ümumilikdə 3418 manat ödənilməmiş əsas hissə, 342 manat cərimə borcu olmaqla, ümumilikdə, 3760 (üç min yeddi yüz altmış ) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57,60 (əlli yeddi manat altmış qəpik) manat məbləğində pul Cavabdehdan tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova