Məhkəmə qərarları › İş №e-2(011)-3369/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-3369/2025

21.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3369/2025 21.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X6 X4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X6 X4 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X6 Neft Emalı Zavodu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan Dş-500 mm və Dş300 mm neft boru kəmərlərinin “Mühafizə zonası”nın 24.5 metrliyində vətəndaş Cavabdeh tərəfindən fərdi yaşayış evinin inşaası məqsədilə 10x6.50x1.40 metr ölçülərdə tikilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən daxil olmuş məktubda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində X6 X7 (NEZ) məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 20-25 metr aralı məsafədə, 2-ci sırada özünü həmin yerin sahibi kimi təqdim edən Namiq adlı şəxs tərəfindən hündür hasarla əhatə olunmuş həyətin içində 11.5X6.5 metr ölçülərdə 4 mişar daşı və onun üzərində əlavə 4 kərpic hündürlüyündə ev tikintisi işlərinin aparılması faktı aşkar edilmişdir. Namiq adlı şəxslə fərdi söhbət aparılmış, görülən işlərin mühafizə zonasına düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və tikilinin sökülməsi tələb olunmuşdur. Lakin o, öz həyətinin daxilində iş apardığını əsas gətirərək tikilini sökməyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə həmin əraziyə NEZ üzrə yaradılmış komissiyanın işçi qrupunun üzvlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan Dş-500 mm (soba yanacağı) və Dş-300 mm (nafta) neft boru kəmərlərinin “Mühafizə zonası”nın 24.5 metrliyində vətəndaş Cavabdeh tərəfindən fərdi yaşayış evinin tikintisi məqsədilə 10x6.50x1.40 metr ölçülərdə hörgü işləri aparılmışdır. Bundan başqa həmin ərazidən Dş-500 mm və Dş-300 mm neft boru kəmərlərinə paralel Dş-500 mm (dizel) və Dş-300 mm (kerosin) neft boru kəmərləri keçir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. X5 iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X2 ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılması və qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli O.Cavadov, A.Əsgərov və A.Ramazanovun iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:15-də 18 saylı (H.Əliyev adına NEZ-ə məxsus boru kəmərlərinin ərazilərini müşahidə (avtomobildə səyyar, İ növbə)) postun ərazisindəki NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zolağında, Xətai rayonu NZS qəsəbəsi Rəşid Bağırov küçəsində, kəmərdən təqribən 20-25 metr aralı məsafədə 2-ci sırada özünü həmin yerin sahibi kimi təqdim edən Namiq adlı şəxs tərəfindən (şəxsiyyət vəsiqəsini təqdim etmədi) mövcud hündür hasarla əhatə olunmuş həyətin içində 11.5x6.5 metr ölçülərdə 4 mişar daşı və onun üzərində əlavə 4 qırmızı kərpic hündürlüyündə ev tikintisi işlərinin aparılması tərəfimizdən aşkar edilmişdir. Həmin şəxslə fərdi söhbət aparılmış, görülən işlərin mühafizə zolağına düşdüyü üçün qanunazidd olması bildirilmiş və tikilinin sökülməsi tələb olunmuşdur. Lakin o öz həyətinin daxilində iş apardığını əsas gətirərək sökməyəcəyini bildirmişdir. Əraziyə Xətai rayonu Polis bölməsinin əməkdaşları sahə müvəkkili və İcra hakimiyyəti nümayəndələri də çağrılmış, icra hakimiyyəti nümayəndələri həyətə əvvəlcə daxil olsa da sonradan ev sahibi onları da çölə çıxarmış, və bir daha qapını açmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli S.Məmmədov, S.Məmmədəliyev, Nümayəndə və S.Əliyevin iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, qanunsuz tikinti işləri aparılan ünvan 2 ünvanına baxış keçirilən zaman həmin ünvanda vətəndaş Cavabdeh (***-***-**-**) tərəfindən fərdi yaşayış evinin tikintisi məqsədilə 10 x 6.50 x 1.40 metr ölçülərdə hörgü işlərinin aparıldığı müəyyən olunmuşdur. NEZ-in İstehsalat departamentinin istehsalat üzrə mühəndisi Süleyman Əliyev, SDM-in Mühəndislik və layihə Departamentinin boru işləri üzrə böyük mühəndisi Suliddin Məmmədəliyev tərəfindən qeyd olunan ərazi barədə təqdim olunmuş aidiyyəti sənədlərə əsasən, sözügedən tikili X6 X7 məxsus neft məhsulları nəql olunan Dş-500 mm (soba yanacağı) və Dş-300 mm (nafta) neft boru kəmərlərinin "Mühafizə Zonası"nın 24.5 metrliyində yerləşir. Bundan başqa həmin ərazidən Dş-500 mm və Dş-300 mm neft boru kəmərlərinə paralel Dş-500 mm (dizel) və Dş-300 (kerosin) mm neft boru kəmərləri keçir. İş materiallarında olan SOCAR tərəfindən verilmiş Arayışdan görünür ki, Heydər Əliyev adina X4 (NEZ) obyektlərinin və kommunikasiyalarının mühafizəsinin gücləndirilməsi, o cümlədən, daimi istifadəsində olan torpaq sahələrinin özbaşına zəbt olunması və qeyri-qanuni tikililərə qarşı mübarizə aparılmas üçün daimi fəaliyyət göstərən monitorinq komissiyasinin işçi qrupu tərəfindən xx.xx.2025-ci il tarixində Xətai rayonu, Rəşid Bağırov küçəsindəki ünvana baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, qanunsuz tikinti işləri aparılan ünvan 2 ünvanında vətəndaş Cavabdeh (***-***-**-**) tərəfindən fərdi yaşayış evinin tikintisi məqsədilə 10 x 6.50 x 1.40 metr ölçülərdə hörgü işlərinin aparıldığı ərazi NEZ-ə məxsus boru xətlərindən 24.5 m aralı məsafədə yerləşir. Boru xətləri haqqında texniki məlumat aşağıda göstərilmişdir: Dş 500 mm boru xətti ilə 12 № li İstehsalatın 2-ci xidmət sahəsindən (20-ci körpü) NEZ-ə soba yanacağı nəql olunur. Boru xətti 2010 cu-ildən etibarən istismar olunur. 2.Dş 300 mm boru xətti ilə 12 № li İstehsalatın 2-ci xidmət sahəsindən (20-ci körpü) NEZ-ə nafta nəql olunur. Boru xətti 1959 cu ildən etibarən istismar olunur. 3.Dş 300 mm boru xətti 12 № li İstehsalatın 2-ci xidmət sahəsindən (20-ci körpü) NEZ-e TC-1 (reaktiv mühərrik yanacağı) nəql olunur. Boru xətti 2010 cu ildən etibarən istismar olunur. 4. Dş 500 mm boru xətti 12 № li İstehsalatın 2-ci xidmət sahəsindən (20-ci körpü) NEZ-ə dizel yanacağı nəql olunur. Boru xətti 1924 cü ildən etibarən istismar olunur. Tikinti aparılan ərazi boruların mühafizə zonasında yerləşir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfinən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisi məqsədilə 10 x 6.50 x 1.40 metr ölçülərdə hörgü işləri Cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan aparılmışdır, cavabdehin istifadəsində olan 10 x 6.50 x 1.40 metr ölçülərdə hörgü X6 X7 məxsus neft məhsulları saxlanılan rezervuar parkının boru xətlərindən 24.5 m aralı məsafədə inşa edilməklə qaz kəmərinin mühafizə zonasına düşür və özbaşına tikilidir. Bununla belə, Cavabdeh mübahisələndirilən əmlaka mülkiyyət hüququna əsas verən, o cümlədən özbaşına tikilinin sökülməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, ünvan 2 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan Dş-500 mm və Dş300 mm neft boru kəmərlərinin “Mühafizə zonası”nın 24.5 metrliyində fərdi yaşayış evinin inşaası məqsədilə 10x6.50x1.40 metr ölçülərdə tikilmiş tikili Cavabdeh tərəfindən inşa edilməklə qanunsuz tikili olduğundan, iddia tələbi təmin edilməli və mübahisələndirilən tikili onun tərəfindən sökülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. “Qaz təchizatı haqqında” AR qanununun 19.1-ci maddəsinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Həmin Qanunun 22-ci maddəsinə əsasən, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan Dş-500 mm və Dş300 mm neft boru kəmərlərinin “Mühafizə zonası”nın 24.5 metrliyində vətəndaş Cavabdeh tərəfindən fərdi yaşayış evinin inşaası məqsədilə 10x6.50x1.40 metr ölçülərdə tikilmiş tikili sökülməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan Dş-500 mm və Dş300 mm neft boru kəmərlərinin “Mühafizə zonası”nın 24.5 metrliyində vətəndaş Cavabdeh tərəfindən fərdi yaşayış evinin inşaası məqsədilə 10x6.50x1.40 metr ölçülərdə tikilmiş tikili sökülsün. Dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 (yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X6 X7 ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar