Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3441/2024 07.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Qanuni nümayəndə və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7 və Cavabdeh2 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Qanuni nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1, X7 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən X13 ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və ünvan 1, mənzil 2 (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) mənzillərə dair X13 ilə X19 ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqavilələrinin, ünvan 7 88 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-139 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, ünvan 7 89 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-140 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi X4 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-141 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi Cavabdeh2 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-142 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə X14 ilə faktiki nikaha daxil olmuş, nikahlarını rəsmiləşdirməsələr də, birlikdə yaşamış, xx xxxxxxx 2009-cu il tarixdə Zəhra adlı qızları dünyaya gəlmişdir. X20 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdehlərdən Cavabdeh2 və X19 da X5 övladlarıdırlar, lakin həmin uşaqların anaları X15 ilə də X20 arasında rəsmi nikah bağlanmamışdır.Cavabdehlərdən Cavabdeh3 X8 anasıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx xxxxxxx 2009-cu il təvəllüdlü X6 atasının X14 olması faktı müəyyən edilmiş, doğum haqqında akt qeydlərində dəyişiklik edilərək ata qrafasında X14 (milliyyəti azərbaycanlı), ana qrafasında Qanuni nümayəndə (milliyyəti azərbaycanlı) kimi məlumatların göstərilməsi qət olunmuşdur.Qətnamə qanuni qüvvəyə minmişdir. Xətai rayon məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(011)-71/2022 saylı qətnaməsi ilə Vahabova (Məhərrəmli) Zəhra Fariz qızının xx.xx.2018-ci il tarixində vəfat etmiş X5 miras əmlakına vərəsəlik hüququnun tanınması, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538, 128 saylı mənzilə olan 100% paya dair xx.xx.2020-ci il tarixli və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, 90 saylı mənzilin ½ hissəsinə dair xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatların ləğv olunması, xx.xx.2018-ci il tarixində vəfat etmiş X1 miras qalmış - Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, 90 saylı mənzilin ½ hissəsinə və Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538, 128 mənzilə olan 100% payına dair Cavabdeh3 ¼, Cavabdeh2 ¼, X4 ¼ və Vahabova (Məhərrəmli) Zəhra Fariz qızının ¼ payı müəyyən edilmiş, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023 –cü il tarixli, 2(103)-4544/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-71/2022 saylı iş üzrə 16 dekabr 2022-cü il tarixli qətnaməsi “ünvan 7, ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən, ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzilə və ünvan 1, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzilə dair verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmuş, həmin hissədə iddia tələbi təmin edilmişdir. ünvan 7, ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən, ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzilə və ünvan 1, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzilə dair verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər etibarsız hesab edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli , 2(103)-4544/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-71/2022 saylı iş üzrə 16 dekabr 2022-cü il tarixli qətnaməsi “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88 və ünvan 1, 2 saylı mənzilə (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 Ml, m.2) dair Cavabdeh3 ¼, Cavabdeh2 ¼, X4 ¼ və Vahabova (Məhərrəmli) Zəhra Fariz qızının ¼ payının müəyyən edilməsi” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmuş, Vahabova (Məhərrəmli) Zəhra Fariz qızının həmin iddia tələbləri baxılmamış saxlanılmış, bağışlanan və alqı-satqı müqavilələrinin etibarsızlığına dair iddia qaldırmaq hüququ iddiaçıya izah olunmuşdur. İddiaçı2 (Məhərrəmlinin) Fariz Vahabovun qanun üzrə birinci növbəli vərəsəsi, Fariz Vahabovun miras əmlakının isə ünvan 7 ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzildən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzildən, ünvan 1, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42,43 kv/m olan 2 saylı mənzildən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 62.2 kv/m olan mənzilin 1/2 hissəsindən, "xxxx" MMC-nin ünvan 5 ünvanda inşa etdiyi binada yerləşən 128 saylı mənzilə olan 100% paydan ibarət olduğu işin mübahisələndirilməyən halıdır. İddiaçı2 (Məhərrəmlinin) mərhum X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ məhkəmə qətnamələrinə əsasən tanınmışdır. Miras əmlakdan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 62.2 kv/m olan mənzilin 1/2 hissəsi və "xxxx" MMC-nin ünvan 5 ünvanda inşa etdiyi binada yerləşən 128 saylı mənzillə bağlı mübahisə bitmiş, öz qanuni həllini tapmışdır.Hazırkı iddia digər üç miras əmlakla bağlıdır. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqındaşəhadətnamə”də göstərilmişdir ki, xx.xx.2018 tarixdə vəfat etmiş X9 vərəsələri - anası Cavabdeh3dır və miras əmlakdan 1/3 hissədə, xx.xx.2007-ci il təvəllüdlü qızı Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə, X10r və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016 tarixdə X11 verilmiş **********26-05101-093055 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzildən ibarətdir. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqındaşəhadətnamə”də göstərilmişdir ki, xx.xx.2018 tarixdə vəfat etmiş X8 vərəsələri anası Cavabdeh3dır və o, miras əmlakdan 1/3 hissədə, qızı Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə, qızı X10r və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır.Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Əraziİdarəsi tərəfindən xx.xx.2016 tarixdə X11 verilmiş **********26-05101-093049 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzildən ibarətdir. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqındaşəhadətnamə”də göstərilmişdir ki, xx.xx.2018 tarixdə vəfat etmiş X8 vərəsələri – anası Cavabdeh3dır və o, miras əmlakdan 1/3 hissədə, qızı Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə, qızı X10r və o miras əmlakdan 1/3 hissədə pay almalıdır.Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Əraziİdarəsi tərəfindən xx/xx/2016 tarixdə X11 verilmiş **********68-05101-093014 reyestr, U16083811 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzildən ibarətdir. X13 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və Bakı şəhəri,Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 6, mənzil 2 (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) mənzillərdə olan payını X19 ilə bağladığı xx.xx.2020-ci il tarixli bağışlama müqavilələrinə əsasən X12 bağışlamışdır. ünvan 7 88 saylı mənzilin 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə, ünvan 7 89 saylı mənzilin 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə Vahabzadə (Vahabova) Fatimə Fariz qızının adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. ünvan 7 88 saylı mənzilin 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə, ünvan 7 89 saylı mənzilin 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi üzərindəxx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. ünvan 7 88 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-139 № ilə qeydə alınmış xx.xx.2021-ciil tarixli alqı-satqı müqaviləsinə əsasən 30 000 manata; ünvan 6 ünvanında yerləşən 89 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-140 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60 000 manata; ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi X4 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə- 141 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60 000 manata; ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi Cavabdeh2 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-142 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20 000 manata Cavabdeh1 satılmışdır. ünvan 7 88 saylı, ünvan 7 89 saylı mənzil və ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Cavabdeh1 mərhum Fariz Vahabovun ailəsinə ailəvi yaxınlığı olan şəxs olmuş, hətta Fariz Vahabov qətlə yetirilən gündən bir gün əvvəl onlar bir yerdə olmuş, bu səbəblə də cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmişdir. Cavabdeh1 mərhum Fariz Vahabovun ailəsinə yaxınlığı fotoşəkillər və toy mərasimlərində çəkilmiş videogörüntülərlə də təsdiq olunur. Bütün bunlar onu deməyə əsas ver ki, Cavabdeh1 vicdanlı alıcı hesab oluna bilməz, miras əmlakdan Zəhraya pay düşməsin deyə mübahisəsi gedən əmlaklar formal alqı-satqılar əsasında Cavabdeh1 adına keçirilmişdir.Cavabdeh1 ailənin yaxın adamıdır və Farizin Zəhra adlı nikahdankənar övladının olması və ona mirasdan pay düşməsin deyə bu əməliyyatların formal aparılmasından əvvəldən xəbərdar idi. Tərəflərin izahatları: İddiaçı Qanuni nümayəndə və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, Cavabdeh1 ilə mərhumun yaxın münasibətdə olduğunu, məhkəməyə təqdim edilən fotoşəkillər və videodiskdə də buna sübüt hesab edildiyindən onun vicdanlı alıcı olmamasını nəzərə alıb, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək, Cavabdeh1 vicdanlı alıcı olmasını nəzərə alaraq iddia müddətinin tətbiq edilməklə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Digər cavabdehlər (qanuni nümayəndəsi) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4544/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-71/2022 saylı iş üzrə 16 dekabr 2022-cü il tarixli qətnaməsi “ünvan 7, ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən, ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzilə və ünvan 1, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzilə dair verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmuş,həmin hissədə iddia tələbi təmin edilmiş, ünvan 7, ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən, ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzilə və ünvan 1, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzilə dair verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər etibarsız hesab edilmiş, qətnamə qalan hissədə, yəni “vərəsəlik şəhadətnamələri əsasında aparılmış qeydiyyatların ləğv olunması” tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 21.09.023-cü il tarixli, həmin qətnamənin 73-cü bəndindən görünür ki, birinci instansiya məhkəməsinin 9103)-4544/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-71/2022 saylı iş üzrə 16 dekabr 2022-cü il tarixli qətnaməsi “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88 və ünvan 1, 2 saylı mənzilə (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 Ml, m.2) dair Cavabdeh3 ¼, Cavabdeh2 ¼, X4 ¼ və Vahabova (Məhərrəmli) Zəhra Fariz qızının ¼ payının müəyyən edilməsi” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmuş, Vahabova (Məhərrəmli) Zəhra Fariz qızının həmin iddia tələbləri baxılmamış saxlanılmışdır. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.2009-cu ildə anadan olmuş, atası X20, anası Qanuni nümayəndə olmuşdur. xx.xx.2021-ci il tarixli AN-İ №0906102 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 6, mənzil 2 (AZ1025 ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 42.43 kv/m olan mənzilin ona məxsus 1/3 hissəsini alıcı Cavabdeh1 Həsənağa oğluna 20 000 manat müqabilində satmışdır. xx.xx.2021-ci il tarixli AN-İ №0906100 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X19 Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 6, mənzil 2 (AZ1025 ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 42.43 kv/m olan mənzilin ona məxsus 2/3 hissəsini alıcı Cavabdeh1 Həsənağa oğluna 60 000 manat müqabilində satmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, məhkəmədən iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər X4 və Cavabdeh2 qanuni nümayəndəsi X16 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, məhkəmədən iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 354.1ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli müqavilələrin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir. Hazırkı və bundan əvvəl tərəflər arasında olan məhkəmə araşdırması məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, X13 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və ünvan 1, mənzil 2 (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) mənzillərdə olan payını X19 ilə bağladığı xx.xx.2020-ci il tarixli bağışlama müqavilələrinə əsasən X12 bağışlamışdır. ünvan 7 88 saylı mənzilin 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə, ünvan 7 89 saylı mənzilin 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə Vahabzadə (Vahabova) Fatimə Fariz qızının adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. ünvan 7 88 saylı mənzilin 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə, ünvan 7 89 saylı mənzilin 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. ünvan 7 88 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-139 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 30 000 manata; ünvan 7 89 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-140 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60 000 manata; ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi X4 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-141 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60 000 manata; ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi Cavabdeh2 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-142 № ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20 000 manata Cavabdeh1 satılmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçının hazırda mübahisləndirdiyi ünvan 9 ünvanında yerləşən mənzil, ünvan 10şən 89 saylı mənzil və ünvan 10şən 88 saylı mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, hazırkı mülki mübahisənin həllində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsini hazırki mübahisəyə tətbiq edilməlidir. Həmin normaya əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Qeyd edilməlidir ki, mülkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). İddiaçı tərəf məhkəməyə alqı-satqı müqavilələrinin bağlanması zamanı onun iddiası üzrə əqdin etibarsızlığına əsas ola biləcək hallar barədə Cavabdeh1 məlumatlı olmasına dair sübutları nə hazırkı məhkəmə araşdırması zamanı, nə də əvvəlki məhkəmə araşdırması zamanı təqdim etməmiş, eyni zamanda müəyyən olunmuşdur ki, alıcı Cavabdeh1 mülkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən əmlakı əldə etmişlər. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş disk və fotoşəkillərə münasibət olaraq bildirir ki, mərhum Fariz Vahabovun sağlığında Cavabdeh1 tanıması, habelə birlikdə toy məclisində iştirak etməsi, cavabdehin vicdanlı alıcı olmasını istisna edən hal deyildir. Məhkəmə həmçinin iddiaçı tərəfindən mənzillərin aşağı qiymətə satılmasına dair tələbinə münasibət olaraq bildirir ki, müqavilələrin azadlığı prinsipinə əsasən alqı-satqı müqaviləsi predmetinin dəyəri tərəflər arasında razılaşdırıldığından mənzilin aşağı qiymətə satılması həmin əqdin etibarsızlığı üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alğı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında həmçinin göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cumlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır. Həmin qərarda həmçinin göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülkiyyətə hər hansı müdaxilə qanuni olmaqla həmçinin proporsionallıq tələblərinə də uyğun olmalıdır. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur... Ərizəçi hətta saxta sənədlər əsasında və ya dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməlidir və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir”. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alğı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Göründüyü kimi, qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuş, daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. Odur ki, Cavabdeh1 iddiaçı tərəfindən mübahisələndirilən ünvan 9 ünvanında yerləşən mənzil, ünvan 10şən 89 saylı mənzil və ünvan 10şən 88 saylı mənzilin vicdanlı alıcısı olduğundan onunla bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilə bilməz. Məhkəmə iddia tələblərinin X13 ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və ünvan 1, mənzil 2 (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) mənzillərə dair X13 ilə X19 ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsini cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizələr ilə əlaqələndirərək, aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Məhkəmə iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə əqdin etibarsız hesab edilməsinə dair kəsici müddət tətbiq edilərək, müddətinin ötürülməsi əsasına görə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsi məsələləri ilə əlaqədar kəsici müddət əqdin etibarsız sayılmasına əsas verən halları tərəfin bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il müddətində məhkəməyə müraciət etməli idilər. Məhkəmə həmçinin qeyd edir ki, 354-cü maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətlərdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. AR Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə qeyd edir ki, iddiaçı bundan əvvəl məhkəməyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onların əsasında aparılmış qeydiyyatların ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə məhkəməyə xx.xx.2021-ci ildə müraciət etmiş, həmin məhkəmə prosesinin gedişatında xx.xx.2020-ci il tarixli bağışlama və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən məlumatlı olmuş, bağışlama müqavilələrin etibarsızlığı və alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı isə Cavabdeh1 cavabdeh qismində cəlb etməklə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Qanuni nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1, X7 və Cavabdeh2 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” barəsində iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-3441/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3441/2024
07.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver