Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-335/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh tərəfindən İddiaçı məxsus 3-cü Yaşayış massivi ev 98T yerləşən bağ evinin qaz sərfiyyatına görə hesablanmış 21649,20 (iyirmi bir min altı yüz qırx doqquz manat 20 qəpik) manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: 3-cü Yaşayış massivi, ev 98T ünvanında yerləşən və İddiaçı məxsus bağ evinə dair (Abonent kodu:**********00988) Cavabdeh İçtimai Birliyi tərəfindən xx.xx.2024-cü il tarixdə xəbərdarlıq bildirişi təqdim edilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, sözügedən bağ evinə məxsus 42674742 nömrəli sayğac göstəricilərinə əsasən qaz sərfiyyatı üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 21649,20 (iyirmi bir min altı yüz qırx doqquz manat iyirmi qəpik) manat pul məbləğində borc hesablanmışdır. Sözügedən bağ evində 4 ildən çoxdur ki, heç kim yaşamır və qazdan istifadə olunmur. Lakin, qazdan istifadə olunmadığı təqdirdə cavabdeh tərəfindən əsassız və qanunsuz borc hesablanmışdır. İddiaçı Cavabdehnə müraciət edərək, qanunsuz hesablanmış borcun silinməsini xahiş etmişdir. Lakin, cavabdeh həmin müraciətə məhəl qoymamış və borc məbləğini silməmişdir. Bu səbəbdən, Cavabdeh tərəfindən həmin bağ evinin qaz sərfiyyatı üzrə hesablanmış 21649,20 manat (iyirmi bir min altı yüz qırx doqquz manat 20 qəpik) borcun silinməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini, iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları Abonent İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00988) 2020-ci ilin iyun ayından 2024-cü ilin mart ayınadək olan dövrdə istifadə edilmiş qazın həcminə görə 21649,20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filiaslının 3-15-2-1/2-670/2025 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, toplanmış materiallardan və “Azəriqaz" İB-yi tərəfindən tərtib edilmiş abonent saldosu üzrə və sayğacdan keçən qazın sayğac göstəricisinin məlumatlarını nəzərə alaraq istehlakçı tərəfindən istehlak olunan qazın dəyərinin hesablanması həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq Tarif Şurasının hesabatı ilə hesablanmışdır: 2020-ci il üzrə tərtib edilmiş saldoya əsasən - 12050 m3, dəyəri 2151,30 manat, 2021-ci il üzrə tərtib edilmiş saldoya əsasən - 26350 m3, dəyəri 5381,35 manat, 2022-ci il üzrə tərtib edilmiş saldoya əsasən - 24750 m3, dəyəri 5664,90 manat, 2023-cü il üzrə tərtib edilmiş saldoya əsasən - 20576 m3, dəyəri 4539,50 manat, 2024-cü il üzrə tərtib edilmiş saldoya əsasən -13559 m3, dəyəri 2909,90 manat təşkil etmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 3 mərtəbən ibarətdir. Yaşayış evinin həyətyani sahəsində əkinlər və 2 təsərrüfat tikintisi mövcuddur. Yerində müayinə zamanı evdə mübahisəli borc məbləğinin hesablandığı dövrdə yaşayışın olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu (01 may 2022-ci il tarixinədək qüvvədə olan redaksiya).
8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. ( “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu (01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiya).
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş. “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixindən sonra qüvvədə olan redaksiyası 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş. “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyası 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə istifadə edilmiş qazın həcminə görə iddiaçıya 2020-ci ilin iyun ayından 2024-cü ilin mart ayınadək 21649,20 manat məbləğində borc hesablanmışdır. İddiaçı qeyd edilən evdə yaşayışın olmadığına görə aparılmış hesabatın səhv olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı keçirilmiş yerində müayinə nəticəsində də, qeyd edilən ünvanda 2020-ci ildən 2024-cü ilədək yaşayışın olubolmadığını da müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən məhkəmə tərəfindən müvafiq rəyin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialına müraciət edilmiş və, 3-15-2-1/2-322/2025 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən görünür ki, 2020-ci il üzrə hesablanan 12050 m3 qaz həcminin dəyəri 2151,30 manat, 2021-ci il üzrə hesablanan 26350 m3 qaz həcminin dəyəri 5381,35 manat, 2022-ci il üzrə hesablanan 24750 m3 qaz həcminin dəyəri 5664,90 manat, 2023-cü il üzrə hesablanan 20576 m3 qaz həcminin dəyəri 4539,50 manat, 2024-cü il üzrə hesablanan 13559 m3 qaz həcminin dəyəri 2909,90 manat, ümumilkdə 20646,95 manat müəyyən olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən təqdim edilmiş rəy nəzərə alınmaqla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hesablanmış 1002,70 (21649,20 manat-20646,95=1002,70 manat) manat məbləğində borc silinməlidir. Qalan 20646,95 manat borc məbləği, istehlakçı tərəfindən istifadə edilən qazın dəyərinə görə hesablandığından, iddia qeyd edilən borc məbləğinin silinməsi hissəsində təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 30,02 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanı üzrə abonent X2 (abonent kodu: **********00988) hesablanmış 1002,25 (min iki manat iyirmi beş qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilsin. Cavabdeh İB-nən 30,02 (otuz manat iki qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova