Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3646/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh2 qarşı “vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vərəsəlik hüququ tanınaraq ünvan 1 ünvanı olan 100% təsisçilik payı atası X11 malik olan “Mehparə-1” şəxsi firması (VÖEN:**********) üzərində 1/3 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili V.S.Hüseynzadə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə əlavə olaraq, miras əmlakın qəbuluna dair buraxılmış müddəti üzürlü hesab edərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili V.S.Hüseynzadə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, X16 iddiaçının atası olmuşdur, o xx.xx.2008-ci ildə Bakı şəhərində vəfat etmişdir, onun atası, anası Z.Nəbiyeva ilə nikahda olmuş və miras əmlak qeydiyyata alındığı dövrdə artıq nikahları 1993-cü ildə ləğv olunmuşdur, onların birgə nikahından 3 uşaq – İddiaçı, Cavabdeh3, Bağırova (Quliyeva) Mehparə Vaqif qızı anadan olmuşdur, hal-hazırda hamısı sağdır, mübahisəli tikili nikahın ləğvindən sonra inşa edilmişdir, 100% təsisçilik payına malik olmaqla ünvan 1 ünvanı olan “Mehparə-1” şəxsi firması (VÖEN:**********) iddiaçının atasının mülkiyyətində olmuşdur, həmin ünvanda yerləşən iki mərtəbəli tikili atası tərəfindən onun köməyi ilə inşa olunmuşdur, atası vəfat etdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı uzun müddət heç kim müraciət etməmişdir, atası ölən günə kimi iddiaçıya məxsus Xətai rayonunda qeydiyyatda olmuş, iddiaçı ilə yaşamış, böyük oğul, böyük qardaş kimi firmanın idarəsini ona həvalə etmişdir, firmanı iddiaçı idarə etmişdir, lakin bununla bağlı bir sübutu yoxdur, firmanın qanunsuz icrası ilə bağlı mübahisə olmuş, giriş-çıxış məhdudiyyəti qoyulmuş, hətta bu barədə polisə də müraciət olunmuşdur, yanvar ayında iddiaçı ona düşən pay üzrə vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı Xətai rayonu 6 saylı Notariat kontoruna müraciət etmişdir, lakin notariat orqanı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini, qanun üzrə müəyyən edilmiş müddəti buraxdığı üçün mümkün hesab etməmişdir, valideynlərinin nikahı 1993-cü ildə pozulduğundan, atasının 3 vərəsəsi vardır, vərəsə olaraq atasına məxsus əmlaka 1/3 hissədə payının müəyyən olunmasını istəyir. Sonda iddiaçı İddiaçı nümayəndəsi və vəkili V.S.Hüseynzadə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır, belə ki o, atasına məxsus “Mehparə-1” firması və həmin firmaya aid Tikili olmiuşdur, atasının vəfatından sonra firmanın əmlakı olan və miras əmlakı kütləsinə daxil olan Bakı şəhəri, B.Məcidov küçəsi 92 ünvanında yerləşən tikilini özü qəbul etmişdir, firmanın möhürü və daşınmaz əmlakın idarəetməsi özündədir, onları hazırda da məhkəmədə nümayiş etdirir, atası ilə birlikdə özü və bacısı yaşamışdır,iddiaçı başaqa ünvanda yaşamışdır, atası sağlığında iddiaçıya 2 dükan, maşın və qızıl vermişdir, buna görə də vərəsəlik məsələsində demişdir ki, “ona heçnə düşmür”, lakin iddiaçı atası ilə layiqincə davranmamışdır, buna görə də atası öləndə iddiaçıya halallıq verməmişdir, hazırda da firmanı özü idarə edir, rəsmiləşmə olmasa da şifahi olaraq firmaya məxsus obyekti icarəyə vermişdir, atası ona demişdir ki, “müəssisəni sənə verirəm”, buna görə də rəsmiləşdirməyə ehtiyac duymamışdır. Sonda Cavabdeh3 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh3 izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, müəssisə Nəsimi rayonunda qeydiyyatdadır, qeyri-yaşayış sahəsidir, mərhumun vəfatından sonra firma Zaurun idarəçiliyindədir, mərhumun qeydiyyatı Xətai rayonunda olmuşdur. Sonda Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, atası imkanlı bir adam olmu, tikib, yaratmışdır, iddiaçı 15 ildir ki, anası ilə danışmır, ona atası baxmışdır, lakin atası öləndə iddiaçı onun yanında olmamışdır, ona zəng edəndə “niyə məni narahat edirsiniz?” demişdir, mərhum atası qardaşı Zaurun qollarında can vermişdir, iddiaçı xx.xx.2008-ci il tarixdə vəfat etmiş atasından miras qalmış ünvan 2 ünvanda yerləşən “Mehparə-1” şəxsi firmasını nə rəsmi, nə də faktiki qəbul edib idarə etməmiş, qanunla nəzərdə tutulmuş mirasın qəbul etmə müddətlərini də buraxmışdır. Sonda Cavabdeh2 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh2 izahatına uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, müəssisə ilə bağlı rəsmi sənədlər mərhumda, onun vəfatından sonra isə idarəedənlərdə olmuşdur, iddiaçının idarəetmədə heç bir iştirakı olmamışdır, 14 ildir ki, müəssisənin bərpası, idarəsi Zaurda olmuşdur, atasının sağlığında müəssisə ilə bağlı mübahisə olmamışdır. Sonda Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdeh Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə xx.xx.1947-ci il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirdi ki, 75 yaşı var, tərəflər doğma övladlarıdır, onların atası ilə - mərhumla formal olaraq boşanmışdırlar, övladları ilə düşmənçiliyi yoxdur, lakin iddiaçı ilə münasibəti yaxşı deyil, iddiaçı onu itirib-axtarmır, 1965-ci ildə tərəflərin atası ilə evlənmişdir, əvvəl kirayədə yaşamışdırlar, daha sonra Xətai rayonunda ev almışdırlar, mərhum yoldaşı həmin evi oğlu Arifə bağışlamış, ona maşın almışdır, daha sonra Xətai rayonunda bir ev də almış, onu da Arifə bağışlamışdır, mübahisəli tikilini yoldaşı ilə özü tikmişdir, firmanın idarəçiliyini Zaur etmişdir, o, firmanı bərpa etdirmiş, icarəyə vermişdir, Ariflə münasibətləri əvvəl yaxşı olmuşdur, lakin daha sonra şəkər xəstəliyinə tutulduqdan, infarkt keçirdikdən sonra münasibətləri pisləşmişdir, mərhum qeydiyyatda olduğu ünvanda yox, Məcidov küçəsində vəfat etmişdir. İş materiallarında olan İX-JQ seriyalı 372023 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1968-ci ildə Bakı şəhərindən anadan olmuşdur, onun atası X17, anası X2r. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 19 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 109248 saylı ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2008-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbi ilə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 138341 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və X8 arasında 07 noyabr 1995-ci ildə rəsmi nikaha daxil olmuşdurlar, nikahdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 1280 №-li Sərəncamına əsasən, Nəsimi rayon İcra hakimiyyətinin xx.xx.1994-cü il tarixli məktubu nəzərə alınaraq, “Mehparə-1” firmasının ünvan 3 ünvanda nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərməsi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan X4 qeydiyyatı haqqında 7374 saylı 11 mart 1994-cü il tarixli Şəhadətnamənin surətindən görünür ki, “Mehparə-1” şəxsi firması 11 mart 1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır, müəssisə kənd təsərrüfatı məhsullarının istehsalı, kommersiya, mağazaların, kafelərin, barların, restoran və mehmanxana təsərrüfatlarının təşkili və saxlanması, qanunvericiliklə qadağan olunmayan fəaliyyətdədir, mülkiyyətin forması xüsusi, təsərrüfat subyektinin növü kiçik müəssisədir. İş materiallarında olan 11 mart 1994-cü il tarixli 7374 saylı şəhadətnamə ilə qeydə alnmış “Mehparə-1” şəxsi firmasının Nizamnaməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, “Mehparə-1” şəxsi firması Azərbaycan Respublikası Nazirlər Sovetinin analoji qanunvericiliyinə əsasən yaradılmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş RM seriyalı 031917 №-li Çıxarışın surətindən görünür ki, B.Məcidov küçəsindəki 3 otaqlı, 121 saylı fərdi yaşayış evi X3 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 181 saylı reyestr kitabında 8630 səhifədə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-in 1 saylı ünvan 4 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X9 adına hazırda Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir, ünvan 5 ünvanına dair “Mehbarə” kiçik müəssisəsinin adına 1995-ci ildə texniki pasport tərtib edilmişdir, sözügedən ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ünvan 6 ünvanlanmış xx.xx.2020-ci il tarixli “sorğunun cavablandırılması haqqında” xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində “Mehparə-1” şəxsi firmasının (VÖEN:**********) hüquqi ünvanının ünvan 7alik təsisçisinin X9 malik olması barədə məlumat mövcuddur. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli 71 saylı məktubdan görünür ki, sonuncuya mərhum X7 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, qanun üzrə müəyyən olunmuş müddəti buraxdığı üçün mümkün olmaması bildirilmiş, bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış obyektinin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün verilmiş 14 fevral 2015-ci il tarixli 008/2/268 nömrəli Texniki şərtlərin icra müddətinin artırılması barədə 06 iyun 2017-ci il tarixli B-7496 nömrəli müraciətinə baxılmış, icra müddəti 1 il müddətinə artırılmışdır. İş materiallarında olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 107 №-li xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh2 atası xx.xx.2008-ci il tarixdə vəfat etmiş, X18 ölən günədək Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi ev 90-da qeydiyyatsız yaşamışdır, onunla bərabər vəfat etdiyi günədək həmin ünvanda qeydiyyatda olmuşdurlar və yaşamışdırlar və hal-hazıradək qeydiyyatdadırlar və yaşayırlar, Cavabdeh2 1977-ci ildən pasport qeydiyyatındadır, Cavabdeh3 1977-ci ildən pasport qeydiyyatındadır, X6 1977-ci ildən pasport qeydiyyatındadır, başqa qeydiyyatda heç kim yoxdur. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışlardan görünür ki, Cavabdeh3 və Cavabdeh2 ünvan 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, hüquqi ünvanı ünvan 11cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 1280 №-li Sərəncamına əsasən Nəsimi rayon İcra hakimiyyətinin xx.xx.1994-cü il tarixli məktubu nəzərə alınaraq, “Mehparə-1” firmasının ünvan 3 ünvanda nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərməsi üçün torpaq sahəsi ayrılmışdır, həmin müəssisənin 100% təsisçilik payı X12 məxsus olmuşdur, X18 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir, mirasın açılması vaxtı xx.xx.2008-ci il tarixidir, mərhumun Z.Ə.Bağırova ilə olan rəsmi nikahına 1993-cü ildə xitam verilmişdir, onun İddiaçı, Cavabdeh3, Bağırova (Quliyeva) Mehparə Vaqif qızı adlı 3 övladı vardır, atasının vəfatından sonra Cavabdeh3 mübahisəli “Mehparə-1” firmasını və ona məxsus qeyri-yaşayış sahəsini faktiki qəbul etməklə idarə etməyə başlamış, əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün işlər görmüş (onu bərpa etmək, icarəyə vermək və s.), bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, hazırda da firmanın möhürü, ştampı və müəssisəyə aid müvafiq sənədlər onun tərəfindən saxlanılır. Bununla belə, iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsi və ya ona yiyələnməsi, həmçinin onun tərəfindən mirasın qəbul etməsi üçün ötürülmüş müddətin bərpa edilməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, mübahisəli əmlak (“Mehparə-1” şəxsi firması) miras açıldığı vaxtdan sonra mərhumun oğlu - vərəsə Cavabdeh3 tərəfindən faktiki idarə etməyə başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə qəbul edildiyindən, iddiaçı mirası qəbul etmək barədə vərəsəlik açılan gündən altı ay müddətində notariat orqanına ərizə vermədiyindən və mirası qəbul etmək barədə qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə, iddiaçının ”atasının firmanın idarəsini ona həvalə etməsi və onun vəfatından sonra firmanı özünün idarə etməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu hal sübut etmə yükü ilə bağlıdır, İddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmiş və belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, Mülki Məcəllənin mirasın açılma vaxtını tənzimləyən 1146-cı maddəsində nəzərdə tutulmuş “gün” anlayışı miras qoyanın ölümü anından sonra hesablanan iyirmi dörd saatlıq sutka mənasında deyil, miras qoyanın ölümünün baş verdiyi gün, təqvim tarixi olaraq qəbul edilməlidir. Miras qoyanın öldüyü gün təqvim tarixi etibarilə vərəsəliklə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bir sıra məsələlərin həlli üçün mühüm meyar kimi çıxış edir. Məhz həmin tarixdən etibarən mirası qəbul etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin axımı başlanır, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır, eləcə də vərəsəlik şəhadətnaməsi vərəsələrə bir qayda olaraq, mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir (Mülki Məcəllənin 1246, 1255 və 1322-ci maddələri). Qeyd edilən məsələlərin həllində mirasın açılma tarixi miras qoyanın öldüyü gün, təqvim tarixi olaraq müəyyən edilir və qanunvericilikdə müəyyən edilmiş müddətlərin axımı həmin təqvim tarixindən başlamaqla hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarına əsasən, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh2 qarşı “miras əmlakın qəbuluna dair buraxılmış müddəti üzürlü hesab edərək, buraxılmış müddəti bərpa edilməsi və İddiaçı vərəsəlik hüququ tanınaraq ünvan 1 ünvanı olan 100% təsisçilik payı atası X11 malik olan “Mehparə-1” şəxsi firması (VÖEN:**********) üzərində 1/3 payının müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh2 qarşı “miras əmlakın qəbuluna dair buraxılmış müddəti üzürlü hesab edərək, buraxılmış müddətin bərpa edilməsi və İddiaçı vərəsəlik hüququ tanınaraq ünvan 1 ünvanı olan 100% təsisçilik payı atası X11 malik olan “Mehparə-1” şəxsi firması (VÖEN:**********) üzərində 1/3 payının müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3646/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3646/2022
22.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver