Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3637/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6 adına qeyd edilmiş xx.xx.1996-cı il tarixdə verilmiş “İV-ЖГ 470415” nömrəli ölüm haqqında şəhadətnamənin “İ-ИЕ 273023” nömrəli xx.xx.1956-cı ildə verilmiş doğum haqqında şəhadətnamədə göstərilən X15 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci ll tarixdə Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1996-cı il tarixdə verilmiş “İV-ЖГ 470415” nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X6 X4 adına qeyd olunan “İ-ИЕ 273023” nömrəli xx.xx.1956-cı ildə verilmiş doğum haqqında şəhadətnamədə göstərilən X17 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatlara uyğun izahat verərək bildirmişdir: “Mənim atam 11 oktyabr 1940-cı ildə Bakı şəhərində anadan olmuş X4 16 noyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat edib. Atamın miras qalmış əmlakının vərəsəlik qaydasında qəbulu üçün aidiyyəti üzrə notariat kontoruna müraciət etdim, lakin atamın doğum haqqında şəhadətnaməsi ilə atamın anasının ölüm haqqında şəhadətnaməsində göstərilən ad və soyad uyğunsuzluğu səbəbindən vərəsəlik hüquqlarını həyata keçirə bilmirəm. Eyni zamanda qeyd olunan halla bağlı Bakı şəhər Maraqlı şəxsnə müraciət etmişəm, müvafiq düzəlişlər aparılmasını xahiş etmişəm, müraciətimə imtina cavabı verilib. Mənim mərhum atamın X1 mərhum anasının X6 ölüm haqqında şəhadətnaməsində adı və ata adından fərqli olaraq özünün nikah haqqında şəhadətnaməsində X18 və atamın doğum haqqında şəhadətnaməsində X17 kimi qeyd olunur. Nənəmin müxtəlif sənədlərdə tam adı müxtəlif yazılıb, bununla bağlı mən vərəsəlik işi çərçivəsində mənə miras qalmış əmlakı rəsmiləşdirə bilmirəm. Nənəm milli mənsubiyyətinə görə yəhudi əsillidir, sənədlərində soyadı və adı düzgün qeyd edilməyib ona görə ki, nənəmin dediyinə görə, istər çar Rusiyası, sonra rus inqlabı, ondan sonra isə Böyük Vətən müharibəsi dövründə yəhudilərə münasibət çox pis və amansız idi, yəhudilərdən milli mənşəyini soruşanda qorxularından başqa mənşəli olduğunu deyirdilər, onlar həmişə siyasi rejimin qurbanı olmuşlar, bu səbəbdən özünü müxtəlif instansiyalarda və müxtəlif yerlərdə fərqli adlandırırdı. Nənəm yəhudilərin sıx və kompleks məskunlaşdığı Vinnitsa vilayətinin kiçik bir şəhəri olan Berşadda doğulmuşdur. O şəhərdə ki, 2-ci Dünya müharibəsi dövründə Berşad faşist Almaniyası tərəfindən işğal edilmişdir, şəhərdə getto yaradılmışdır. Nənəm müharibənin dəhşətlərini öz gözləri görmüşdür, o acı xatirələrini həmişə bizimlə bölüşürdü. Ərizəyə əlavə etdiyim 459512 nömrəli xx.xx.2024 tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, atam X4 xx.xx.2024 tarixində vəfat etmişdir. Ərizəyə əlavə etdiyim 273023 nömrəli xx.xx.1956-cı ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atam X1 anası X17 kimi qeyd olunur. Ərizəyə əlavə etdiyim 013397 nömrəli xx.xx.1950-ci ildə verilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, nənəm nikahdan əvvəl X18 nikahdan sonra Mardaxayeva soyadını qəbul etmişdir. Ərizəyə əlavə etdiyim 365707 nömrəli xx.xx.1976-cı ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mənim atam X4 kimi qeyd olunur. Ərizəyə əlavə etdiyim nənəmə məxsus olmuş əmək kitabçasının surətindən görünür ki, nənəm həmin sənəddə X9 kimi qeyd olunur. Ərizəyə əlavə etdiyim X19 adlı Mərkəzi Arxivin arayışının surətindən görünür ki, nənəm ikinci dünya müharibəsində iştirak etmiş və bununla bağlı həmin sənəddə X10 kimi qeyd olunur. Ərizəyə əlavə etdiyim 470415 nömrəli xx.xx.1996-cı ildə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, nənəm X12 kimi qeyd olunur. Sonda ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs müdiri Leyla Süleymanova X6 adına qeyd edilmiş ölüm haqqında şəhadətnamənin onun oğlu X2 dair doğum haqqında şəhadətnamədə göstərilən X15 məxsus olması faktının müəyyən edilməsi ilə bağlı bildirir ki, sənədlərdə rəsmiləşdirilən xüsusatlar, yəni anlaşılmazlıqlar həm əvvəlki dövrləri (1917-ci illər), həm də müharibə dövrünü (1941-1945-ci illər) əhatə edir. Məlumdur ki, həmin dövrlər ziddiyyətli, çaxnaşma vaxtlarına təsadüf edir, nəzərə alsaq ki, həmin dövrlərdə yəhudi əsilli vətəndaşlar çox vaxt təqibə məruz qalırdı, həm də müharibədən sonra insanlara yeni sənədlər verilərkən bir sıra hallarda heç bir sənədə istinad olunmadan yalnız adamın özünü necə adlandırmasına əsaslanaraq sənədlər verilirdi, belə bir ərəfələrdə özünün yəhidi mənşəliliyindən ehtiyat edərək özünü başqa cür (Mariya) adlandırması istisna edilmir. Həmçinin həmin dövrlərdən qalmış sənədlərin əsillərinin mərhum M.Mardaxayevanın nəvəsi Ərizəçi (ərizəçidə) olması da ona işarə edir ki, həmin sənədlər bir nəfərə (eyni şəxsə) məxsusdur, lakin siyasi-tarixi faktorlar və texniki səbəblərdən dəyişikliyə məruz qalmışdır. Sonda maraqlı şəxsin nümayəndəsi qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərizəçinin ölüm haqqında şəhadətnamədə adın və ata adının dəyişdirilməsi ilə bağlı müraciətinə baxılmış, ölüm haqqında akt qeydində ölən şəxsin adı və ata adında dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün olmamış, məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarında olan X19 adlı Mərkəzi Arxivin xx.xx.1991-ci il tarixli arayışının surətindən görünür ki, Mardaxayeva M.L. 11 iyul 1943-cü ildən 4 avqust 1944-cü ilədək 2471 təxliyyə hospitalında sanitar vəzifəsində çalışmışdır. İş materiallarında olan 013397 nömrəli xx.xx.1950-ci ildə verilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, 1913-cü ildə Quba şəhərində doğulmuş X8 ilə 1919-cu ildə Berşed, Omsk vilayətində doğulmuş X18 21 yanvar 1940-cı ildə Bakı şəhərində evlənmişlər, evlənmə qeyd edildikdən sonra kişi Mardaxayev, arvad isə Mardaxayeva soyadını götürmüşdür. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin ÖM seriyalı 017237№-li Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi ev 17, 66 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1076 saylı reyestr kitabında xx.xx.2000-ci ildə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.1992-ci il tarixli M seriyalı 045153№-li vəsiqənin surətindən görünür ki, X10 aktiv ordu birləsmələrində könüllü olaraq odənisli vəzifə tutmus və muəyyən edilmis guzəstlər huququna malikdir. İş materiallarında olan xx.xx.1976-cı il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1976-cı ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X4, anası X3. İş materiallarında olan İ-ИЕ seriyalı 273023№-li xx.xx.1956-cı il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 oktyabr 1940-cı ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X8, anası X13. İş materiallarında olan İV-ЖГ seriyalı 470415 nömrəli xx.xx.1996-cı il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1996-cı il tarixdə 78 yaşında Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 962№ ilə qeyd edilmişdir. İş materiallarında olan İV-ЖГ seriyalı 307603 nömrəli xx.xx.1991-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1991-cı il tarixdə 78 yaşında Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 748№ ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 459512 nömrəli xx.xx.2024-cü il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 742№ ilə qeyd edilmişdir. İş materiallarında olan İ-ИЕ seriyalı 386593 nömrəli 1xx.xx.1962-ci ildə verilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X11 19 avqust 1962-ci ildə Bakı şəhərində evlənmişlər, evlənmə qeyd edildikdən sonra kişi Mardaxayev, arvad isə Mardaxayeva soyadını götürmüşdür. İş materiallarında olan Maraqlı şəxs məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X8 ilə X14 nikahının Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1940-cı ildə tərtib edildiyi aşkar edilmişdir. İş materiallarında olan Maraqlı şəxs məhkəməyə təqdim etdiyi xx.xx.1996-cı il tarixli 962№-li Ölüm haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1918-ci il tarixdə Vinnisk vilayətinin Berşad qəsəbəsində doğulmuş X12 xx.xx.1996-cı ildə 78 yaşında Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırkı tələb ərizəçinin nənəsi X6, ərizəçinin atası X2 dair Doğum haqqında şəhadətnamədə ana qrafasında göstərilmiş şəxs olmasının müəyyən edilməsi ilə bağlıdır, X12 ərizəçinin nənəsi, X4 isə atasıdır, X12 xx.xx.1918-ci il tarixdə doğulmuşdur, X8 ilə onun arasında bağlanmış Evlənmə haqqında şəhadətnamədə onun adı “Mane”, atasının adı “Leybovna” kimi, X2 dair Doğum haqqında şəhadətnamənin ana qrafasında isə soyadı İlkayeva (nikahdan əvvəlki soyadı), adı “Mani”, atasının adı “Leybovna” kimi qeyd edilmişdir, o, xx.xx.1996-cı il tarixdə vəfat etmiş, Ölüm haqqında şəhadətnamədə adı “X12” kimi göstərilmişdir, ərizəçi onun tərəfindən saxlanılan və məhkəməyə təqdim etdiyi sənədlərə istinad edir və sənəddə olan yanlışlıqları İİ Dünya Müharibəsində baş verən milli-etnik təzahürlərlə əlaqələndirir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktınını müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, İV-ЖГ seriyalı 470415 nömrəli, xx.xx.1996-cı il tarixli Ölüm haqqında şəhadətnamənin vətəndaş qrafasında adı yazılan “X12” ilə, X2 dair İ-ИЕ seriyalı 273023 nömrəli xx.xx.1956-cı il tarixli Doğum haqqında şəhadətnamənin ana qrafasında adı yazılan “X17”-nın eyni şəxs olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı 470415 nömrəli, xx.xx.1996-cı il tarixli Ölüm haqqında şəhadətnamənin vətəndaş qrafasında adı yazılan “X12” ilə, X2 məxsus İ-ИЕ seriyalı 273023 nömrəli xx.xx.1956-cı il tarixli Doğum haqqında şəhadətnamənin ana qrafasında adı yazılan “X17”-nın eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3637/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3637/2025
15.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver