Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3355/2022 06.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" MMC-si Cavabdeh qarşı “borcun ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-si tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 yanvar 2021-ci il tarixdə bağlanmış 127103 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 538.2 manata bir ədəd nisyə mobil telefon satmışdır. Müqavilə bağlanarkən alıcı 65 manat ilkin ödəniş həyata keçirmiş, qalan 473.2 manat məbləğində pulu hər ay 39.43 manat ödəmək şərtilə 12 ay müddətinə, hər ayın 12-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 7 ay toplam olaraq 289.87 manat ödəniş etmiş və qalıq 183.31 manat borcunu ödəməkdən yayınmışdır. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsilə ona rəsmi qaydada 17 noyabr 2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 183.31 manat əsas, həmin gün üçün hesablanmış 25.74 manat cərimə, 209.05 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə cəmi 231.28 manat borcu yaranmışdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 284-1, 284-2-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 183.31 manat əsas, 47.97 manat cərimə borcu olmaqla, cəmi 231.28 manat borcun, həmçinin 30 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış 12.01.2021-ci il tarixli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə 1 ədəd mobil telefon satılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı 17.11.2021-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissəhissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 12.01.2021-ci il tarixli müqaviləyə əsasən 183.31 manat əsas borc, 47.97 manat cərimə borcu olmaqla, cəmi 231.28 manat tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 12.01.2021-ci il tarixli müqavilə üzrə 183.31 manat əsas, 47.97 manat cərimə borcu olmaqla, cəmi 231.28 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova İş № 2(011)-3355/2022 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Bakı şəhəri Xətai Rayon Məhkəməsi Mən, hakim Abbasova İlahə Namiq Kamal qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi” barədə kiçik iddiaya dair işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında sadələşdirilmiş qaydada -ci il tarixdə saat -da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul etdim. Protokol ci il tarixdə tərtib olundu. Hakim: İlahə Abbasova İş № 2(011)-3605/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 20 iyul 2020-ci il Bakı şəhəri Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" MMC-si cavabdeh X2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-si tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «ABC TELECOM” MMC ilə bağladığı 16.09.2018-ci il tarixli müqaviləyə əsasən, LG markalı soyuducu almış və nəticədə 700 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.09.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1533 manat (18 ay x 85 manat + 3 manat ilkin ödəniş) olan LG markalı soyuducu üçün ümumilikdə 700 manat olmaqla, ondan 637 manat ödənilməmiş hissə, 204 manat cərimə hesablanmış, lakin müştəriyə güzəşt olunaraq 63 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 896 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 284-1, 284-2-ci maddələri ilə əsaslandıraraq, 16.09.2018-ci il tarixli müqaviləyə əsasən, LG markalı soyuducu üçün 637 manat ödənilməmiş hissənin, 63 manat cərimə borcu olmaqla, ümumilikdə 700 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 730 manatın cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-si ilə X3 arasında bağlanılmış 16.09.2018-ci il tarixli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə LG markalı soyuducu satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 "xxxx" MMC-si ilə bağladığı 16.09.2018-ci il tarixli müqaviləyə əsasən ümumilikdə 700 manat olmaqla, ondan 637 manat ödənilməmiş məbləğ, 63 manat cərimə borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin cavabdeh X2 ünvanladığı 28.06.2019-cu il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə qısa bir zamanda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissəhissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, cavabdeh X3 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 16.09.2018-ci il tarixli müqaviləyə əsasən 637 manat ödənilməmiş məbləğ (əsas borc), 63 manat cərimə, ümumilikdə 700 manat tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 16.09.2018-ci il tarixli müqavilə üzrə 637 manat əsas, 63 manat cərimə borcu olmaqla, cəmi 700 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən İlahə Abbasova İş № 2(011)-3605/2020 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Bakı şəhəri Xətai Rayon Məhkəməsi Mən, hakim Abbasova İlahə Namiq Kamal qızı, iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında sadələşdirilmiş qaydada 20 iyul 2020-ci il tarixdə saat 16:00-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul etdim. Protokol 20 iyul 2020-ci il tarixdə tərtib olundu. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3355/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3355/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver