Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3428/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: “Toyota Prius” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh tərəfindən idarə edilən “Toyota Prius” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ərazisində yolnəqliyyat hadisəsi törədərək “Kia Picanto” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Kia Picanto” minik markalı **-NH-*** dövlət qeydiyyat vasitəsinə dəymiş zərər "xxxx" ASC-də yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən 100 manat məbləğində müəyyənləşdirilmişdir. 100 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Cavabdehə Faydalanan şəxsə ödənilmiş 100 manat məbləği qaytarması barədə pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. İddiaçının tələbi: Cavabdeh 100 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: - Xətai rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan görünür ki, xx.xx.2021-ci il tarixində saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ərazisində cavabdeh yol-nəqliyyat hadisəsi baş vermişdir və yol-nəqliyyat hadisəsinin növü toqquşmadır; - xx.xx.2021-ci il tarixli İnzibati Xəta haqqında İXP4160289 saylı protokolun surətindən görünür ki, “Toyota Prius” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir; - xx.xx.2021-ci il tarixli İnzibati Tənbehvermə haqqında TP4573293 saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində saat 17:00-da idarə etdiyi “Toyota Prius” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkətin zolağına çıxmadan manevr etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı madddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli X1 izahatının surətindən görünür ki, o “Kia Picanto” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ərazisində saxlayıb evə getmişdir. X2 avtomobilinə yaxınlaşanda “Toyota Prius” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ön hissəsi ilə onun avtomobilinin arxa sol hissəsini əzdiyini görür. Bu zaman Cavabdeh hadisə yerində 5-10 dəyqə gözləyib, hadisə yerini tərk edib getmişdir; - xx.xx.2021-ci il tarixli Cavabdeh izahatının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi əraisində o “Toyota Prius” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Kia Picanto” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyərək toqquşmuşdur. Hadisə zamanı nəqliyyat vasitəsində zərərçəkən olmamışdır. Sonradan Cavabdeh hadisə barədə polisə məlumat vermədən hadisə yerini tərk etmişdir; - "xxxx" ASC-də yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, “Kia Picanto” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 100 manat məbləğində zərər dəymişdir; - "xxxx" ASC tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli elektron ödəniş qəbzindən və xx.xx.2021-ci il tarixli 1-1488/21 saylı sığorta ödəniş aktından görünür ki, X1 hesabına 100 manat sığorta ödənişi edilmişdir; - "xxxx" ASC tərəfindən göndərilən xx.xx.2021-ci il tarixli pretenziya məktubu və məktubun göndərilməsi üçün xx.xx.2022-ci il tarixli poçt qəbzindən görünür ki, Cavabdeh borcunu ödəməsinə dair xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu:
23. Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə təqdim edilən sübutlara sadalanan qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayındığından, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə, yəni cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. İddiaçı "xxxx" ASC “Kia Picanto” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün zərərçəkən şəxsə 100 manat məbləğində sığorta ödənişi etdiyinə görə, həmin məbləği subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 100 manat pul məbləği “Azərbaycan Sənaye Sığorta" ASC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 100 (yüz) manat pul məbləği “Azərbaycan Sənaye Sığorta" ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “Azərbaycan Sənaye Sığorta" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Eyvazova