Məhkəmə qərarları › İş №e-2(011)-3686/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3686/2024

24.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3686/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1ünvanında yerləşən yaşayış mənzilində quraşdırılmış G-4 markalı, **********0 saylı qaz sayğacına dair tərtib olunmuş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 439 manat 75 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən yaşayış mənzil iddiaçının mülkiyyətində, istifadəsində və sahibliyindədir. İddiaçı həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində G-4 markalı, **********0 nömrəli məişət qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* saylı akt tərtib olunmuşdur. Abonentin saldosunda göstərilən borca görə 439,75 manat məbləğində borc hesablanmışdır. Ona görə də “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Ünvanıma quraşdırılmış məişət qaz sayğacı iddiaçının iştirakı olmadan “Azeriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılmış və iddiaçı bu barədə heç bir sənədə imza cəkməmişdir. Belə ki, ünvan 1 ünvanında yaşayış olmayıb, o vaxtlar təmin işləri gedib və buna görə də həsablanmış borc əsassızdır. İddiaçı sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. İddiaçı hesab edir ki, sayğacın dəyəri və cərimə silinməlidir. İddiaçı qeyd etmişdir ki, həmin zaman "xxxx" ASC-dən cəmi həsablanan borc 57 manat, "xxxx" ASC-dən cəmi həsablanan borc 89,53 manat olub. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsiin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları ünvan 2 ünvanında yerləşən mənzilə xx.xx.2020-ci il tarixində G-4 markalı **********0 nömrəli mexaniki qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. 2023-cü il dekabr ayında sayğaca baxış zamanı göstəricinin 2943 m3 olduğu müəyyən edilərək abonentə 439,75 manat məbləğində borc yazılmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz Təchizatı haqqında” Qanun Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”

5. Qazın dəyərinin ödəmə şərtləri

5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.[44] Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı 439,75 manat məbləğində borcun “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında hesablandığını iddia etsə də, məhkəmə bunu təsdiq edən sənədləri təqdim etməmişdir. Cavabdeh İB tərəfindən məhkəmə sorğusuna əsasən təqdim edilmiş sənədlərdən isə məlum olmuşdur ki, mənzilin eyvanında qaz xətti üzərində quraşdırılmış G-4 markalı **********0 nömrəli mexaniki tipli qaz sayğacının göstəricisinin 2943 m3 olduğu və mənzildə 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi, 1 ədəd 24 kw gücündə kombi tipli su qızdırıcısı quraşdırıldığı müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Eyni zamanda mənzildə qaz sərfinin ölçülməsi üçün xx.xx.2020-ci il tarixində G-4 markalı **********0 nömrəli mexaniki qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. Növbəti aylarda qaz sayğacının göstəricisinin götürülməsinə istehlakçı tərəfindən lazımi şərait yaradılmamış, yalnız 2021-ci ilin oktyabr, noyabr aylarında, eyni zamanda 2023-cü ilin yanvar və dekabr aylarında sayğacın göstəricisini götürmək mümkün olmuşdur. 2023-cü il dekabr ayında sayğaca baxış zamanı göstəricinin 2943 m3 olduğu müəyyən edilərək abonentə 439,75 manat məbləğində borc yaranmışdır. Göründüyü kimi, iddiaçıya hesablanmış 439,75 manat məbləğində borc onun tərəfindən istifadə edilən qazın sərfinə görə hesablandığından, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməli olduğundan Cavabdeh İB tərəfindən abonentdən həmin borcun tələb edilməsi qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh İB-nə qarşı ünvan 2 ünvanında yerləşən mənzilə Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 439.75 manat məbləğində borcun silinməsinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1ünvanında yerləşən yaşayış mənzilində quraşdırılmış G-4 markalı, **********0 saylı qaz sayğacına dair tərtib olunmuş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 439 manat 75 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar