Məhkəmə qərarları › İş №e-2(011)-3225/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3225/2025

07.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3225/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı Nasib qızının iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı Nasib qızı Cavabdeh qarşı – cavabdehin kompensasiya verilməklə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-cü sahə ünvanında yerləşən yaşayış evinə istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia tələbi ərazi aidiyyəti baxımından Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılmalı olmayan tələbdir. Ona görə ki, iddiaçının tələbi cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə bağlı olmaqla ərazi aidiyyəti üzrə MPM-nin 39-cu maddəsi ilə tənzimlənən müstəsna aidiyyət qaydalarına uyğun olaraq, mübahisəli yaşayış sahəsinin olduğu yerin məhkəməsində baxılmalı olan tələbdir. Tələbdən görünür ki, mübahisəli yaşayış sahəsi Bakı şəhərinin Sabunçu rayonundadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Beləliklə, iddiaçı tələbi müstəsna aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olduğundan, hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Nasib qızının Cavabdeh qarşı – cavabdehin kompensasiya verilməklə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-cü sahə ünvanında yerləşən yaşayış evinə dair istifadə hüququna xitam verilməsi barədə ddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Nasib qızına izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı Nasib qızı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün Hökumət ödəniş portalı vasitəsi ilə (qəbz: **********) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar