Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3706/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və digər” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Rüfət Ağalıyevlə aralarında bağlanmış 28 yanvar 2021-ci il tarixli D101 saylı Daxili lizinq Müqaviləsi və xx.xx.2021-ci il tarixli, D101 saylı Zaminlik müqaviləsi üzrə 7139 manat lizinq mükafatı və lizinq müqaviləsi bitən dövrdən bu günə qədər 7605 manat hesablanmış cərimə, ümumilikdə 14 744 manat məbləğində borcun və 134,23 manat dövlət rüsumunun cavabdehlərdən birgə tutularaq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143b, mənzil 188/ Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə yazılı vəsatətlə müraciət edərək, hazırkı 2(011)- 3706/2023 saylı mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin digər hakimi Aygün Həsənovanın icraatında olan 2(011)-3565/2023 saylı mülki işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında olan 2(011)-3565/2023 saylı işə birləşdirilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı “barışıq sazişinin etirbarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsi 19 aprel 2023-cü il tarixli, 2(011)-3565/2023 saylı qərardadla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatına qəbul edilmişdir. Həmçinin, İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və digər” tələbi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi də, Məhkəmənin (hakim Pərviz Zamanlı) xx.xx.2023-cü il tarixli, 2(011)-3706/2023 saylı qərardadı ilə icraata götürülmüşdür. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) icraatında olan 2(011)-3706/2023 saylı iş üzrə iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında olan 2(011)-3565/2023 saylı iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, iddiaçının nümayəndəsinin icraatın birləşdirilməsi barədə yazılı vəsatəti olduğundan, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün hazırki iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında olan 2(011)-3565/2023 saylı işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnə bilər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar üzrə mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və digər” tələbi barədə iddiasına dair e-2(011)-3706/2023 saylı mülki iş üzrə icraata xitam verilsin və həmin mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası üzrə e-2(011)-3565/2023 saylı mülki işə birləşdirilsin. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-3706/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3706/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver