Məhkəmə qərarları › İş №e-2(011)-3284/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3284/2025

07.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3284/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı kiçik ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun ödənilməsi” tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizənin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun deyil. Mövcud ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mövcud tələbini əks etdirən “abonent saldosu”nu ərizəyə əlavə etsə də, lakin əlavə edilmiş “abonent saldosu”nda hər hansı halı müəyyən etmək üçün yazılar ümumiyyətlə oxunmur. Məhkəmə hazırki halda həmin “abonent saldosu”nun ərizəyə əlavə edilməmiş kimi qiymətləndirir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 284-3.2.4 və 284-3.2.5-ci maddələrinə görə tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar, əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə görə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı hazırki ərizəsi onun forma tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi geri qaytarılsın. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149, 284-3.2.4, 284-3.2.5, 284-3.5-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar