Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3206/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı İddiaçı tərəfindən Cavabdeh 4320 (dörd min üç yüz iyirmi) manat kompensassiya ödənilməklə, cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi uzun müddət atası X3, sonradan isə onun istifadəsində və sahibliyində olmuşdur. Lakin, sonradan atasına baxmaq üçün razılığı gəldiyi şəxs Cavabdeh ona qarşı iddia qaldıraraq müvafiq evin ona məxsus olduğunu iddia etmiş, məhkəmədən onun həmin evə köçürülməsi, onunsa həmin evdən çıxarılmağını xahiş etmiş, Xətai rayon Məhkəməsinin 2(011)-2089/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsilə iddia qismən təmin edilmiş, Cavabdeh həmin evə köçürülməsinə dair qərar qəbul edilmişdir. Mərhum atası X5 insult, şəkər və təzyiq xəstəliyindən əziyyət çəkmiş, sağ qolu və bədəninin müxtəlif üzvləri amputasiya olunmuşdur. Bu səbəbdən, Cavabdeh ilə dayə qismində atasına baxması və gündəlik işlərdə köməklik etməsi məqsədilə razılığa gəlmişdir. Cavabdeh tərəfindən atasına dayəlik elədiyi müddətdə onların yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin kommunal ödənişlərini özü ödəmiş, bütün təmir və digər xərclərini də o qarşılamışdır. X1 2023-cü ilin sentyabr ayında vəfat etdikdən sonra Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən öz əşyaları ilə birlikdə çıxmış, sonradan müvafiq ev üzərində, qərəzli şəkildə haqq iddia edərək müvafiq evə köçürülməyə nail olmuşdur. Yuxarıda sadalanan hallara görə hal-hazırda onun cavabdehlə bir yerdə yaşamağı qeyri-mümkündür. Qeyd etmək lazımdır, mübahisəli evin yerləşdiyi ərazi üzrə oxşar evlərin aylıq kirayə haqqı 100-120 manat arasında dəyişməkdədir. Bu baxımdan ümumiləşdirilmiş məhkəmə təcrübəsi üzrə fərdi yaşayış evinin mülkiyyətçisi olmadan da evdən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsinə dair Xəzər rayon Məhkəməsinin 2(003)-805/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi, Xətai rayon Məhkəməsinin lş№ 2(011)-1499/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin iş № 2(103)-11072/2019 sayh, xx.xx.2019-cu il tarixli qətnamə və AR Ali Məhkəmənin həmin qətnamələri qüvvədə saxlanmasına dair, AR Ali Məhkəmənin İş № 2( 102) -8033/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı mövcuddur. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması gözlənti hüququ olan mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Cavabdehin etirazları: Cavabdeh yazılı etiraz ilə müraciət etməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək məhkəmədən iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2089/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2089/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılmış və 2(103)-4999/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilərək, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4994/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası tərəfindən baxılmış və 2(102)-30/2025 saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilərək, kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2089/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: - Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. İddiaçı Cavabdehin mərhum atası V.Mehdiyevlə sonuncunun vəfat etməsi gününədək mübahisəli yaşayış evində birgə yaşamaqları işin mübahisəsiz halıdır. İddiaçı yaşayış evinin ona məxsus olduğunu və cavabdeh İddiaçı mərhum atası V.Mehdiyevin arvadı olduğunu bildirir, cavabdeh isə mübahisəli evin özünə məxsus olduğunu, iddiaçının isə ataya baxmaq üçün dəvət edilmiş işçi olduğunu qeyd etmişdir. Mübahisəli ev özbaşına tikilidir. - İşin faktiki hallarını araşdırarkən məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli yaşayış evinə köçüb cavabdehin mərhum atası ilə birgə yaşamışdır, yaşayış evinin kommunal ödənişləri iddiaçının adından sonuncunun adına quraşdırılmış sayğac göstəricilərinə əsasən ödənilmişdir. İddiaçının cavabdehin mərhum atası ilə rəsmi nikahı olmamışdır. Tərəflərin arasında mübahisəli evin kimə məxsus olduğuna dair mübahisə vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, 2021-ci ildə o öz evindən iki küçə aralıda ev satırdı. Həmin evin sənədi yox idi. Şahid o evi maklerə verməmişdi. Gülnaz xanımın bacısı oğlu zəng vurmuşdu və ev satıb-satmamadığı ilə maraqlanmışdır. O da demişdir ki, istəyirsə açarı görütüb gedib evə baxa bilər. Yarım saat sonra ona zəng vurmuşdur ki, “işdən icazə al, gəl evin qiymətini razılaşaq”. Cavabdeh ona 2000 manat beh vermişdi və demişdi ki, MKİS-də gedib alqı-satqı edəcəklər. Pəncərə açıldı, sanitar qovşaqda kafel-metlax yox idi, pola kraska vuruldu. Təmiri o evin pulunun işində danışmışlar. Xanım demişdi ki, evi özü üçün alır. O satan evin işığı var idi, o da qaynanasının adına olub. Sonra qaz sayğaçı cavabdehin adına keçirilib. Evi satışa 15000 manata qoymuşdur. Bəzi işlər görüldü: pəncərə açıldı, divar kağızı vuruldu və sair. Ev onun olub, qaynanası o evi onun üçün almışdı. Qaynanası bilirmişdi ki, o ev satılacaq. Çıxarış olmadığından MKİS-də qeydiyyata almışlar. Alqı-satqıdan sonra onları görməmişdir. Təmir 13000 manatın içində olub. Alqı-satqıda cavabdehin qardaşı oğlu olub. Alqı-satqı 2 saylı MKİS-də olub. Tətbiq edilən hüquq Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11.4. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. İnsan Hüquqlarının və X4 X2 Maddə 2. Yaşamaq hüququ
1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs, qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, hazırki mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Habelə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil- Kommunal İstismar Sahəsindən daxil olan məktuba əsasən, qeyd olunan ünvan üzrə yerləşən ev özbaşına tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan tərəflər həmin ev üzərində mülkiyyət hüququ əldə etmirlər, yalnız orada yaşamaq və istifadə etmək kimi hüquqlarına malikdirlər. Tərəflərin izahatından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh və iddiaçının mərhum atası yaşamışdır. Belə olan halda sözügedən mənzillə bağlı qanuni qüvvəsini almış qətnamə əsas götürülərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq hüququ olması hazırki işin mübahisəsiz halı kimi qiymətləndirilir. Lakin İddiaçı məhkəməyə müraciət edərək sözügedən evin ona məxsus olduğunu və buna görə Cavabdeh məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş mənzilə köçürülmə hüququna kompensasiya ödənilməklə xitam verilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə ilkin olaraq bildirmək istəyir ki, mənzilə köçürülmə hüququna kompensasiya ödənilməklə xitam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsində və ya Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır. Məcəllələrdə yalnız əmlakın mülkiyyətçisi tərəfindən ona məxsus mənzildə yaşayan digər şəxslərin istifadə hüququna kompensasiya ödənilməsi ilə istifadə hüquqlarına xitam verilməsi qeyd edilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş bu mexanizm mənzilin mülkiyətçisinin əmlak üzərində orada yaşayan digər şəxslərdən daha geniş hüquqlara malik olduğundan, evin mülkiyyətçisi və evə dair istifadə hüququ olan digər şəxslərin maraqları arasında “ədalətli balans” prinsipinin gözlənilməsi ilə onların arasında mövcüd olan mübahisənin həll olunmasına gətirib çıxardır. Hazırki mülki işin həqiqi halları əsas götürülərək müəyyən olunmuşdur ki, nə iddiaçının, nə də cavabdehin ev üzərində mülkiyyət hüquqları yoxdur. Bununla yanaşı məhkəmə hesab edir ki, mülki iş üzrə İddiaçı evə dair mülkiyyət hüququna dair gözləntisi yoxdur. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstırilmişdir: 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. X9 Hüquqları Məhkəməsi “X7rşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “ Hazırki mülki iş üzrə İddiaçı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini onun vəsait hesabına alınmasını, kommunal ödənişlərinin özü tərəfindən ödənilməsin, habelə bütün təmir və digər xərclərin onun tərəfindən qarşılanmasına iddia etsə də, bu faktlarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli evlə bağlı mülkiyyət hüququ gözləntisi yoxdur. Belə olan halda, hazırki mülki iş üzrə İddiaçı mübahisəli ev üzərində Cavabdeh daha üstün və geniş hüquqlara malik olması öz təstiqini tapmamışdır. Əmlaka dair Cavabdeh yaşamaq hüququ vardır və həmin hüququn məhdudlaşdırılması üçün heç bir qanuni əsas qeydə alınmamışdır. Bu cür iddia tələbinin təmin edilməsi əsassız olaraq cavabdehin ev üzərində olan yaşamaq hüququna xitam verilməsinə və gələcəkdə yaşayış sahəsiz qalmasına gətirib çıxaracaqdır. Məhkəmə yuxarıda istinad olan hallar əsas götürərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı İddiaçı tərəfindən Cavabdeh 4320 (dörd min üç yüz iyirmi) manat kompensassiya ödənilməklə, cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə hüquqlarına xitam verilməsinə dair iddia tələbinin irəli sürülməsinə subyektiv hüququ mövcüd deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki hazırki iş üzrə subyektiv hüquq anlayışının birinci elementi və buna müvafiq olaraq ikinci və üçüncü elementləri mövcud olmadığından, yəni iddiaçının başqa şəxslərdən tələb etmək və müdafiə hüququ yaranmadığından, İddiaçı Cavabdeh qarşı İddiaçı tərəfindən Cavabdeh 4320 (dörd min üç yüz iyirmi) manat kompensassiya ödənilməklə, cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə hüquqlarına xitam verilməsi tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı İddiaçı tərəfindən Cavabdeh 4320 (dörd min üç yüz iyirmi) manat kompensassiya ödənilməklə, cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə hüquqlarına xitam verilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Abbasova Əminə